Məhkəmə qərarları › İş №3(046)-238/2021

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-238/2021

09.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-238/2021 09.08.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ X1 Rizvan oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs iştirakı ilə, xx.xx.1999-cu il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonu Qarabaqqal kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala 09 avqust 2021-ci il tarixdə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə inzibati xəta protokolu tərtib edilərək baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta törətmiş Şəxs törətdiyi inzibati xətanı etiraf edərək göstərmişdir ki, 22.07.2021-ci il tarixdə saat 13:00 radələrində Göyçay şəhərində idarət etdiyi "VAZ 21074" markalı, **-BB-*** dövlət nömrə nişanlı avtomobilini polis əməkdaşları saxlamış və onu polis şöbəsinə gətirmişlər. Polis şöbəsində vəkilin iştirakı ilə videoçəkiliş vasitəsi ilə idarət etdiyi "VAZ 21074" markalı, **-BB-*** dövlət nömrə nişanlı avtomobilinə baxış keçirilmiş, baxış zamanı avtomobilinin sürətlər qutusunun yanından 1 ədəd bükümdə narkotik vasitə olan marixuana aşkar edilərək götürülmüşdür. Həmin narkotik vasitəni yaşadığı Qarabaqqal kəndində küçədə yerdən tapmışdır. Törətdiyi əməldən peşmandır. Cinayət işi başlanmasının rədd edilməsi haqqında 29.07.2021-ci il tarixli qərardan görünür ki, Şəxs aşkar edilərək götürülmüş 1 ədəd bükümdə 1,51 qr narkotik vasitə olan marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə, məhkəmə baxış zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 206-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetir. Azərbaycan Respublikasının İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh təyin edərkən, törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, eləcə də törətdiyi əməli etiraf etməklə peşman olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi, həmçinin məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona Azərbaycan Respublikası İXM-nin 206ci maddəsinin sanksiyası həddində inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. İş üzrə maddi sübut olan və Göyçay rayon Polis şöbəsində saxlanılan 1 ədəd bükümdə saxlanılan 1,51 qr narkotik vasitə olan marixuana məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ : Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə təqsirli bilinib, ona 300 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. İş üzrə maddi sübut olan və Göyçay rayon Polis şöbəsində saxlanılan 1 ədəd bükümdə saxlanılan 1.51 qr narkotik vasitə olan marixuana məhv edilsin. Qərarın icrası Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar