Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-241/2025 07.04.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən Göyçay rayon polis şöbəsinin DYPB-nin inzibati təcrübə üzrə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxx 2003-cü il tarixdə Göyçay rayonu, Ləkçıplaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Göyçay rayonu, Ləkçıplaq kəndində qeydiyyatda olan və yaşayan. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 07 aprel 2025-ci il tarixli, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Göyçay rayon polis şöbəsinin DYPB-nin inzibati təcrübə üzrə inspektoru X2 tərtib etdiyi protokolu müdafiə edərək göstərmişdir ki, Şəxs 18 mart 2025-ci il tarixdə, saat 21:20 radələrində Göyçay şəhəri, Füzuli küçəsi ilə “Vaz 21063” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən R.Rza küçəsində 2.5 yol nişanın tələbini pozaraq hərəkəti davam etdirmiş və nəticədə R.Rza küçəsi ilə hərəkətdə olan “Mercedes Benz” **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Araşdırılma zamanı müəyyən edilmişdir ki, Şəxs avtomobili idarəetmə hüququ olmadan idarə etmişdir. Buna görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə dair inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, “Vaz 21063” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil özünə məxsusdur. Avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. xx.xx.2025-ci il tarixdə saat 21:20 radələrində sürücülük hüququ olmadan idarə etdiyi “Vaz 21063” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Göyçay şəhəri, Füzuli küçəsi ilə hərəkətdə olarkən R.Rza küçəsi ilə kəsişməsində 2.5 yol nişanın tələbini pozaraq hərəkəti davam etdirmiş və nəticədə R.Rza küçəsi ilə hərəkətdə olan “Mercedes Benz” **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobilin yoluna çıxaraq yolnəqliyyat hadisəsi törətmişdir. Hadisə vaxtı xəsarət alan olmamışdır. Törətdiyi əməlindən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək protokolda qeyd olunanları təsdiq etmiş və bildirmişdir ki, “Mercedes Benz” **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi vardır. xx.xx.2025-ci il tarixdə saat 21:20 radələrində idarə etdiyi “Mercedes Benz” **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Göyçay şəhəri, R.Rza küçəsi ilə hərəkətdə olarkən Füzuli küçəsi ilə hərəkət edən “Vaz 21063” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 2.5 yol nişanın tələbini pozaraq hərəkətini davam etdirmiş və nəticədə onun idarə etdiyi avtomobilin qarşısına çıxaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə vaxtı xəsarət alan olmasada onun avtomobilinə 7590 manat ziyan dəymişdir. Avtomobilinə dəymiş ziyanla bağlı "xxxx" MMC tərəfindən ziyan aktı çıxarılmış, sığorta dəymiş ziyanın 5000 manata qədər olan məbləğ sığorta şirkəti tərəfindən qarşılanacağını bildirmiş, qalan pulun ödənilməsi ilə bağlı Şəxs ilə danışıqlar aparmış, lakin bir nəticəsi olmamış, Şəxs ona heç bir ödəniş etməyəcəyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Göyçay rayon polis şöbəsinin DYPB-nin inzibati təcrübə üzrə inspektoru X2 tərəfindən tərtib edilmiş 07 aprel 2025-ci il tarixli, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 18 mart 2025-ci il tarixdə, saat 21:20 radələrində Göyçay şəhəri, Füzuli küçəsi ilə “Vaz 21063” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən Göyçay şəhəri, R.Rza küçəsində 2.5 yol nişanın tələbini pozaraq hərəkəti davam etdirmiş və nəticədə R.Rza küçəsi ilə hərəkətdə olan “Mercedes Benz” **- VH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Yol-nəqliyyat sxemindən görünür ki, “Vaz 21063” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Mercedes Benz” **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobil Göyçay şəhəri, Füzuli küçəsi ilə R.Rza küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş vermişdir. xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası "xxxx" MMC-i tərəfindən verilmiş arayışdan görünür ki, “Mercedes Benz” **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobilə 7590 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran halllar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, əmlak vəziyyətini, yaşayış tərzini, o cümlədən məsuliyyəti yüngülləşdirən halın olduğunu və ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 332.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Şəxs qeydiyyatda olduğu yer üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №3(046)-241/2025
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-241/2025
07.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver