Məhkəmə qərarları › İş №3(046)-232/2022

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-232/2022

22.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-232/2022 22.04.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi ilə, Qədiroğlu MMC barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə 9 saylı Ərazi Vergilər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qədiroğlu MMC barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilərək, baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir, ona görə ki, 01.04.2022-ci il tarixdə saat 16:00-da Göyçay şəhəri, M.Hüseynzadə küçəsində yerləşən Qədiroğlu MMC-yə məxsus obyektə karantin rejimi dövründə fərdi qoyurucu vasitələrdən istifadə ilə bağlı qoruyucu maskadan istifadə etməyərək karantin qaydalarını pozmuşdur. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, 01.04.2022-ci il tarixdə saat 16:00-da Göyçay şəhəri, M.Hüseynzadə küçəsində yerləşən Qədiroğlu MMC-yə məxsus obyektə karantin rejimi dövründə fərdi qoyurucu vasitələrdən istifadə ilə bağlı qoruyucu maskadan istifadə edilməyərək Azərbaycan Respublikası İXMnin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilmişdir. Qədiroğlu MMC-yə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Məhkəmə Qədiroğlu MMC-yə inzibati tənbeh təyin edərkən inzibati xətanın törədilmə şəraitini nəzərə alaraq Qədiroğlu MMC-yə Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddələrinin sanksiya nəzərdə tutulmuş cərimə inzibati tənbeh növü təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinib, 600 manat cərimə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar