Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-238/2023 27.04.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay rayon Məhkəməsinin hakimi X13, Barəsində inzibat xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Vəkil, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin nümayəndəsi X10 iştirakı ilə, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Hüquqi ünvanı Göyçay şəhəri C.Cabbarlı küçəsi ev 4/2 olan "xxxx" MMC-i X7 2022cı ilin aprel-iyul aylarında Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. İnzibati xəta hadisənin olması 04 aprel 2023-cü il tarixli inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibat xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Vəkil izahatında bildirdi ki, X14 "xxxx" MMC-nin işçisi olmamışdır. X14 özünə məxsus «Uaz» markalı avtomobillə özlərini "xxxx" MMC-nin işçiləri kimi təqdim edən şəxsləri bir neçə dəfə Göygöl rayonu Tülallar kəndinə aparmışdır. Həmin işçilər bu xidmətin qarşılığında X8 pul vermişlər. X2 pulunu gündəlik vermişlər, sonradan işçilər pulu həftəlik verməsi barədə razılaşmışlar. İşçilər bir neçə dəfə həftəlik X8 pul versələr də, Elnur Məmmədov sonradan işçiləri tapa bilmədiyindən pulunu ala bilməmişdir. Ona görə də X14 işçilərdən pulu almaq üçün "xxxx" MMC barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 şikayət etmişdir. "xxxx" MMC ilə X14 arasında əmək münasibəti olmamışdır. "xxxx" MMC-nin rəhbərliyi şikayətdən xəbər tutduqdan sonra, xidmətdən istifadə edən işçilərin X8 olan borcunun ödənilməsi təmin etmişdir. X6 şikayət ərizəsində göstərdiklərinin həqiqətə uyğun olmadığını bildirərək, inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin nümayəndəsi X19 izahat verərək bildirdi ki, X17 "xxxx" MMC-də əmək müqaviləsinin rəsmiləşdirilməməsi və işə görə əmək haqqının ödənilməməsi barədə xx.xx.2023-cü il tarixdə X20 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinə müraciət ünvanlamış, müraciətlə bağlı araşdırılma aparılmışdır. Araşdırma ilə əlaqədar X6 və "xxxx" MMC-nin işçisi X18 izahatları alınmışdır. X20 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinə daxil olmuş məlumata və sənədlərə baxılmaqla inzibati xətanın əlamətlərinin olması müəyyən edilmişdir. Bununla bağlı inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak edilməsi məqsədi ilə "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixdə saat 11:00-da X20 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinə iştirak edilməsi ilə əlaqədar olaraq bildiriş göndərilmiş, lakin hüquqi şəxsin nümayəndəsi gəlmədiyindən, onun iştirakı olmadan inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq "xxxx" MMC-nin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Gəncə-Daşkəsən Regional X1 vermiş olduğu izahatdan görünür ki, o, 2022-ci ilin aprel ayının 27-də Göygöl rayonunda yol çəkən “Real- İnşaat» MMC-nə işə qəbul olunduğunu,şirkətin Toğrul adlı işçisinin ondan sənədlər tələb etməsini,ona sənədləri təqdim etməsini,işə qəbul olunması barədə ərizə verməsini,ona sənədlərin baş ofisə göndəriləcəyi,onun əmək haqqının karta vurulacağı,əmək haqqının hər ay 1000 manat olacağını,lakin nə əmək haqqının ,nədə ki,kartın verilmədiyini,3 ay keçəndən sonra işdən azad olunmasını barədə ona məlumat verilməsini,aprel-iyul aylarında "xxxx" MMC şirkətində yol-tikinti idarəsində işlədiyini, "xxxx" MMC-in onunla əmək müqaviləsi bağlamamasını, idarənin ona işlədiyi dövr ərzində 2200 manat borcu olduğunu və həmin borcdan 1500 manat ödənildiyini, 700 manat qalan borcunun ödənilmədiyini göstərmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Gəncə-Daşkəsən Regional X3 vermiş olduğu izahatdan görünür ki, o, "xxxx" MMC şirkətində topoqraf köməkçisi vəzifəsində işlədiyini və onunla əmək müqaviləsi bağlandığını,onunla eyni vaxtlarda X9 2022-ci ilin aprel-iyul aylarında "xxxx" MMC şirkətində sürücü işlədiyini,onun əmək vəzifəsinə hər gün şirkətin işçilərini saat 08.00-da işə çatdırmasını,axşam saat 18.00-da isə işdən çıxan işçiləri öz ünvanlarına aparmasını aid olmasını,onunla əmək müqaviləsinin bağlanılacağı barədə şirkət rəhbərliyi tərəfindən vəd verilməsini,lakin sonradan Elnur ona şirkət rəhbərliyi tərəfindən onunla əmək müqaviləsini bağlamaqdan imtina etməsini bildirməsini göstərmişdir. İş materiallarına əlavə edilmiş notarial qaydada təsdiq olunmuş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, X14 ərizəsində özünə məxsus «Uaz» markalı avtomobillə özlərini "xxxx" MMC-nin işçiləri kimi təqdim edən şəxsləri bir neçə dəfə Göygöl rayonu Tülallar kəndinə aparmasını,həmin işçilərin bu xidmətin qarşılığında ona pul vermələrini, işçilərin onun pulunu gündəlik vermələrini, sonradan işçilərlə pulu həftəlik verməsi barədə razılaşmalarını, işçilər bir neçə dəfə həftəlik pul versələr də, sonradan da xidmətdən istifadə etmədiklərini və sonradan onları tapa bilməməsini göstərmişdir. Əvvəllər onlar ona bildirmişlər ki, "xxxx" MMC-də işləyirlər. Ona görə də işçilərdən pulu almaq üçün "xxxx" MMC barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 şikayət etmişdir. "xxxx" MMC ilə arasında əmək münasibəti olmamış, o, bu şirkətdə işləməmişdır. "xxxx" MMC-nin rəhbərliyi şikayətdən xəbər tutduqdan sonra, xidmətdən istifadə edən işçilərin olan borcunun ödənilməsini təmin etmişdir. İşçilər onun pulunu ödəmiş, onun işçilərə və "xxxx" MMC-nə qarşı şikayəti yoxdur. İş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmiş və hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki,Azərbaycan Respublikası Əmək Məcəlləsinin 1 və 3-cü maddələrinə əsasən, işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir və işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə əmək müqaviləsi (kontraktı) adlanır; Həmin Məcəllənin 7-ci maddəsinə əsasən işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1 -ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1 -ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 42-ci maddənin 1 və 2-ci hissələrinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmin Məcəllənin 49-cu maddəyə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.2.1,18.2.2,18.2.3,18.2.4cü maddələrinə görə hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs,hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs,hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs,bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi törədilən inzibati xətalara görə cəlb edilir. Hazırkı iş üzrə "xxxx" MMC ilə X14 arasında əmək münasibətlərinin olması özünün və "xxxx" MMC-i ilə əmək münasibətlərində olan digər işçisi X18 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Gəncə-Daşkəsən Şöbəsində verdikləri izahatları ilə təsdiq olunur, "xxxx" MMC-i təmsil etmək və ya adından qərarlar qəbul etmək və ya fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan və ya həmin vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində işçisi və ya işçiləri (izahatda Elməddin və Toğrul adlı şəxslərin) tərəfindən "xxxx" MMC-in xeyrinə işin görülməsinə cəlb edilməsi faktı öz təsdiqini tapdığından hesab edirəm ki, faktla bağlı inzibati araşdırma aparmış X20 Xidməti "xxxx" MMC tərəfindən fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və "xxxx" MMC barəsində əsaslı olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. X6 xx.xx.2023-cü il tarixdə notariat qaydasında təsdiq edilmiş ərizəsində "xxxx" MMC ilə əmək münasibətlərində olmaması, şirkətdə işləməməsi barədə göstərdiyi məlumatlara gəldikdə isə hesab edirəm ki,ona əmək haqqı üzrə borcların tam olaraq ödənilməsi işə olan marağının itməsinə,pozulmuş əmək hüquqlarının bərpa olunaraq minimum səviyyədə təmin olunmasına səbəb olduğuna görə və bu məlumatlar digər sübut vasitələri ilə təsdiq edilmədiyinə görə nəzərə alınmamalıdır. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, işəgötürən "xxxx" MMC tərəfindən 27 aprel 2022-ci il tarixdən başlayaraq 3 ay ərzində Göygöl rayonu, Tülalar kəndində aparılan yol tikinti işləri zamanı X11 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1 -ci maddəsi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə məsuliyyət nəzərdə tutur. Həmin Məcəllənin 9.1 -ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran halların olması müəyyən edilmədi. Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, "xxxx" MMC-i barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin sanksiyasında hüquqi şəxslər üçün nəzərdə tutulmuş cərimənin aşağı həddində tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq qərar aldım: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 20.000 (iyirmi min) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №3(046)-238/2023
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-238/2023
27.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver