Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-206/2024 14.03.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, X1 iştirakı ilə, X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-cü maddəsinə əsasən Azərbaycan Respublikası DİN BDYPİ-nin EQ/18359939 saylı xx.xx.2023-cü il tarixli X7 Qərarının ləğv edilməklə, onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1 və 332.3-cü maddəsində nəzərdə tutulan əməlinin tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, «BMW 3281 minik» markalı, **-AE-*** dövlət nömrə nişanlı avtomobil Lizinq şirkəti tərəfindən onun istifadəsində olmuş, lakin 2023-cü ilin iyun ayından lizinq alan dəyişdiyi üçün avtomobil başqa adamın, Şahid adına keçirilmişdir. xx.xx.2023-cü il tarixli "xxxx" BOKT MMC ilə Şahid arasında bağlanmış ML №5683 X3 əsasən «BMW 3281 minik» markalı, 77-AE 147 dövlət nömrə nişanlı avtomobilinin 36 ay müddətinə lizinq olunması qeyd edilmişdir. xx.xx.2023-cü il tarixdə avtomobili idarə etməklə bağlı Şahid etibarnamə verilmiş, həmin vaxtdan da o bu avtomobili idarə etmir. Azərbaycan Respublikası DİN BDYPİ-nin X7 Qərarına əsasən xx.xx.2023-cü il tarixində, saat 00:32-də Bakı-Quba-Rusiya yolu istiqamətində «BMW 3281 minik» markalı, **-AE-*** dövlət nömrə nişanlı avtomobillə sürücülük hüququ olmadan avtomobil idarə etməsi bağlanmaması qeydə alınmışdır. Bununla bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1 və 332.3-cü maddəsi ilə o inzibati xəta törədən şəxs kimi məsuliyyətə cəlb edilmişdir. Buna görə də ona 300 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X5 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati xətaya dair işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İşdə iştirak edən şəxsin izahatını dinləyib, inzibati xəta haqqında protokola əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, X5 tərəfindən Azərbaycan Respublikası İXM-in 328.1,332.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli saylı inzibati X7 qərardan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsinin 328.1-ci, 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 300 manat məbləğində cərimə edilmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli ML/5683 saylı maliyyə lizinqi müqaviləsinin surətindən görünür ki, "xxxx" BOKT MMC-i «BMW 3281 minik» markalı, **-AE-*** dövlət nömrə nişanlı avtomobili lizinq müddəti 36 ay müəyyən edilməklə lizinq alan Şahid vermiş,müqavilənin 5.4.3-cü bəndinə görə lizinq alan hər ay qrafik üzrə ödəniş etdikdə lizinq verən 1 ay müddətinə avtomobilin idarə edilməsinə dair hüquq verən etibarnaməni lizinq alana təqdim edir. İşə əlavə edilmiş 12 iyun 2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, Şahid "xxxx" BOKT MMC-nə məxsus «BMW 3281» markalı, **-AE-*** dövlət nömrə nişanlı avtomobili idarə etmək hüququ xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək verilmişdir. İşə əlavə edilmiş «AZEMİS» X2 şəxsi məlumatlar bölməsindən çıxarışdan görünür ki, «BMW 3281» markalı, **-AE-*** dövlət nömrə nişanlı avtomobil "xxxx" BOKT MMC-nin mülkiyyətindədir. Göründüyü kimi bu hissədə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki,mülkiyyətçi lizinq verən "xxxx" BOKT MMC-i «BMW 3281» markalı, **-AE-*** dövlət nömrə nişanlı avtomobili xx.xx.2023-cü il tarixli ML/5683 saylı X3 görə lizinq alan Şahid vermiş,xx.xx.2023-cü il tarixli etibarnamə ilə avtomobili idarə etmək səlahiyyəti Şahid verilmiş,buna baxmayaraq X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-cüivə 332.3-cü maddələri ilə xx.xx.2023-cü il tarixli, EQ/18359939 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında İXM-in 328.1 və 332.3-cü maddələri ilə təqsirli bilinməsinə dair xx.xx.2023-cü il tarixli inzibati X7 qərar qəbul edilmiş, X4 təqsirliliyini təsdiq edən hər hansı bir sübut qərarı qəbul etmiş səlahiyyətli orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə görə bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsində görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 48-ci maddəsinin tələbinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati X7 elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən inzibati X7 elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. Həmin Məcəllənin 122.3-cü maddəsinə əsasən inzibati X7 elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar göstərilir: inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə); İnzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330 və 346cı maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında iş üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.6-cı maddəsinə görə, bu Məcəllənin 346.1, 346.2, 346-1.2, 346-1.3-cü və 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati X7 qərar çıxarılır. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati X7 qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bortkompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1 və 332.3-cü maddələri ilə təqsirli bilinməsinə dair xx.xx.2023-cü il tarixli inzibati X7 qərarı,onun təqsirliliyini təsdiq edən sübutlar olmadığından qanuni sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz,başlanmış icraata isə xitam verilir. Odur ki, qeyd olunanlara və tədqiq edilmiş sübutlara əsasən şikayət təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş “inzibati X7” xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli, X4 ona istinad olunan inzibati xətanın törədilməsində təqsirliliyini təsdiq edən sübutlar olmadığından ,inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1 və 332.3-cü maddələri ilə təqsirli bilinərək inzibati X7 xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. X4 barəsində başlanılmış inzibati xəta iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-206/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-206/2024
14.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver