Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-237/2023 20.04.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1978-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonu Üngütlü kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 232.1-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsində daxil olmuş inzibati xəta haqqında materiallara Göyçay şəhərində baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 232.1-ci maddəsi ilə inzibati xəta protokol tərtib edilmişdir ondan ötrü ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Göyçay rayonu Hüngütlü kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus bağ sahəsinə çəkilmiş hasarları təpiklə əzərək sındırmış, Zərərçəkmiş şəxs 225 manat ziyan vurmuşdur. İnzibati xəta törətmiş Şəxs törətdiyi əməli etiraf edərək göstərmişdir ki, Göyçay rayonu Hüngütlü kəndində yerləşən torpaq sahəsi ilə Zərərçəkmiş şəxs məxsus torpaq sahəsi qonşudur. Zərərçəkmiş şəxs ona məxsus torpaq sahəsində yerləşən otlağı yandırdığı üçün əsəbləşmiş, xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs məxsus torpaq sahəsinə çəkilmiş hasarı təpikləmiş. Dirəkləri sındırmışdır. Zərərçəkmiş şəxs göstərmişdir ki, Şəxs ona məxsus Göyçay rayonu Hüngütlü kəndində yerləşən torpaq sahəsinə çəkilmiş hasarları xx.xx.2022-ci il tarixdə saat 15 radələrində təpikləmiş və sındırmışdır. Buna görə də inzibati xəta törətmiş Şəxs şikayətçidir və barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs məxsus Göyçay rayonu Hüngütlü kəndində yerləşən torpaq sahəsinə çəkilmiş hasarı təpikləyərək dirəkləri sındırması sübuta yetirilmişdir. Dəymiş ziyan 5000 manatdan az olduğunu üçün onun barəsində cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 232.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 232.1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən törətdiyi əməlin xarakterini, törədilmə şəraitini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona Azərbaycan Respublikası İXM-nin 232.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş dəymiş ziyanın bir mislində inzibati cərimə tənbeh növü təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 232.1-ci maddəsi ilə təqsirli bilinib, ona 225 manat məbləğində inzibati cərimə təyin edilsin. Qərarın icrası Göyçay rayon İcra və Probasiya həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim : İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-237/2023
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-237/2023
20.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver