Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-203/2021 23.07.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, şikayətçi X1 və Göyçay rayon Polis şöbəsinin DYPB-nın YPX inspektoru X2 iştiraki ilə, Göyçay rayon Polis şöbəsinin DYPB-nm YPX inspektoru X2 24.06.2021-ci il tarixli TP ******* saylı qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay rayon Polis şöbəsinin DYPB-nın YPX inspektoru X4 tərəfindən qəbul edilmiş 24.06.2021-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv olunmasını və inzibati xəta haqqında işə xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini belə əsaslandırmışdır ki, Göyçay rayonu, Yol Patrul Xidməti İnspektoru polis kiçik serjantı Nümayəndə 24.06.2021-ci il tarixdə TP ******* saylı qərar qəbul etmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək, inzibati qaydada 60 manat cərimə edilmişdir. Qərarda qeyd edilmişdir ki, 03.06.2021-ci il tarixdə idarə etdiyi özünə məxsus“Mercedes Benz C180” minik markalı, **- ZO-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən sərnişin daşıma qaydalarını pozmuşdur. Lakin heç bir pozuntusuna yol vermədiyini bildirməsinə baxmayaraq, yol polis inspektoru onun barəsində əsassız olaraq inzibati qaydada cərimə edilməsinə dair qərar qəbul etmişdir. Hesab edir ki, qeyd edilən maddə ilə barəsində qərar qəbul edilməsi qanuna ziddir. Halbu ki, İXM-nin 327.2-ci maddəsi ilə törədilən inzibati xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə real vaxt rejimində qeydə alınmalıdır. Göyçay rayon Polis şöbəsinin DYPB-nın YPX inspektoru X4 izahat verərək göstərmişdir ki, X3 03.06.2021-ci il tarixdə saat 17:54-də idarə etdiyi “Mercedes Benz C180” minik markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Göyçay şəhəri Nizami hərəkətdə olarkən sərnişin daşıma qaydalarının pozduğuna görə barəsində 03.06.2021-ci il tarixdə protokol tərtib edilmiş, həmin protokol əsasında 24.06.2021-ci il tarixdə İXM-nin 327.2-ci maddəsi ilə qərar qəbul edərək X3 60 manata məbləğində inzibati cərimə edilmişdir. Qeyd edilən inzibati xəta hadisəsi heç bir texniki vasitə ilə qeydə alınmamışdır. Təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, şikayət əsaslıdır və təmin edilməlidir. Məhkəməyə təqdim edilm 24.06.2021-cil tarixli TP ******* saylı qərardan görünür ki, X3 03.06.2021-ci il tarixdə saat 17:54-də idarə etdiyi “Mercedes Benz C180” minik markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Göyçay şəhəri Nizami küçəsində hərəkətdə olarkən sərnişin daşıma qaydalarının pozduğuna görə İXM-nin 327.2-ci maddəsi ilə 60 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitənin köməyi qeydə alınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 81.1-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları xüsusi texniki vasitələr adlanır. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsaəsn yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.5-ci maddəsinə əsasən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır. Göründüyü kimi X1 03.06.2021-cil tarixdə Göyçay şəhəri Nizami küçəsində idarə etdiyi “Mercedes Benz C180” minik markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olduğu zaman İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan sərnişin qaydalarının pozduğuna dair heç bir sübut müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi X1 qanunda nəzərdə tutulmuş yuxarıda qeyd edilən hüquqları pozulduğundan şikayəti təmin edilməli, X3 barəsində Göyçay rayon Polis şöbəsinin DYPB-nın YPX inspektoru X4 tərəfindən 24.06.2021-cil tarixli TP ******* saylı qərar üzrə 60 manat inzibati cərimə edilməsinə dair qəbul edilmiş qərar ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. X3 barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 60 manat cərimə edilməsinə dair Göyçay rayon Polis şöbəsinin DYPB-nın YPX inspektoru X4 tərəfindən qəbul edilmiş 24.06.2021-cil tarixli TP ******* saylı qərar ləğv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Göyçay Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-203/2021
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-203/2021
23.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver