Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-202/2023 13.04.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlu, Burcalıyev Sabir Arzu oğlunun katibliyi, barəsində qərar çıxarılmış şəxs X3 iştirakı ilə, Göyçay rayon Polis şöbəsinin rəisi X4 xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş X7 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərəkGöyçay rayon Polis şöbəsinin rəisi X9 tərəfindən 300 manat inzibati cərimə edilməsinə dair xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında MN seriyalı ******* nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini və barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X2 şikayətini belə əsaslandırmışdır ki, Göyçay rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Müqalib Abdıyev tərəfindən qəbul edilmiş, inzibati tənbeh vermə haqqında 15 fevral 2023-cü il tarixli qərarı ilə X7 İXM-nin 157-ci maddəsinin tələbini pozduğuna görə 300 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Hesab edir ki, Göyçay rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Müqalib Abdıyev tərəfindən qəbul edilmiş, inzibati tənbeh vermə haqqında 15 fevral 2023-cü il tarixli qərarı ləğv edilməli və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işə xitam verilməlidir. Belə ki, Göyçay RPŞ-nin müstəntiqi, Polis X1 30 dekabr 2022-ci il tarixli (cinayət işinin başlanmasının rədd edilməsi haqqında) qərarı ilə cinayət işinin başlanmasının rədd edilmiş, onun əməlində Azərbaycan Respublikası İXMnin 157-ci maddəsinin tərkibi olduğu üçün barəsində inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti Göyçay RPŞ-nin İTB-nə göndərilməsi haqqında qərar qəbul edilmişdir. Bundan sonra Göyçay RPŞ-nin müstəntiqi, Polis X1 30 dekabr 2022-ci il tarixli (cinayət işinin başlanmasının rədd edilməsi haqqında) qərar əsasında X3 İXM-nin 157-ci maddəsinə əsasən 300 manat məbləğində inzibati qaydada cərimə edilməsi barədə inzibati tənbeh vermə haqqında 15 fevral 2023-cü il tarixli qərar qəbul edilmişdir. Göyçay RPŞ-nin müstəntiqi, Polis X1 30 dekabr 2022-ci il tarixli (cinayət işinin başlanmasının rədd edilməsi haqqında) qərarından Göyçay rayon Prokurorluğuna şikayət verilmişdir. Göyçay rayon Prokurorluğunun 10 fevral 2023-cü il tarixli qərarı ilə Göyçay RPŞ-nin müstəntiqi, Polis X1 30 dekabr 2022- ci il tarixli (cinayət işinin başlanmasının rədd edilməsi haqqında) qərarı ləğv edilmişdir. Göyçay rayon Prokurorluğunun 10 fevral 2023-cü il tarixli qərarı ilə Göyçay RPŞ-nin müstəntiqi, Polis X1 30 dekabr 2022-ci il tarixli (cinayət işinin başlanmasının rədd edilməsi haqqında) qərarının ləğv edildiyindən, həmin qərar əsasında qəbul edilmiş İXM-nin 157-ci maddəsinə əsasən 300 manat məbləğində inzibati qaydada cərimə edilməsi barədə inzibati tənbeh vermə haqqında 15 fevral 2023-cü il tarixli qərar ləğv edilməli və inzibati xəta haqqında işə xitam verilməlidir. İnzibati materiala əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il qərardan görünür ki, X3 əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğu üçün barəsində inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti Göyçay RPŞ-nin İTB-nə göndərilmişdir. İnzibati materiala əlavə edilmiş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib 300 manat inzibati qaydada cərimə edilmişdir. İnzibati materiala əlavə edilmiş Göyçay rayon Prokurorunun xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, 10 fevral 2023-cü il tarixdə qəbul edilmiş qərarla material üzrə Göyçay RPŞ-nin İB-in müstəntiqi, polis kapitanı Hüseyn Rüstəmli tərəfindən qəbul edilmiş 30 dekabr 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarı ləğv edilməklə əlavə araşdırmanın aparılması üçün Göyçay RPŞ-nin İB-nə qaytarılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X3 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə əsas olmuş, qərar ləğv edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Göründüyü kimi fərdin inzibati məsuliyyətə cəlb olunması və tənbeh edilməsi üçün bu maddədə sadalanan şərtlərin (inzibati xətanı nəzərdə tutan normanın, təqsirin və inzibati xəta tərkibinin digər əlamətlərinin) mövcudluğu mütləq zərurətdir. İXM-in müddəalarının təhlilindən aydın olur ki, inzibati məsuliyyətin yaranmasının əsasını həmin Məcəllənin xüsusi hissəsindəki inzibati məsuliyyəti və onun tətbiqini müəyyənləşdirən maddi hüquq normaları təşkil edir. Azərbaycan Respublikası İXM-nin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin İdarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, barəsində qərar qəbul edilmiş şəxs X7 barəsində inzibati icraat İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmaqla aparıldığından, şikayəti qismən təmin edilməli, X7 barəsində Göyçay rayon Polis şöbəsinin rəisi X4 xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında işə yenidən baxılması üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X3 şikayəti qismən təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 300 manat inzibati cərimə edilməsinə dair Göyçay rayon Polis şöbəsinin rəisi X4 xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. İnzibati xəta haqqında işə yenidən baxılması üçün Göyçay rayon Polis şöbəsinə qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-202/2023
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-202/2023
13.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver