Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-2/2024 08.01.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızını sədrliyi, X45 oğlunun katibliyi, Şikayət verən şəxs X13 və inzibati xəta haqqında protokol tərtib edən orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 iştirakı ilə Şikayət verən şəxs X13 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X50 tərəfindən 27 oktyabr 2023-cü il tarixdə qəbul edilmiş MN ******* saylı qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏ Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN seriyalı, ******* nömrəli 27 oktyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə X37 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 2500 manat məbləğində inzibati cərimə edilmişdir. Şikayət verən şəxs X37 şikayət ilə məhkəməyə müraciət edərək, 27 oktyabr 2023-cü il tarixli, MN ******* saylı 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət verən şəxs X37 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 27 oktyabr 2023-cü il tarixli qərarına əsasən o, Azərbycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsi ilə təqsirli bilinərək 2500 manat məbləğində cərimə edilmişdir. Onun təsisçisi və qanuni təmsilçisi olduğu “İnçə” X25 kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışa əsasən 9 saylı Ərazi Vergilər İdarəsində 04 iyul 2011-ci il tarixdə qeydiyyatdan keçməklə qanuni icarədə olan, əkinə yararsız torpaq sahəsində balıqçılıqla məşğuldur və fəaliyyəti dövründə ətraf mühitə zərər vurması aşkar edilməmişdir. Azərbaycan Respublikasının Ekologiya və X26 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinə ünvanladığı 31 oktyabr 2019cu il tarixli 4/3159-01-28 saylı məktubdan görünür ki, digər balıqçılıq təsərrüfatı subyektləri ilə yanaşı onun təsis etdiyi “İnçə” X8 iqtisadi səmərəliliyi və yerləşdiyi torpaq sahəsinin vəziyyəti yoxlanılaraq təhlil edilmiş və Əmlak Məsələləri Dövlət Komitəsindən hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə köməklik göstərilməsi xahiş edilmişdir. Həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirinə ünvanladığı 21 noyabr 2019-cu il tarixli **********39 saylı cavab məktubunda onun təsisçisi olduğu balıqçılıq təsərrüfatı ilə yanaşı 41 təsərrüfatın yerləşdiyi torpaq sahələrinə hüquq müəyyənedici və texniki sənədlərin verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinə tapşırıq verildiyi göstərilir. “İnçə” X8 iqtisadi səmərəliliyi və yerləşdiyi torpaq sahəsinin vəziyyəti digər qurumlarla yanaşı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən yoxlanılmış və müsbət rəy verilmişdir. Buna görə də, barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarı qanunsuz hesab edir. X2 məhkəmə iclasında şikayət ərizəsinə uyğun izahat verərək şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı protokol tərtib edən orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 izahatında göstərmişdir ki, şöbənin əməkdaşları tərəfindən X13 Göyçay rayonu, İnçə kəndi ərazisində yerləşən ərazidə balıqçılıq fəaliyyəti ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həmin əraziyə baxış keçirilmiş, ərazidə dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan balıqçılıq fəaliyyəti ilə məşğul olunması aşkar edilmişdir. Buna görə də X37 barəsində 27 oktyabr 2023-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilmiş və 8 Saylı Ərazi Ekologiya və X27 rəis əvəzi X50 27 oktyabr 2023-cü il tarixli, MN ******* saylı qərarına əsasən X37 2500 manat məbləğində cərimə edilmişdir. Həmin qərara əsasən X37 tərəfindən dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərilmişdir. Buna görə də X13 şikayətini əsassız hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X37 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsi ilə qərar qəbul edilərək 2500 manat məbləğində cərimə edilmişdir. xx.xx.2019-cu il tarixli 4/3159-01-28 saylı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinə ünvanlanmış məktubdan görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndələrinin iştirakı ilə ölkədə fəaliyyət göstərən balıqçılıq təsərrüfatlarının İnventarlaşması və təhlili aparılmış, akvakultura subyektlərinin mövcud vəziyyəti, istifadə eldiyi torpaq sahəsi və su obyektinin qiymətləndirməsi nəticəsində akvakultura üzrə dövlət qeydiyyatına hazır olan, lakin daşmaz əmlakın Dövlət reyestrindən Çıxarışı olmayan 42 balıqçılıq təsərrüfatı subyektləri aşkarlanmışdır. xx.xx.2019-cü il tarixli **********39 saylı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbbi Sərvətlər Nazirliyinə ünvanlanmış məktubdan görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01 aprel 2019-cu 11 tarixli, 16/1448-13 nömrəli tapşırığına uyğun olaraq, balıqçılıq təsərrüfatlarında aparılan araşdırma nəticəsində aşkarlanmış 42 balıqçılıq təsərrüfatı subyektlərinə dair dövlət reyestrindən çıxarışın verilməsinə köməklik göstərilməsi barədə 31 oktyabr 2010-cu il tarixli, 4/3159-01-28 nömrəli məktuba Əmlak Məsələləri Dövlət Komitəsində baxılmış, məktubda qeyd olunan məsələlərin həlli ilə əlaqədar olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinə müvafiq tapşırıq verilmişdir. Yerləşdiyi torpağın təyinatına görə qeydiyyata hazır olan, lakin daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışı olmayan balıqçılıq subyektlərinin siyahısından görünür ki, Göyçay rayonu, İnçə kəndi ərazisində yerləşən “İnçə” X25 təsisçisi və qanuni təmsilçisi olan X13 çıxarışı yoxdur. Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(046)-2137/2021 saylı qətnaməsindən görünür ki, iddiaçılar X38, X20, X28, X29, X41, X42, X7, X39, X43, X14, Xudiyev ilqar Bədirəddin oğlu, X4, X30, X9, X5, X15, X16, X21, X17, X31, X44, X32 cavabdehlər X18, X22, X33, X1, X23, X19 qarşı «icarə müqavilələrinin etibarsız hesab edilərək ləğv olunması» tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsinə əsasən dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərən, habelə dövlət ekoloji ekspertizasının rəyi ilə ekoloji təhlükəsi müəyyən edilən təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsinə görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə cərimə edilir. “X36 Haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinə əsasən Ekoloji ekspertiza təsərrüfat fəaliyyətinin ətraf mühitə ola bilən mənfi təsirinin və onlarla bağlı nəticələrin aşkar edilməsi, qarşısının alınması və proqnozlaşdırılması məqsədilə ətraf mühitin keyfiyyət normativlərinə və ekoloji tələblərə uyğunluğunun müəyyən edilməsidir. 51.1-ci maddəsinə əsasən Ekoloji ekspertizanın əsas məqsədi ekoloji ekspertiza obyektlərinin ətraf mühitə və insan sağlamlığına birbaşa və ya dolayı mənfi təsirinin və onlarla bağlı nəticələrin aşkar edilməsi, qarşısının alınması və proqnozlaşdırılmasından, qəbul olunan qərarların ekoloji təhlükəsizlik dərəcəsini və X36 üzrə tədbirlərin səmərəsini müəyyən etməkdən ibarətdir. 52.2-ci maddəsinə əsasən Dövlət ekoloji ekspertizasının həyata keçirilməsi qaydası, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 52.10-cu maddəsinə əsasən Sifarişçi dövlət ekoloji ekspertizasının keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada ərizə təqdim edir. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir: 10.1. ərizəçi fiziki şəxs olduqda, şəxsiyyət vəsiqəsinin surəti; 10.2. ərizəçi fərdi sahibkar olduqda, şəxsiyyət vəsiqəsinin surəti və vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti; 10.3. ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti və vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti; 10.4. ərizədə qeyd olunan obyektin üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin surəti (əgər obyektin dövlət ekoloji ekspertizasının keçirilməsi istənilirsə); 10.5. torpaq sahəsindən mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənəd; 10.6. dövlət ekoloji ekspertizasının maliyyələşdirilməsini təsdiq edən sənəd; 10.7. nəzərdə tutulan fəaliyyəti barədə məlumat (hər bir istehsalat və xidmət sahəsi göstərilməklə); 10.8. istifadə olunan avadanlıqların texniki sənədləri; 10.9. istehsalatda istifadə olunan əsas və köməkçi xammal növləri barədə məlumat; 10.10. istifadə olunan enerji növləri barədə məlumat; 10.11. müəssisədə su təchizatı və tullantı sularının axıdılması barədə məlumat (texniki şərt); 10.12. əmələ gələn tullantıların idarə olunması, o cümlədən istehsalat tullantılarının təkrar istifadəsinin mümkünlüyü və həcmi barədə məlumat; 10.13. dövlət ekoloji ekspertizası obyektləri üçün layihə sənədlərin hazırlanmasına sərf olunan maliyyə vəsaitinin məbləğinə və ya layihənin ümumi smeta dəyərinə dair sənəd (müqavilə); 10.14. ərazidə aparılmış mühəndisi-geoloji işlərin hesabatı. 57.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ekoloji ekspertiza obyekti üzrə layihələrin həyata keçirilməsinin mümkünlüyü və ətraf mühitə təsirlərin yol verilə bilən həddi barədə əsaslı nəticələrdən ibarət ekoloji ekspertiza rəyi verir. “X59 Qiymətləndirilməsi Haqqında” Azərbaycan Respublikasının Qanununun 4.3-cü maddəsinə əsasən X59 qiymətləndirilməsi (bundan sonra ƏMTQ) nəzərdə tutulan fəaliyyətin layihələndirilmə mərhələsində sifarişçi tərəfindən həyata keçirilir. Sifarişçi ƏMTQ-nin nəticəsinə dair ƏMTQ sənədini dövlət ekoloji ekspertizasının keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir. 4.5-ci maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) sifarişçinin təqdim etdiyi ƏMTQ sənədini “X36 haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət ekoloji ekspertizasından keçirir, ekspertizanın nəticəsindən asılı olaraq ona ekoloji ekspertiza rəyi verir və həmin rəyi rəsmi internet səhifəsində yerləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 iyun tarixli 256 nömrəli qərarı ilə təsdiq edilmiş “Akvakulturanın həyata keçirilməsi Qaydası”nın 5.1-ci bəndinə əsasən akvakultura ilə məşğul olmaq üçün fiziki və hüquqi şəxslər tərəfindən bioloji və texnoloji əsaslandırma hazırlanır. 5.3-cü bəndinə əsasən bioloji və texnoloji əsaslandırmada akvakultura təsərrüfatının məqsədi, yerləşmə sxemi, bu fəaliyyəti həyata keçirmək üçün tələb olunan və iqlimləşdirilən balıq və digər su bioresurslarının növləri, onların bioloji xüsusiyyətləri və əldə olunma mənbəyi, tətbiq olunacaq texnologiyalar və balıqçılıq meliorasiyası işləri, balıq məhsulu istehsalının həcmi, istifadə ediləcək su obyektinin xarakteristikası, obyektdəki suyun həcmi və balıq tutumu, enerji sərfiyyatı, istifadə ediləcək yem növləri, tullantıların növləri və miqdarı əks etdirilir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun 3 nömrəli əlavəsinin 14-cü bəndinə əsasən dövlət ekoloji ekspertizasına aid edilən obyektlər barədə ekspert rəyi sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısına daxildir (24 oktyabr 2023-cü il tarixdə edilən dəyişiklikdən əvvəlki redaksiya). İşin hallarından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən protokol tərtib olunduğu zaman barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X13 balıqçılıq təsərrüfatı yaradaraq aqvakultura fəaliyyəti ilə məşğul olmaq üçün tələb olunan qaydalara riayət edərək bioloji və texnoloji əsaslandırmanın hazırlanması və dövlət qeydiyyatına alınması müəyyən olunmamışdır. Həmin fəaliyyətin həyata keçirilməsi üçün tələb olunan dövlət ekoloji ekspertizasının müsbət rəyinin alınması üçün qanunvericiliklə müəyyən edilmiş prosedur qaydalara uyğun olaraq zəruri sənədləri müvafiq orqanlara təqdim etməmişdir. Bu səbəbdən 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsinə əsaslanaraq barəsində 27 oktyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Şikayət verən şəxs X13 təsərrüfatın yerləşdiyi torpaq sahələrinə hüquq müəyyənedici və texniki sənədlərin verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinə tapşırıq verildiyinə əsaslanaraq inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması xahişinə münasibətdə məhkəmə qeyd edir ki, həmin tapşırıq 2019-cu ilin noyabr ayında verilsə də, işin yuxarıda müəyyən edildiyi hallarından görünür ki, tələb olunan sənədlər dövlət ekoloji ekspertizasının rəyinin alınması üçün bu günə kimi təqdim edilməmişdir. Məhkəmə şikayət verən şəxs X13 şikayətini, onun və inzibati xəta haqqında protokol tərtib edən orqanın nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, X13 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X50 tərəfindən 27 oktyabr 2023-cü il tarixdə qəbul edilmiş MN ******* saylı qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayəti əsassız olduğundan təmin edilməməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129, 133 və 134-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X50 tərəfindən 27 oktyabr 2023-cü il tarixdə qəbul edilmiş MN ******* saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №3(046)-2/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-2/2024
08.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver