Məhkəmə qərarları › İş №3(046)-238/2025

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-238/2025

17.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-238/2025 17.07.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X6 iştirakı ilə, Göyçay rayonu, Cəyirli kəndində yerləşən Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Yerüstü X5 Regional İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Azərbaycan Yerüstü X5 Regional İdarəsinin inspektoru X3 tərəfindən tərtib edilmiş 03 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokola görə, Şəxs MMC-i tərəfindən xx.xx.2025-ci il tarixdə, saat 11:44-də Göyçay rayonu, Potu kəndi ərazisində mülkiyyətində olan “Kamaz 541150” yük markalı H004603 dövlət qeydiyyat nişanlı avtomobilin reysqabağı texniki müayinəsinin və sürücünün reysqabağı tibbi müayinəsinin təşkil edilmədiyi aşkar edilmişdir. Göyçay rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən Göyçay Rayon Məhkəməsinin 16 aprel 2025-ci il tarixli 3(046)-238/2025 nömrəli qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X9 izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Yerüstü Nəqliyyat Agentliyi avtomobilin reysqabağı texniki müayinəsinin və sürücünün reysqabağı tibbi müayinəsinin Göyçay rayonu ərazisində harada təşkil edilməsi barədə məlumat verməmişdir.03 aprel 2025-ci il tarixində müəssisəyə məxsus yük avtomobili Yevlax Regional İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış,reysqabağı yük daşıyan nəqliyyat vasitəsinin həm texniki müayinəsinin, həmdə sürücünün tibbi müayinəsinin nəticəsi tələb edilmişdir. Təşkil olunmuş müayinə məntəqəsində avtonəqliyyat vasitələrinin texniki cəhətdən müayinə aparılmasına şərait yaradılmamışdır.Belə ki,təqdim olunmuş fotoşəkillərdən də görünür ki,onlara məxsus olan nəqliyyat vasitələrinin müayinə yerinə daxil edilməsi ölçülərə görə mümkün deyildir.Çünki həmin avtonəqliyyat vasitələrinin qoşqu ilə birlikdə uzunluğu 10-12 metr təşkil etdiyi halda,müayinə yeri ölçüsü az olan nəqliyyat vasitələrinə uyğundur.Bundan başqa texniki ölçmə vasitələri mövcud deyildir.Sürücülərin tibbi müayinədən keçirilməsi üçün də yer ayrılmamışdır.Hazırda verilən məlumata görə tibbi müayinəni aparmalı olan özəl şirkət Yevlax rayonunda yerləşir və belə olan halda müayinə Göyçay rayonu ərazisində aparılmalı olduğu halda,sürücünün Yevlax rayonuna gedib müayinədən keçməsi və sonra reysə çıxması fiziki cəhətdən mümkün deyildir.Odur ki,lazımi şərait olmadığına görə avtonəqliyyat vasitələrinin texniki müayinəsinin və süruculərin reysqabağı tibbi müayinəsinin keçirilməsi mümkün olmamışdır.Qeyd olunanları nəzərə alıb,iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Yerüstü X5 Regional İdarəsinin inspektoru X3,inspektor X1 və kiçik inspektor X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, 03 aprel 2025-ci il tarixdə saat 11:44 radələrində Kərpic-San LTD-yə məxsus avtonəqliyyat vasitələrini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 aprel tarixli 71 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən sərəncamında olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinədən keçirilməsi” haqqında qərarın təmin edib-etməməsi ilə bağlı monitorinq keçirilmişdir. Keçrilən monitorinq zamanı Kərpic-San LTD-nin mülkiyyətində olan “Kamaz 541150” yük markalı H004603 dövlət qeydiyyat nişanlı avtomobilin reysqabağı texniki müayinəsinin və sürücünün reysqabağı tibbi müayinəsinin təşkil edilmədiyi faktı aşkar olunmuş, bu fakt foto və video çəkilişlər ilə qeydə alınmışdır (surət əlavə olunur). Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Yerüstü X5 Regional İdarəsinə məlumat verilmiş, lakin nümayəndə məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsi barədə məhkəmə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 75.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) törədilib-törədilməməsi sübut edilməli olan hallardan biridir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsinə əsasən sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə - vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Beləliklə inzibati xətalar qanunvericiliyinə görə sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsi inzibati xətadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 aprel 2009-cu il tarixli 71 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin seçirilməsi Qaydası”nın 1.1-ci bəndinə əsasən bu Qayda “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır, mülkiyyət növündən, təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi qaydasını müəyyən edir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının əsas məqsədi onların reysqabağı texniki vəziyyətinin qüvvədə olan təhlükəsizlik və istismar qaydalarının, normativlərinin, standartlarının tələblərinə uyğun olmasını, insanların həyat və sağlamlığının qorunmasını təmin etməkdir. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar onların mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını təmin etməlidirlər. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təyin etdiyi hüquqi və ya fiziki şəxslər tərəfindən təşkil edilmiş məntəqələrdə qanunvericiliyə uyğun olaraq həyata keçirilir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması hüquqi və fiziki şəxslər tərəfindən əmək və ya mülki hüquq müqavilələri əsasında həyata keçirilir. Həmin Qaydaların 2.5-ci bəndinə əsasən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması zamanı onların tormoz sistemi, sükan idarə mexanizmi, xarici işıq cihazları, qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları, təkərlər və şinlər, mühərrik və konstruksiyanın digər ünsürləri yoxlanılır. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar onların mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin sürücülərinin (bundan sonra - sürücülər) reysqabağı tibbi müayinədən keçmələrini təmin etməlidirlər. Həmin Qaydaların 3.3-cü bəndinə görə sürücülərin reysqabağı tibbi müayinəsi müvafiq tibb müəssisələri tərəfindən qanunvericiliyə uyğun olaraq həyata keçirilir. Həmin Qaydaların 3.4-cü bəndinə görə müvafiq tibb müəssisələri tərəfindən sürücülərin reysqabağı tibbi müayinəsi Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin təyin etdiyi hüquqi və ya fiziki şəxslər tərəfindən təşkil edilmiş məntəqələrdə aparılır. Həmin Qaydaların 3.5-ci bəndinə əsasən reysqabağı tibbi müayinə hüquqi və fiziki şəxslər tərəfindən əmək və ya mülki hüquq müqavilələri əsasında həyata keçirilir. Həmin Qaydaların 3.6-cı bəndinə əsasən reysqabağı tibbi müayinə zamanı sürücülərin anamnezi toplanmalı, bədən temperaturu ölçülməli, nəbzi sayılmalı və nəfəsvermə havasında alkoqolun olmaması təyin edilməlidir. Göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 aprel 2009-cu il tarixli 71 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydalarına görə istər nəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması ,istərsə də sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin təyin etdiyi hüquqi və ya fiziki şəxslər tərəfindən təşkil edilmiş məntəqələrdə aparılır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını ləğv edərkən qeyd etmişdir ki, texniki müayinənin Göyçay rayonu ərazisində "xxxx" MMC tərəfindən təşkil edilməsi, tibbi müayinənin aparılmasının isə Yevlax rayonu ərazisində yerləşən özəl tibb müəssisəsi tərəfindən təşkil edilməsi məsələsinin birinci instansiya məhkəməsi tərəfindən məsələ araşdırılmadığını, Yevlax rayonu ərazisində yerləşən özəl tibb müəssisəsi tərəfindən tibbi müayinənin aparılmasının təşkil edilib-edilibməməsi, müsbət halda hansı tibbi müəssisə tərəfindən həmin müayinənin aparılması müəyyən edilmədiyini götərmişdir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin qərarı protokol tərtib etmiş orqana göndərilmiş, yəni həmin qərardan məlumatlı olmuşlar. Lakin Azərbaycan Yerüstü X5 Regional İdarəsinin nümayəndəsi elektron məhkəmə sistemi vasitəsi ilə məhkəmə baxışının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, tibbi müayinənin aparılmasının Yevlax rayonu ərazisində yerləşən özəl tibb müəssisəsi tərəfindən təşkil edilməsi barədə məhkəməyə heç bir sübutu təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Qanunun mənasından da göründüyü kimi təqsirsizlik prezumpsiyası prinsipinə əsasən barəsində inzibati icraat aparılan şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Barəsində inzibati icraat aparılan şəxsin təqsirli olması barədə sübutları, onun barəsində protokol tərtib etmiş orqan təqdim etməlidir. Eləcə də məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Yerüstü X5 Regional İdarəsinin inspektoru X3,inspektor X1 və kiçik inspektor X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktda 03 aprel 2025-ci il tarixdə saat 11:44 radələrində Kərpic-San LTD-nin mülkiyyətində olan “Kamaz 541150” yük markalı H004603 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücünün harada yerləşən tibb müəssisəsindən reysqabağı tibbi müayinədən keçirilməsi qeyd etməli idi. Lakin Azərbaycan Yerüstü X5 Regional İdarəsinin əməkdaşları Yevlax şəhərində özəl tibb müəssisəsi mövcud olması barədə aktda heç bir qeyd aparılmamışdır. Bundan başqa inzibati xəta haqqında protokolda göstərilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydalarına uyğun olaraq sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsini təmin edən məntəqə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin təyin etdiyi hüquqi və ya fiziki şəxslər tərəfindən təşkil edilmədiyindən Şəxs MMC-in mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı tibbi müayinəsini təşkil etməməkdə təqsiri olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibinin olmasını təsdiq edən mötəbər sübutlar olmadığından və belə olan halda əməldə İXM-in 326-cı maddəsi ilə inzibati xəta tərkibinin yaranması üçün dispozisiyada müəyyən edilmiş şərtlər olmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-130-cü maddələrini rəhbər tutub, qərara aldı: Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim : İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar