Məhkəmə qərarları › İş №3(046)-223/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-223/2024

14.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-223/2024 14.03.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Allahverdiyeva Sevinc Elçin qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X1, müdafiəçi X2, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə 06 avqust 1985-ci il tarixdə Göyçay rayonu, Bığır kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Göyçay rayonu, Bığır kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Göyçay rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. 14 mart 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs 310 manat məbləğində pul alaraq mənimsəmişdir. Məhkəmə iclasında Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə və Göyçay rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, Göyçay rayon İdarəetmə və Texnologiya Kollecinin 4-cü kurs tələbəsi olduğunu, kəsirlərinin həll edilməsi üçün xx.xx.2024-cü il tarixdə Göyçay şəhəri, H.Əliyev prospektində yerləşən “Accessbank” qarşısında Şəxs hissə-hissə 310 manat pul vermiş, lakin sonradan Şəxs onun etibarından sui-istifadə edib aldadaraq pulunu ələ keçirmişdir. Dəfələrlə Şəxs axtarılaraq şöbəyə çağırılmasına baxmayaraq, o, şöbəyə gəlməkdən imtina etmişdir. Zərər çəkmiş şəxsin atası onun mobil telefonuna zəng edərək oğlundan aldığı pulun geri qaytarılmasını tələb etmiş, lakin heç bir nəticəsi olmamışdır. Daha sonra Şəxs yaşadığı Göyçay rayon Bığır kəndində olması barədə məlumat almış, məlumata əsasən o yaşadığı kənddə saxlanılmış və rayon polis şöbəsinə gətirərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta törətmiş Şəxs barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ona istinad edilən əməlin törətdiyini qismən qəbul edərək göstərmişdir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qeyd edilən məbləği tam olaraq deyil, hissə-hissə almış, onu aldatmaq kimi bir fikri olmamışdır. Özünə məxsus avtomobili Sumqayıt şəhərində yerləşən avtosalonların birində satışa qoyduğunu, avtomobil satıldıqdan sonra Zərərçəkmiş şəxs aldığı pulun geri qaytaracağına söz vermiş, lakin aralarında razılığa gələ bilməmişlər. Törətdiyi əməlindən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, ailə üzvləri ilə birlikdə Bakı şəhərində yaşayır. Göyçay rayon İdarəetmə və Texnologiya Kollecində 4-cü kurs tələbəsidir. İmtahanlardan kəsirlərin həll edilməsi ilə bağlı tanışı ilə birlikdə Şəxs yaşadığı Göyçay rayonu, Bığır kəndinə gedərək onunla görüşmüş, Teymur onlara Kollecdə tanışlarının olmasını, kəsirin həll edəcəyinə söz vermişdir. Daha sonra Şəxsla Göyçay şəhərində görüşərək kəsirlərin həll olunması üçün ona hissə-hissə 310 manat məbləğində pul vermişdir. Bir müddət keçdikdən sonra Teymura zəng edərək məsələnin həll olunmadığını, ona verdiyi pulu geri qaytarılmasını tələb etməsinə baxmayaraq, o, müxtəlif bəhanələr gətirərək pulu verməkdən imtina etmişdir. Bununla bağlı DİN-nin 102 xidmətinə və Göyçay rayon Polis Şöbəsinə ərizə verərək ondan şikayətçi olmuşdur. Halhazırda ona dəymiş ziyan ödənilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 14 mart 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs 310 manat məbləğində pul alaraq mənimsəmişdir. - Cinayət işin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış materialda cinayət tərkibinin əlamətləri olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan həmin şəxsin yerin müəyyən edilməsi və barəsində inzibati icraatın açılıb-açılmaması məsələsinə baxılması üçün qərarın surəti Göyçay rayon Polis Şöbəsinin İTB-nə göndərilmişdir. - xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Göyçay rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı X7 rayon Polis Şöbəsinin rəisinə müraciət edərək, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə və Göyçay rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, Göyçay rayon İdarəetmə və Texnologiya Kollecinin 4-cü kurs tələbəsi olduğunu, imtahanlardan kəsrlərini həll etmək üçün Teymur adlı şəxsə xx.xx.2024-cü il tarixdə 310 manat pul verdiyini, lakin həmin şəxsin etibardan sui-istifadə edərək onu aldatdığını və pulunu ələ keçirdiyini bildirmişdir. - Göyçay rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-13-76/2-26/9840/24 saylı məktubdan görünür ki, Göyçay şəhəri, N.Tusi küçəsində kirayədə yaşayan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə və Göyçay rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, Göyçay rayon İdarəetmə və Texnologiya Kollecinin 4-cü kurs tələbəsi olduğunu, imtahanlardan kəsrlərini həll etmək üçün Teymur adlı şəxsə xx.xx.2024-cü il tarixdə 310 manat pul verdiyini, lakin həmin şəxsin etibardan sui-istifadə edərək onu aldatdığını və pulunu ələ keçirdiyini bildirmişdir. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özgəsinin pulunu mənimsəməsi məhkəmə iclasında verilmiş izahatlarla yanaşı, tədqiq olunmuş iş materialları ilə də sübuta yetirildi, məhkəmə hesab edir ki, o, həmin əməlinə görə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq, hesab edir ki, Şəxs İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib onun barəsində 190 (yüz doxsan) saat müddətinə ictimai işlər tətbiq edilməsi məqsədə müvafiqdir. Bundan başqa, məhkəmə hesab edir ki, Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilməli və müdafiəçinin göstərdiyi hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabından Göyçay rayon Vəkil Bürosunun hesablaşma hesabına müvafiq məbləğdə pul köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114-115, 128- 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 190 (yüz doxsan) saat müddətində ictimai işlər tənbeh növü tətbiq edilsin. Tənbeh tətbiqinin əvvəli Şəxs həmin tənbehin çəkilməsinin cəlb olunduğu vaxtdan hesablansın. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Şəxs yaşadığı yer üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil bürosunun vəkili X3 verilməkdən ötrü məhkəmə icraat zamanı göstərilmiş 3 iş saatı müddətində hüquqi yardım üçün 18 manat məbləğində pul Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına ödənilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar