Məhkəmə qərarları › İş №3(046)-200/2023

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-200/2023

28.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-200/2023 28.03.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, X1nun və Göyçay rayon PŞ-nin DYPB-nin baş leytenantı X3 iştirakı ilə, Göyçay rayon YPX-nin baş-leytenantı X8 tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərardan verilmiş şikayətə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində xx.xx.2023-cü il tarixdə İnzibati tənbeh vermə haqqında TP ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. X1 şikayətini belə əsaslandırmışdır ki, 04 mart 2023-cü il tarixdə saat 17 radələrində Göyçay-Bərgüşad avtomobil yolunun Cəyirli kənd ərazisində özünə məxsus Chevrolet Aveo markalı ** EP *** nömrəli avtomobillə hərəkətdə olub sol tərəfə dönmə işığını yandırıb qarşıdan gələn avtomobil keçdikdən sonra dönmək istəyən zaman arxadan sürətlə gələn ** BX *** nömrəli VAZ-21010 markalı avtomobil avtomobilini vuraraq əzmişdir. Həmin vaxt yol hərəkəti qaydasını pozaraq avtomobil qəzasına səbəb olan ** BX *** nömrəli VAZ-21010 markalı avtomobil olsa da Göyçay RPŞ-nin YPX-nin əməkdaşı onun barəsində qanunsuz olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 -ci maddəsinin tələbinin pozulması ilə bağlı xx.xx.2023-cü il tarixli, İXP ******* -saylı protokol əsasında xx.xx.2023-cü il tarixli İT № ******* nömrəli qərar qəbul etmişdir. Avtomobil qəzasının necə baş verməsi yaxınlıqda olan maqazinin müşahidə kamerasının yaddaşına anba-an düşmüşdür. Qeyd edilən görüntüdən aydın görünür ki, öz yolu ilə gedib 50 metr aralıdan sola dönmə işığın yandırıb qarşıdan gələn avtomobil keçdikdən sonra dönərkən arxadan sürətlə gələn ** BX *** nömrəli VAZ-21010 markalı avtomobil yol hərəkəti qaydalarını pozaraq onun avtomobilini vurmuşdur. Həmin ərazidə saatda 60 klometr sürət olsa da ** BX *** nömrəli VAZ-21010 markalı avtomobil sürət həddin aşmışdır. Buna görə avtomobili saxlaya biləməyərək idarə etdiyi avtomobili vurmuşdur. Göyçay Rayon Polis Şöbəsinin polis baş leytenantı X8 heç bir araşdırma aparmadan xx.xx.2023-cü il tarixli, İXP ******* saylı protokol əsasında xx.xx.2023-cü il tarixli TP № ******* nömrəli qanunsuz qərar qəbul etmişdir. 04 mart 2023-cü il tarixdə heç bir yol hərəkəti qaydalarını pozmamış, avtomobil qəzasına səbəb olmuş ** BX *** nömrəli avtomobili qanunu sənədi olmadan idarə etmişdir. Polis baş leytenentı Emin Mamedov barəmdə qanunsuz olaraq protokol tərtib edib qərar qəbul etmişdir. Hesab edir ki, Göyçay Rayon Polis Şöbəsinin polis baş leytenantı X6 onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 -ci maddəsinin tələbinin pozulması ilə bağlı təıtib etdiyi xx.xx.2023-cü il tarixli, İXP ******* -saylı protokol əsasında qəbul etdiyi xx.xx.2023-cü il tarixli TP № ******* nömrəli qərar ləğv edilməli və inzibati xəta haqqında işə xitam verilməlidir. Belə ki, istər protokol tərtib edilərkən istərsə də həmin protokol əsasında qərar qəbul edilərkən inizbati xəta törətmədiyi nəzərə alınmamış, vəzifəli şəxs tərəfindən iştirakı təmin edilmədən barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola baxılmış və qərar qəbul edilmişdir. Hesab edir ki, protokolun və qərarın tərtib edilməsinə hər hansı qanuni əsasın olmasını sübut etmək vəzifəsi protokolu və qərarı tərtib etmiş şəxsin üzərinə düşür. Protokolun və qərarın tərtib edilməsinə hər hansı qanuni əsasın olmasını sübut edilməməsi isə inzibati xəta hadisəsinin olmamasını ehtiva edir. Göründüyü kimi inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi barədə heç bir sübutun olmamasına baxmayaraq, polis baş leytenantı X8 barəmdə qanunsuz olaraq protokol və qərar tərtib etmişdir. Buna görə də qərarın ləğv edilməsin xahiş etmişdir. Göyçay rayon YPX-nin inspektoru kiçik serjantı X7 izahat verərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Chevrolet Aveo markalı ** EP *** dövlət nömrə nişanlı və Vaz 21104 markalı ** BX *** dövlət nömrə nişanlı avtomaşınların iştirakı ilə yol nəqliyyat hadisəsi baş vermişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Chevrolet Aveo markalı ** EP *** dövlət nömrə nişanlı avtomaşının sürücüsü Göyçay rayonu Cəyirli kənd ərazisində hərəkətdə olarkən yolun sağ zolağından sol zolağına doğru manevr etmə qaydalarını pozmuş və nəticədə arxada gələn Vaz 21104 markalı ** BX *** dövlət nömrə nişanlı avtomaşınla yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində zərbənin gücündən Chevrolet Aveo markalı ** EP *** dövlət nömrə nişanlı avtomaşın yolun kənarında dayanmış Ford Transit markalı ** NJ *** dövlət nömrə nişanlı avtomaşının arxa hissəsinə dəymişdir. Buna görə də xx.xx.2023-cü il tarixdə İXP ******* saylı inzibati protokol tərtib edilmiş, həmin protokola əsasən X2 İXM-nin 327.1-ci maddəsi ilə 40 manat cərimə edilməsi barədə xx.xx.2023-cü il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir Məhkəməyə təqdim edilmiş Göyçay rayon Polis şöbəsinin baş leytenantı X8 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə qərarından görünür ki, X4 xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Göyçay rayonu Cəyirli kəndi ərazisində idarə etdiyi Chevrolet Aveo markalı ** EP *** dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat inzibati qaydada cərimə edilmişdir. Məhkəməyə təqdim edilmiş DVD disk görüntülərdən görünür ki, X4 xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Göyçay rayonu Cəyirli kəndi ərazisində iki tərəfli hərəkət zolağında arxadan hərəkətdə olan Vaz 21104 markalı ** BX *** dövlət nömrə nişanlı avtomaşının keçidi gözləmədən yolun sol zolağından, sağ zolağına manevr etmişdir. Təqdim edilmiş sübutlardan görünür ki, X4 xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Göyçay rayonu Cəyirli kəndi ərazisində iki tərəfli hərəkət zolağında arxadan hərəkətdə olan Vaz 21104 markalı ** BX *** dövlət nömrə nişanlı avtomaşının keçidi gözləmədən yolun sol zolağından, sağ zolağına manevr etmiş və arxadan gələn Vaz 21104 markalı ** BX *** dövlət nömrə nişanlı avtomaşın idarə etdiyi avtomobili vurmuşdur. Baş vermiş hadisə ilə bağlı Göyçay rayon Polis şöbəsinin baş leytenantı X8 tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat inzibati qaydada cərimə edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə baxışı zamanı X4 xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsinə əsas verə bilən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Belə olan halda tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, X2 Göyçay rayon YPX-nin baş-leytenantı X8 tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş, TP ******* saylı inzibati tənbeh vermə qərarı ilə razılaşmadığı barədə göstərdikləri xüsusatlar onun barəsində qəbul edilmiş qərarın ləğvi üçün əsas ola bilməz. Buna görə də X2 şikayəti əsassızdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130, 131- 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şikayət təmin edilməsin. X2 Göyçay rayon YPX-nin baş-leytenantı X8 tərəfindən xx.xx.2020-ci il tarixli İXMnin 333.1-ci maddəsi ilə 400 manat inzibati qaydada cərimə edilməsi barədə qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar