Məhkəmə qərarları › İş №3(046)-200/2021

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №3(046)-200/2021

05.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 3(046)-200/2021 05.07.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi ilə, Şəxs barəsində Göyçay rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında 30.06.2021-ci il tarixli protokola 05 iyul 2021-ci il tarixdə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Göyçay rayon Polis şöbəsinin YPX polis baş serjantı X1 tərəfindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tərtib edilmiş 30.06.2021-ci il tarixli inzibati xəta protokolu baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə hesab edir ki, tərtib edilmiş inzibati xəta protokolu geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında materialda və protokolda Şəxs şəxsiyyət müəyyən edilmişdir. Şəxs barəsində tərtib edilmiş inzibati xəta protokolu üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsin tələblərinin pozulması müəyyən edildiyindən materialın onu tərtib etmiş Göyçay rayon Polis şöbəsinə geri qaytarılması barədə qərardad qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi. İnzibati xəta materialından görünür ki, Şəxs şəxsiyyətini təsdiq edən sənəd inzibati materiala əlavə edilməmiş, inzibati xəta haqqında protokolda Şəxs şəxsiyyət vəsiqəsi o, cümələdən fərdi identifikasiya nömrəsi göstərilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilməlidir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, hazırkı material üzrə işə baxılması qeyri mümkündür. Ona görə də inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər onu tərtib etmiş vəzifəli şəxsə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 103, 110, 109.1.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs barəsində Göyçay rayon Yol patrul xidməti inspektoru polis baş serjantı X1 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tərtib edilmiş 30.06.2021-ci il tarixli inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Göyçay rayon Polis şöbəsinə qaytarılsın. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar