Məhkəmə qərarları › İş №3(046)-199/2021

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-199/2021

29.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-199/2021 29.06.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, Göyçay şəhərində 29 iyun 2021-ci il tarixdə xx.xx.1986-cı il tarixdə Göyçay rayonu Hacağabəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşqul olan, Göyçay rayonu Hacağabəyli kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində 29 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göyçay rayon məhkəməsinə göndərilmişdir. Ona görə ki, Şəxs 19.03.2021-ci il tarixdə saat 16:00 radələrində Göyçay-Ucar yolu ərazisində nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə etdiyi VAZ 2106 markalı ** CN *** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən Zərərçəkmiş şəxs idarə etdiyi VAZ 2106 markalı ** MX *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına çıxaraq toqquşmuşdur. Nəticədə Zərərçəkmiş şəxs müxtəlif bədən xəsarətləri dəymiş və Zərərçəkmiş şəxs maddi ziyan vurmuşdur. Məhkəmədə inzibati xəta törətmiş şəxs qismində izahat vermiş Şəxs əməlini etiraf etməklə göstərmişdir ki, 19.03.2021-ci il tarixdə saat 16:00 radələrində Göyçay-Ucar yolu ərazisində idarə etdiyi VAZ 2106 markalı ** CN *** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən, Zərərçəkmiş şəxs məxsus VAZ 2106 markalı ** MX *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına çıxmış və toqquşmuşdur. Zərərçəkmiş şəxs Nəticədə avtomobilə maddi ziyan dəymiş və Zərərçəkmiş şəxs müxtəlif bədən xəsarətləri almışdır.Törətdiyi əməlindən peşmandır. Zərərçəkmiş şəxs izahat verərək göstərmişdir ki, 19.03.2021-ci il tarixdə saat 16:00 radələrində Göyçay-Ucar yolu ərazisində özünə məxsus VAZ 2106 markalı ** MX *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Şəxs idarə etdiyi VAZ 2106 markalı ** MX *** dövlət qeydiyyat nişanlı avtomobillə onun hərəkət zolağına çıxaraq toqquşmuşdur. Baş vermiş hadisə nəticəsində avtomobilinə 3000 manat maddi ziyan dəymiş, özü isə müxtəlif bədən xəsarətləri almışdır. Ona dəymiş ziyan inzibati xəta törətmiş şəxs Şəxs tərəfindən ödənilməmişdir. Şəxs bu günədək bir dəfə də olsun onun səhhəti ilə maraqlanmamış, səhhətinə dəymiş ziyanı da ödəməmişdir. Bundan başqa Şəxs avtomobili idarə etmək hüququ və etibarnamə olmadan idarə etmişdir. Şəxs şikayətçidir və onun barəsində qanuni tədbirlər görülməsini xahiş etmişdir. İş üzrə inzibat xəta törətmiş Şəxs izahatını dinləyən, toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi subuta yetir. Məhkəmə-tibbi ekspertizasının 17.03.2021-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər 16.03.2021-ci il tarixdə avtomobil qəzası nəticəsində əmələ gəlməsi inkar edilmir və dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 26.06.2021-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında inzibati xəta hadisəsi baş verərkən zərər çəkmiş Zərərçəkmiş şəxs maddi ziyan dəydiyi və sağlamlığına yüngül bədən xəsarətinin yetirildiyi müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nın 332.4-cü maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcuddur. Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinə əsasən bu məcəllənin 332.4-cü maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini, törətdiyi əməli etiraf etməklə peşiman olmasını məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi İXM-nin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinib, ona 10 gün inzibati həbs təyin edilisn. Həbsin əvvəli 29.06.2021-ci il tarixdən saat 16:00-dən hesablansın. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət verilə Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar