Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-205/2023 13.03.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxsnun iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Göyçay rayon Aşağı Qaraməryəm kəndində qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 515.0.2-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 515.0.2-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilərək, baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir, ona görə ki, Şəxs xx.xx.2023-cü il tarixdə Göyçay rayon Aşağı Qaraməryəm kəndində yaşadığı evdə və kəndin ərazisində azyaşlı uşaqları toplayaraq dini mərasim təşkil etmiş, azyaşlı uşaqları dini ayinlərə təhrik etmiş, dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarını pozmuşdur. İnzibati xəta törətmiş Şəxs izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Göyçay rayon Aşağı Qaraməryəm kəndində qohumlarına, eləcə də özünə məxsus evdə azyaşlı uşaqları toplayaraq dini mərasim keçirmişdir. Həmin görüntülərini sosial şəbəkələrdə yerləşdirmişdir. Hesab edir ki, qanun pozuntusuna yol verməmişdir. İnzibati materiala əlavə edilmiş DVD disk-ə baxış zamanı müəyyən olunur ki, Şəxs yaşadığı kənddə yaşayan azyaşlı uşaqları toplayaraq onları müxtəlif şəkillərlə təmin etmiş, uşaqları uca səslə mərsiyə oxumağını təşkil etmiş, bu görüntüləri sosial şəbəkələrdə paylaşmışdır. Məhkəmə, məhkəmədə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 515.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetir. Şəxs 515.0.2-ci maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Göyçay rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəxs İXM-nin 515.0.2-ci maddəsi ilə təqsirli bilinib 1500 manat inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 515.0.2.-ci maddəsinə əsasən dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər yeddi min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən törətdiyi xətanın xarakterini, şəxsiyyətini, törədilmə şəraitini, həmçinin məsuliyyətini yüngülləşdirən halın olmadığını və il ərzində yenidən eyni xarakterli xətanı təkrar törətməsini məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alaraq ona Azərbaycan Respublikası İXM-nin 515.0.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh növününun yuxarı həddində tənbeh təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 515.0.2-ci maddəsi ilə təqsirli bilinib, ona 2000 manat məbləğində inzibati cərimə təyin edilsin. Qərarın icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-205/2023
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-205/2023
13.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver