Məhkəmə qərarları › İş №3(046)-225/2020

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №3(046)-225/2020

10.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 3(046)-225/2020 10.07.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədirliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə Göyçay rayon PŞ-dən daxil olmuş inzibati xəta protokolu üzrə materiala 30 iyun 2020-ci il tarixdə baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azəbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə AP ******* saylı inzibati xəta protokolu tərtib edilərək baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir ona görə ki, Şəxs 08.06.2020-ci il tarixdə saat 22 radələrində idarə etdiyi VAZ 2106 markalı **-LK-*** dövlət nömrə nişanlı avtomobili ilə Göyçay şəhəri Fizuli küçəsi ilə hərəkətdə olarkən stop nişanının tələblərini pozmuş, x2un idarə etdiyi VAZ2107 markalı **-LZ-*** dövlət nömrə nişanlı avtomobili vurmuşdur. x2 yüngül bədən xəsarətləri almış və avtomobilinə maddi ziyan dəymişdir. Tərtib edilən 24.06.2020-ci il tarixli AP ******* saylı protokolda inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarına Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməmiş, barəsində inzibati xəta protokolu tərtib edilmiş Şəxs iştirakı təmin edilməmiş, bu barədə protokolda müvafiq qeydlər aparılmamış, tərtib edilmiş protokolun surəti Şəxs və zərərçəkmiş şəxsə təqdim edilməmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, təritib edilmiş inzibati xəta protokolu və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.4-cü maddəsinə əsasən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.6-cü maddəsinə əsasən olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.9-cu maddəsinə əsasən inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərtib edilmiş inzibati xəta protokolu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmaqla tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə Göyçay rayon PŞ-nin baş inspektoru polis kapitanı x1 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol natamam tərtib olunduğundan, protokol və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 109, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə Göyçay rayon PŞ-nin baş inspektoru polis kapitanı x1 tərəfindən tərtib edilmiş AP ******* saylı inzibati xəta haqqında protokolu üzrə material Göyçay rayon PŞ-nə geri qaytarılsın. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar