Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-203/2024 14.03.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakimi X3, xx.xx.1967-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Göyçay rayonu Yekəxana kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokola görə ,o,yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə xx.xx.2023-cü il tarixli qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində cərimə edilməsinə baxmayaraq inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. İnzibati xəta haqqında protokola baxılmasının yeri və müddəti ilə əlaqədar xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında ondan vəsatət daxil olmamışdır. Ona görə də Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq, iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki,inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki,Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlyi ) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətəlar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx.xx.2023-cü il tarixli,EQ 17934571 saylı qərardan görünür ki, X2 xx.xx.2023-cü il tarixdə saat 13.15.45-də Bakı şəhəri Yasamal rayonu,Əsəd Əhmədov küçəsində «Mercedes Benz» markalı,** HO *** dövlət qeydiyyat nişanlı avtomobili daanma və ya durma qaydalarını pozduğuna görə Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat cərimə edilmişdir. İşə əlavə edilmiş Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki,X2 xx.xx.2023-cü il tarixdə saat 13.15-də Bakı şəhəri Yasamal rayonu,Əsəd Əhmədov küçəsində «Mercedes Benz» markalı,** HO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə təqsirli bilinərək 300 manat cərimə edilmişdir.İnzibati tənbeh vermə haqqında qərardan şikayət verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 barəsində eyni vaxtda,eyni yerdə bir neçə inzibati xəta törədilməsinə görə ayrılıqda inzibati tənbeh tətbiq edilmişdir. X5 Məcəlləsinin 34.3-cü maddəsinin tələbləri baxımından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 eyni vaxtda öz hərəkətləri ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin səlahiyyətinə aid olduğundan ,həmin şəxs daha ciddi xətaya görə İXM-in 332.3-cü maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməli idi. Qeyd olunanlara əsasən hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 eyni vaxtda,eyni yerdə öz hərəkətləri ilə törətdiyi həm İXM-in 346.1-ci maddəsi,həm də 332.3-cü maddəsi ilə inzibati xətalara baxılması eyni orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin səlahiyyətinə aid olduğundan,bu halda daha ciddi xətaya görə tənbeh edilməsi nəzərə alınmalı və həmin tənbehin (cərimənin) qanunla müəyyən edilmiş müddət ərzində icra edilməməsi müəyyən edildiyi halda məhz həmin xətaya görə İXM-in 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməlidir.Belə ki,daha ciddi xəta olan İXM-in 332.3-cü maddəsi ilə inzibati tənbehin verilməsi İXM-in 346.1-ci maddəsi ilə olan inzibati xətanı əhatə edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 əməlində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112,115-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №3(046)-203/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-203/2024
14.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver