Məhkəmə qərarları › İş №3(046)-219/2021

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-219/2021

29.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-219/2021 29.07.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, Göyçay rayon prokurorunun böyük köməkçisi vəzifəsini icra edən X1 və inzibati xəta törətmiş Şəxs iştirakı ilə, xx.xx.1967-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonu Veysəlli kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 208-ci maddəsi ilə Göyçay rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara 29 iyul 2021-ci il tarixdə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Göyçay rayon prokuroru tərəfindən Azərbaycan Respublikası İXMnin 208-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir, öna görə ki, Şəxs 15.07.2021 il tarixdə yaşadığı Göyçay rayonu Veysəlli kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində 2 ədəd narkotik xassəli çətənə kolunu istifadəsi üçün kultivasiya etməklə yetişdirmişdir. Məhkəmədə inzibati xəta törətmiş Şəxs törətdiyi inzibati xətanı etiraf edərək göstərmişdir ki, 15.07.2021 il tarixdə polis əməkdaşları onu şübhəli şəxs qismində tutaraq müdafiəçi ilə təmin etmişlər, Göyçay rayonu Veysəlli kəndində yerləşən fərdi yaşayış evinə, polis əməkdaşlarının, müdafiəçinin və hal şahidlərinin iştirakı ilə baxış keçirilmişdir. Baxış keçirilən zaman həyətyanı torpaq sahəsində istifadəsi üçün əkib becərdiyi 2 ədəd narkotik xassəli çətənə kolu aşkar edilərək götürülmüşdür. Törətdiyi əməldən peşimandır. Göyçay rayon prokurorunun böyük köməkçisi vəzifəsini icra edən X2 inzibati xəta törətmiş Şəxs inzibati tənbeh təyin edilməsini xahiş etmişdir. inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 29.07.2021-ci il tarixli qərardan görünür ki, Şəxs yaşadığı Göyçay rayonu Veysəlli kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsindən 15.07.2021-ci il tarixdə 2 ədəd narkotik xassəli çətənə bitkisi aşkar edilərək götürülmüşdür. Məhkəmə, məhkəmə baxış zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 208-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetir. Azərbaycan Respublikasının İXM-nin 208-ci maddəsinə əsasən Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin az miqdarda kultivasiyasına (əkilməsinə, yetişdirilməsinə və ya onların (onların hissələrinin) toplanılmasına) görə - iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh təyin edərkən, törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, eləcə də törətdiyi əməli etiraf etməklə peşman olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi, həmçinin məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona Azərbaycan Respublikası İXM-nin 208ci maddəsinin sanksiyası həddində inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. İş üzrə maddi sübut olan və Göyçay rayon Polis Şöbəsində saxlanılan 2 ədəd narkotik xassəli çətənə kolu məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 35.97 manat məbləğində pul Şəxs tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 208-ci maddəsi ilə təqsirli bilinib, ona 250 manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilsin. İş üzrə maddi sübut olan və Göyçay rayon Polis Şöbəsində saxlanılan 2 ədəd narkotik xassəli çətənə kolu məhv edilsin. İş üzrə ekspertiza xərci olan 35.97 manat məbləğində pul Şəxs tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Qərarın icrası Göyçay Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar