Məhkəmə qərarları › İş №3(046)-239/2025

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-239/2025

04.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-239/2025 04.04.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Göyçay rayon polis şöbəsinin İTB-nin sahə rəisi X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1976-cı ildə Göyçay rayonu, Bığır kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Göyçay rayonu, Bığır kəndində qeydiyyatda olan və yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tələblərinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Göyçay rayon polis şöbəsinin İTB-nin sahə rəisi X5 tərəfindən 04 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol tərtib edilmişdir. Belə ki, Şəxs 1 ay əvvəl Bakı şəhərində olarkən narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Məhkəmə iclasında Göyçay rayon polis şöbəsinin İTB-nin sahə rəisi X5 izahat verərək bildirdi ki, Göyçay rayonu Bığır kəndində yaşayan X4 xx.xx.2025-ci il tarixdə Göyçay rayon polis şöbəsinə ərizə ilə müraciət edərək qonşusu Şəxs narkotik vasitə istifadə etməsini, narkotik vasitələrin təsiri altında onun barəsində hədələyici sözlər danışmasını, nalayiq ifadələr işlətməsini bildirmiş, təhlükəsizliyinin təmin olunmasını xahiş etmişdir. Həmin müraciət şöbənin “Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabında HK-1, 687 nömrəsi ilə qeydə alınaraq araşdırılması Göyçay rayon polis şöbəsinin TB-nin baş təhqiqatçısı polis mayoru Orxan Kərimova həvalə edilmişdir. Toplanmış materialdan Şəxs X3 öldürməklə hədələməsi faktı öz təsdiqini tapmamışdır. Buna görə də Şəxs əməlində cinayət tərkibinin əlamətləri təsdiq olunmadığınlan barəsində cinayət işi başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün qərarın surəti aidiyyəti üzrə Göyçay rayon polis şöbəsinin İTB-nə göndərilmişdir. Araşdırma zamanı Şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserində həkim narkoloqun iştirakı ilə müayinədən keçirilmiş, müayinə zamanı onun 1 ay əvvəl narkotik vasitə olan marixuanadan istifadə etdiyi müəyyən edilmişdir. Bununla bağlı Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol tərtib edilmiş və aidiyyəti üzrə baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf edərək bildirdi ki, yaxın qohumu X4 ondan rayon polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Bununla bağlı o, rayon polis şöbəsinə dəvət edilmiş, izahatı alınarkən narkotik vasitə istifadə edib-etməməsi soruşuluqduqda 1 ay əvvəl Bakı şəhərində olarkən narkotik vasitə olan marixuanadan istifadə etdiyini bildirmişdir. Daha sonra Gəncə şəhər Narkoloji Dispanserində həkim narkoloq tərəfindən xx.xx.2025-ci il tarixdə müayinədən keçmiş, müayinə zamanı narkotik vasitə olan marixuanadan istifadə etdiyi müəyyən edilmişdir. Törətdiyi əməlindən peşmandır. Bir daha belə hallara yol verməyəcəkdir. Barəsində yüngül inzibati tənbeh növünün seçilməsini xahiş edir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və Göyçay rayon polis şöbəsinin İTB-nin sahə rəisini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı protokoldan görünür ki, Şəxs 1 ay əvvəl Bakı şəhərində olarkən narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji Mərkəzində müayinə olunarkən THC (marixuana) aşkar edilmişdir. 03 aprel 2025-ci il tarixli, 343 nömrəli "Sərxoşuluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs THC (marixuana) aşkar edilmişdir. xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 16:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri X1 Məcburi-Narkoloji tibbi yoxlamanın 04 aprel 2025-ci il tarixli 500 nömrəli rəyində göstərilmişdir ki, Şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 13-cü qrafasına əsasən Marixuana (kannabis) – narkotik vasitə kimi qeyd edilmişdir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etiraf edici izahatı, Gəncə şəhəri X1 Məcburi- Narkoloji tibbi yoxlamanın 04 aprel 2025-ci il tarixli 500 nömrəli rəyi, inzibati xəta haqqında protokol və digər iş materialları əsasında sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi etiraf edərək əməlindən peşman olması iş üzrə məsuliyyəti yüngülləşdirən hal olduğu, iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmaması nəzərə alınır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Şəxs yaşadığı yer üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Şəxs profilaktiki qeydiyyata alınsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar