Məhkəmə qərarları › İş №3(046)-215/2020

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-215/2020

10.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-215/2020 10.07.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Göyçay Rayon Məhkəməsinin hakimi Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi ilə, Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə Azərbaycan Respublikası DİN Göyçay RPŞ-dən daxil olmuş inzibati xəta protokolu üzrə materiala baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azəbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə 22 iyun 2020-ci il tarixi, AP0166177 nömrəli inzibati xəta protokolu tərtib edilərək baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir ona görə ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə tərtib edilmiş 31 dekabr 2019-cu il tarixli, EQ2932000nömrəli inzibati xəta haqqında qərara əsasən 40 (qırx) manat inzibati qaydada cərimə edilmiş, qəbul edilmiş inzibati xəta haqqında qərar qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddət kecməsinə baxmayaraq, Şəxs cəriməni ödəməmişdir. İş üzrə inzibati xəta törətmiş şəxs Şəxs məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, barəsində Azərbaycan Respublikası İXM-nin 328.1 maddəsi ilə tərtib edilmiş, 31 dekabr 2019-cu il tarixli, EQ2932000 nömrəli inzibati xəta protokolu üzrə ona təyin edilmiş cəriməni və hesablanmış dəbbə pulunu tam olaraq ödəmişdir. Təqdim edilmiş qəbzdən görünür ki, Şəxs 31 dekabr 2019-cu il tarixli, EQ2932000 nömrəli inzibati protokol üzrə cəriməni və dəbbə pulunu tam olaraq ödəmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs cəriməni və dəbbə pulunu ödədiyini nəzərə alaraq, Azərbaycan Respublikası DİN Göyçay RPŞ tərəfindən Şəxs barəsində 529.3-cü maddəsi ilə tərtib edilmiş 22 iyun 2020-ci il tarixi, AP0166177 nömrəli inzibati xəta protokolu üzrə icraata xitam verilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsinin Qeyd: hissəsinə əsasən 1. Bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Qanunun mənasından göründüyü kimi Şəxs barəsində olan inzibati xəta materialı üzrə icraata xitam verilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 43, 114, 115, 128, 129, 152 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Q ƏR A R A A L D İ : Şəxs 328.1-ci maddəsi ilə tərtib edilmiş 31 dekabr 2019-cu il tarixli, EQ2932000 nömrəli inzibati xəta protokolu üzrə inzibati cəriməni və hesablanmış dəbbə pulunu ödədiyindən, Azərbaycan Respublikası DİN Göyçay RPŞ tərəfindən Şəxs barəsində 529.3-cü maddəsi ilə tərtib edilmiş 22 iyun 2020-ci il tarixi, AP0166177 nömrəli inzibati xəta protokolu üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Göyçay rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar