Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-202/2021 05.07.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, Göyçay şəhərində 05 iyul 2021-ci il tarixdə xx.xx.1994-cü il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşqul olan, Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində 03 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göyçay rayon məhkəməsinə göndərilmişdir. Ona görə ki, Şəxs 02.07.2021-ci il tarixdə saat 11 radələrində Göyçay şəhəri Nərimanov küçəsində nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə etdiyi VAZ 2103 markalı ** EX *** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən Zərərçəkmiş şəxs idarə etdiyi Kia Cerato markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına çıxaraq toqquşmuş, nəticədə Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilə maddi ziyan vurmuşdur. Məhkəmədə inzibati xəta törətmiş şəxs qismində izahat vermiş Şəxs əməlini etiraf etməklə göstərmişdir ki, 02.07.2021-ci il tarixdə saat 11 radələrində Göyçay şəhəri Nərimanov küçəsində idarə etdiyi VAZ 2103 markalı ** EX *** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən, Zərərçəkmiş şəxs məxsus Kia Cerato markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına çıxmış və toqquşmuşdur. Zərərçəkmiş şəxs avtomobilinə maddi ziyan dəymişdir.Dəymiş ziyanı ödəməmişdir. Törətdiyi əməlindən peşmandır. Zərərçəkmiş şəxs izahat verərək göstərmişdir 02.07.2021-ci il tarixdə saat 11 radələrində Göyçay şəhəri S.Vurğun küçəsində idarə etdiyi Kia Cerato markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Şəxs idarə etdiyi VAZ 2103 markalı ** EX *** dövlət qeydiyyat nişanlı avtomobillə onun hərəkət zolağına çıxaraq toqquşmuşdur. Baş vermiş hadisə nəticəsində avtomobilinə maddi ziyan dəymişdir. Şəxs şikayətçidir və onun barəsində qanuni tədbirlər görülməsini xahiş etmişdir. İş üzrə inzibat xəta törətmiş Şəxs izahatını dinləyən, toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi subuta yetir. Tədim edilmiş sübutlardan inzibati xəta hadisəsi baş verərkən zərər çəkmiş Zərərçəkmiş şəxs maddi ziyan dəydiyi müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs İXM-nın 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi sübuta yetir. Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini, törətdiyi əməli etiraf etməklə peşman olduğunu, himayəsində bir azyaşlı uşağı olduğunu məsuliyyətini yüngülləşdirən hallar kimi və məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi İXM-nin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinib, ona 400 (dörd yüz) manat məbləğində inzibati cərimə təyin edilsin. Qərarın icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-202/2021
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-202/2021
05.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver