Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-215/2024 13.03.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs, zərərçəkmiş şəxslər X1 və Zərərçəkmiş şəxs2 iştirakı ilə, Göyçay şəhərində xx.xx.2004-cü il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşqul olan, Göyçay şəhəri N.Tusi küçəsi ev 12-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs barəsində xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göyçay rayon məhkəməsinə göndərilmişdir. Ona görə ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Göyçay şəhəri S.Vurğun küçəsində nəqliyyat vasitəsini idarə etmə hüququ və sürücülük hüququ olmadan idarə etdiyi VAZ 21074 markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Stop nişanın tələblərini pozmuş, nəticədə yol kəsişmədə hərəkətdə olan Zərərçəkmiş şəxs2 məxsus OPEL VECTRA markalı **-BL-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, zərbənin gücündən həmin avtomobil X2 məxsus MERCEDES BENZ markalı **-DJ-*** dövlət nömrəli avtomobillə toqquşmuşdur. Baş vermiş hadisə zamanı hər iki avtomobilə maddi ziyan dəymişdir. Məhkəmədə inzibati xəta törətmiş şəxs qismində izahat vermiş Şəxs əməlini etiraf etməklə göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Göyçay şəhəri S.Vurğun küçəsində nəqliyyat vasitəsini idarə etmə hüququ və sürücülük hüququ olmadan idarə etdiyi VAZ 21074 markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Stop nişanın tələblərini pozmuş, nəticədə yol kəsişmədə hərəkətdə olan Zərərçəkmiş şəxs2 məxsus OPEL VECTRA markalı **-BL-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, zərbənin gücündən həmin avtomobil X2 məxsus MERCEDES BENZ markalı **-DJ-*** dövlət nömrəli avtomobillə toqquşmuşdur. Baş vermiş hadisə zamanı hər iki avtomobilə maddi ziyan dəymişdir. Törətdiyi əməlindən peşmandır. Zərərçəkmiş şəxs2 izahat verərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Göyçay şəhəri H.Əliyev prospektində özünə məxsus OPEL VECTRA markalı **-BL-*** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən, Şəxs idarə etdiyi VAZ 21074 markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə stop nişanını gözləməmiş, onun avtomobilini vurmuş, toqquşmanın təsirindən onun avtomobili X2 məxsus MERCEDES BENZ markalı **-DJ-*** dövlət nömrəli avtomobillə toqquşmuşdur. Baş vermiş hadisə nəticəsində avtomobilinə 2102 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan inzibati xəta törətmiş şəxs Şəxs tərəfindən ödənilməmişdir. Lakin Şəxs ilə razılaşmışdır. Buna görə də ondan şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs X3 izahat verərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Göyçay şəhəri H.Əliyev prospektində özünə məxsus MERCEDES BENZ markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən, Şəxs idarə etdiyi VAZ 21074 markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə OPEL VECTRA markalı **-BL-*** dövlət nömrə nişanlı avtomobili vurmuş, toqquşmanın təsirindən OPEL VECTRA markalı **-BL-*** dövlət nömrə nişanlı avtomobil onun avtomobili toqquşmuşdur. Ona dəymiş ziyan inzibati xəta törətmiş şəxs Şəxs tərəfindən ödənilməmişdir. Lakin Şəxs ilə razılaşmışdır. Baş vermiş hadisə nəticəsində avtomobilinə 450 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan inzibati xəta törətmiş şəxs Şəxs tərəfindən ödənilməmişdir. Lakin Şəxs ilə razılaşmışdır. Buna görə də ondan şikayət və tələbi yoxdur. İş üzrə inzibat xəta törətmiş Şəxs və zərərçəkmiş şəxslər X1 və Zərərçəkmiş şəxs2 izahatını dinləyən, toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi subuta yetir. İşə materiallarına əlavə edilmiş Volqa MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışlardan görünür ki, Zərərçəkmiş şəxs2 idarə etdiyi Opel Vectra markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2102 manat, X2 məxsus MERCEDES BENZ markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 450 manat maddi ziyan dəymişdir. İş materiallarında inzibati xəta hadisəsi baş verərkən zərər çəkmiş şəxslər X2 və Zərərçəkmiş şəxs2 maddi ziyan dəydiyi müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nın 332.4-cü maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcuddur. Azərbaycan Respublikası 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini, törətdiyi əməli etiraf etməklə peşman olduğunu məsuliyyətini yüngülləşdirən hal kimi və məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi İXM-nin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinib, ona 500 manat məbləğində inzibati cərimə təyin edilsin. Qərarın icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-215/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-215/2024
13.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver