Məhkəmə qərarları › İş №3(046)-235/2023

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-235/2023

12.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-235/2023 12.04.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay rayon Məhkəməsinin hakimi X1, xx.xx.1977-ci ildə Göyçay şəhərində anadan olmuş, evli, orta təhsilli, Göyçay şəhəri, Z.Nəcəfov küçəsi, dalan 11, 06 saylı evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs 29 mart 2023-cü il tarixdə Göyçay şəhəri, Z.Nəcəfov küçəsi dalan 11, 06 saylı evdə müvafiq icra hakimiyyəti orqanından xüsusi icazəsi olmadan sənədsiz qoşalüləli 16 kalibrli, Toz markalı 86354 nömrəli ov silahını özündə saxlamışdır. İnzibati xəta hadisənin olması 29 mart 2023-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 2018-ci ilin aprel ayında atası X2 məxsus qoşalüləli 16 kalibrli, Toz markalı 86354 nömrəli ov silahını yaşadığı evdə saxlamış, iş çoxluğu ilə əlaqədar olaraq silahı öz adına sənədləşdirə bilməmişdir. Qısa müddət ərzində həmin ov tüfəngini öz adına sənədləşdirmək istəmişdir.Lakin polis əməkdaşları onda aşkar edilmiş ov silahını ondan götürmüşlər.Törətdiyi əməldən peşmandır. İş materiallarında olan raportdan görünür ki, Göyçay rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı Fərid Nağıyev xx.xx.2023-cü il tarixdə inzibati ərazidə sahənin polis nəfəri Asəf Pənahovla birlikdə ov silahlarının saxlanılması qaydalarını yoxlayarkən Göyçay şəhəri, Z.Nəcəfov küçəsi, 11/6-da yaşayan Şəxs mərhum atası X2 məxsus olan qoşalüləli 16 kalibrli, Toz markalı 86354 nömrəli yivsiz ov silahını qeydiyyata aldırmadan özündə saxladığı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş Q-107 nömrəli şəhadətnamənin surətindən görünür ki, 16 kalibrli, Toz markalı 86354 nömrəli qoşalüləli ov tüfəngi saxlanması və təyinatı üzrə istifadə edilməsi üçün X2 verilmişdir. İş materiallarına əlavə edilmiş Göyçay rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki,X3 16 aprel 2018-ci ildə ölmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə-silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. İş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən,səmimi peşmançılığı iş üzrə məsuliyyəti yüngülləşdirən hal olması və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmaması nəzərə alınmışdır. Belə ki,Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.1 və 26.2-ci maddələrinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 151.1 və 151.2-ci maddələrinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. Predmetin müsadirəsi haqqında qərarın icrası başa çatdıqda, bu barədə müvafiq qeyd aparılmaqla həmin qərar onu qəbul etmiş hakimə qaytarılır. İş üzrə obyektiv və subyektiv halları nəzərə alıb,hesab edirəm ki,barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinin sanksiyasının aşağı həddində əsas inzibati tənbeh tədbiri olaraq cərimə, əlavə inzibati tənbeh tədbiri olaraq isə inzibati xətanın bilavasitə obyekti olan predmetin müsadirəsi tətbiq edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinərək, bir ədəd qoşalüləli 16 kalibrli, Toz markalı 86354 nömrəli mülki ov silahı müsadirə edilməklə, 80 (səksən) manat məbləğində cərimə edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar