Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-22/2025 19.01.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Göyçay rayon polis şöbəsinin İTB-nin sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1985-ci ildə Göyçay rayonu, 2-ci Ərəb kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Göyçay rayonu, 2-ci Ərəbcəbirli kəndində qeydiyyatda olan. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Göyçay rayon polis şöbəsinin İTB-nin sahə rəisi X3 tərəfindən 18 yanvar 2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol tərtib edilmişdir. Belə ki, Şəxs 18 yanvar 2025-ci il tarixdə narkotik vasitənin istifadəsində şübhəli bilinərək Göyçay rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkilləri Nüsrət Rüstəmov və Emil Quluzadə tərəfindən saxlanılaraq Göyçay rayon polis şöbəsinə gətirilmiş və orada baxış keçirilən zaman üzərində narkotik vasitə aşkar olunmasa da, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji Mərkəzində müayinə olunarkən THC (marixuana) aşkar edilmişdir. Məhkəmə iclasında Göyçay rayon polis şöbəsinin İTB-nin sahə rəisi X3 izahatında bildirdi ki, Göyçay rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Emil Quluzadə rayon polis şöbəsinin rəisinə raportla müracət edərək, xx.xx.2025-ci il tarixdə Göyçay rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Nüsrət Rüstəmov ilə xidmətdə olduqları zaman Göyçay rayonu, 2-ci Ərəbcəbirli kəndində Şəxs özünü şübhəli apardığı üçün ona yaxınlaşaraq özlərini təqdim etmişlər, onun hərəkətlərində qeyri dəqiqlik və narkotik vasitənin təsiri altında olmasında özünü şübhəli apardığı üçün rayon polis şöbəsinə gətirilmişlər. Həmin tarixdə Şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserində həkim narkoloqun iştirakı ilə müayinədən keçirilmiş, müayinə zamanı onun narkotik vasitə olan marixuanadan istifadə etdiyi müəyyən edilmişdir. Bununla bağlı Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol tərtib edilmiş və aidiyyəti üzrə baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, bir ay bundan əvvəl narkotik vasitə olan marixuanadan istifadə etmişdir. xx.xx.2025-ci il tarixdə polis əməkdaşları ona yaxınlaşaraq rayon polis şöbəsinə gətirdilər. Həmin tarixdə o, Gəncə şəhər Narkoloji Dispanserində həkim narkoloqun iştirakı ilə müayinədən keçirilmiş, müayinə zamanı onun narkotik vasitə olan marixuanadan istifadə etdiyi müəyyən edilmişdir. Bundan başqa bildirir ki, o, Göyçay rayon polis şöbəsində olarkən heç bir işgəncəyə məruz qalmamışdır. Törətdiyi əməlindən peşmandır. Himayəsində az yaşlı övladları vardır. Müdafiəçisi Vəkil çıxış edərək bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxs xx.xx.2025-ci il tarixdə cinayət əməlini törətməkdə şübhəli bilinərək Göyçay rayon polis şöbəsinə aparılaraq 3 gün müddətdir ki, ona işgənclər verilir. Onu polis şöbəsində qorxuzaraq “sən gedib orda bu sözləri desən onsuzda məhkəmə səni həbs edəcək bizim yanımıza gələsən” deyərək hədə-qorxu gəlmişlər. Gəncə şəhər Narkoloji Dispanserində həkim narkoloqun rəyi ilə razı deyildir. Hüquqlarını müdafiə etdiyi şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Bugünədək onun barəsində heç bir inzibati tənbeh tədbiri tədbiq olunmamışdır. Himayəsində 3 az yaşlı övladı vardır. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin dispozisiyasında həm inzibati həbs tənbeh növü həm də cərimə tənbeh növü nəzərdə tutulmuşdur. Məhkəmədən hüquqlarını müdafiə etdiyi şəxs barəsində inzibati cərimə tənbeh növü seçilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı protokoldan görünür ki, Şəxs 18 yanvar 2025-ci il tarixdə narkotik vasitənin istifadəsində şübhəli bilinərək Göyçay rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkilləri Nüsrət Rüstəmov və Emil Quluzadə tərəfindən saxlanılaraq Göyçay rayon polis şöbəsinə gətirilmiş və orada baxış keçirilən zaman üzərində narkotik vasitə aşkar olunmasa da, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji Mərkəzində müayinə olunarkən THC (marixuana) aşkar edilmişdir. xx.xx.2025-ci il tarixli, 241/2025 nömrəli "Sərxoşuluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs sidikdə THC (marixuana) aşkar edilmişdir. xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 16:45-də inzibati qaydada tutulmuşdur. xx.xx.2025-ci il tarixli (Məhkəmə-Narkoloji ekspertizasının təyin edilməsi haqqında) qərardan görünür ki, Şəxs narkoman olub-olmamasını, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını, narkotik vasitədən istifadə edib-etməməsini müəyyən etmək məqsədi ilə iş üzrə məhkəmə-narkoloji ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Gəncə şəhər rayonlararası narkoloji-dispanserin ekspertlərinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri X1 Məcburi-Narkoloji tibbi yoxlamanın xx.xx.2025-ci il tarixli 73 nömrəli rəyində göstərilmişdir ki, Şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən mməcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Göyçay rayon polis şöbəsində verdiyi izahatından görünür ki, o, törətdiyi inzibati xətanı etiraf etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı ilə yanaşı, inzibati protokolu tərtib etmiş şəxsin izahatı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri X1 Məcburi-Narkoloji tibbi yoxlamanın xx.xx.2025-ci il tarixli 73 nömrəli rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Şəxs törətdiyi inzibati xətanı etiraf edərək əməlindən peşman olması onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirilir. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətə inzibati həbs tətbiq olunsun. İnzibati həbs müddətinin əvvəli 18 yanvar 2025-ci il tarixdən saat 16:45-dən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Göyçay rayon polis şöbəsinə həvalə edilsin. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №3(046)-22/2025
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-22/2025
19.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver