Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-224/2024 04.04.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs iştirakı ilə, xx.xx.1959-cü il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, odlu silahların təmiri ilə məşqul olan, Bakı şəhəri Ə.Naxçıvani küçəsi ev 26, mənzil 3-də yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilərək, baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir, ona görə ki, X3 məxsus TOZ-55 markalı 48220 nömrəli qoşalülə tüfəngi qanunsuz olaraq saxlamışdır. Şəxs izahat verərək göstərmişdir ki, Göyçay şəhərində ov silahların təmiri ilə məşqul olur. xx.xx.2024-cü il tarixdə Göyçay sakini X4 özünə məxsus TOZ-55 markalı 48220 nömrəli qoşalülə tüfəngi təmir elətdirmək üçün ona vermişdir, zəhmət haqqı olaraq X2 40 manat pul almışdır. Bundan sonra özünə məxsus təmir sexində olarkən polis əməkdaşları gəlmiş, X3 məxsus silahı qanunsuz saxlaması ilə əlaqədar onu polis şöbəsinə aparmışlar. Hesab edir ki, əməlində inzibati xəta tərkibi yoxdur. Buna görə də barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini xahiş edir. Ov silahlarının saxlanması və təyinati üzrə istifadəsi barədə vəsiqədən görünür ki, məxsus TOZ-55 markalı 48220 nömrəli qoşalülə tüfəng X3 məxsusdur. Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş hesabat kitabının surətindən görünür ki, X4 xx.xx.2024-cü il tarixdə özünə məxsus TOZ-55 markalı 48220 nömrəli qoşalülə tüfəngi təmir elətdirmək üçün Şəxs təhvil vermişdir. Fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamənin surətindən görünür ki, Şəxs xx.xx.2015-ci il tarixdən vergi ödəyicisidir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Ağayev X1 şəhərində ov silahların təmiri ilə məşqul olur. 3.02.2024-cü il tarixdə Göyçay sakini X4 özünə məxsus TOZ-55 markalı 48220 nömrəli qoşalülə tüfəngi təmir elətdirmək üçün ona vermişdir.İşin faktiki hallarından görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsini tərkib əlamətləri yoxdur. Azərbaycan Respublikası İXM-nin 9.1, 21 və 31.2-ci maddələrinə əsasən «İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır», «İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır», «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə-silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 53.1.1. inzibati xəta hadisəsi olmadıqda inzibati işin icraatına xitam verilir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsinə əsasən Şəxs əməlində inzibati xəta tərkibi olmadığında barəsində olan inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 53, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta protokolu üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-224/2024
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-224/2024
04.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver