Məhkəmə qərarları › İş №3(046)-232/2021

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-232/2021

05.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-232/2021 05.08.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ X1 Rizvan oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay şəhəri Nizami küçəsi dalan 14 ev 2-də qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsində daxil olmuş inzibati xəta haqqında materiallara Göyçay şəhərində 05 avqust 2021-ci il tarixdə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində 05 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 227ci maddəsi ilə inzibati xəta protokol tərtib edilmişdir ondan ötrü ki, Şəxs 20.07.2021-ci il tarixdə saat 12 radələrində Göyçay şəhəri Ə.Səmədli küçəsi ev 42-də yaşayan Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən 2 ədəd hər birinin dəyəri 40 manat olan qazanı gizli yolla talamışdır. İnzibati xəta törətmiş Şəxs törətdiyi əməli etiraf edərək göstərmişdir ki, 20.07.2021ci il tarixdə saat 12 radələrində Göyçay rayonu şəhəri Ə.Səmədli küçəsi ev 42-də Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən 2 ədəd hər birinin dəyəri 40 manat olan alüminium qazanı gizli yolla talamışdır. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş Zərərçəkmiş şəxs izahat verərək göstərmişdir ki, Şəxs 20.07.2021-ci il tarixdə saat 12 radələrində özünə məxsus Göyçay şəhəri Ə.Səmədli küçəsində yerləçən 42 saylı fərdi yaşayış evinə gəldikdə evinin qapısının açıq olduğunu görmüşdür. Həmin vaxt evinə baxdıqda 2 ədəd alüminium qazanın olmadığını görmüşdür. Bundan sonra polis şöbəsinə ərizə müraciət etmiş, sonradan məlum olmuşdur ki, həmin qazanları Şəxs oğurlamışdır. Həmin qazanları dəyəri 40-50 manat civarında olmuşdur. Ona dəymiş ziyan Şəxs tərəfindən ödənilməmişdir. Şəxs barəsində qanuni tədbirlər görülməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş 30.07.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi əlamətləri olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İnzibati tutma haqqında 04.08.2021-ci il tarixli protokoldan görünür ki, Şəxs 04.08.2021-ci il tarixdə inzibati qaydada tutulmuşdur. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 31.4. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən törətdiyi əməlin xarakterini, törədilmə şəraitini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmadığını alaraq ona Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növü təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib, ona 23 gün müddətinə inzibati həbs təyin edilsin. Həbsin əvvəli 04.08.2021-ci il tarixdən saat 18:00-dan hesablansın. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim : Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar