Məhkəmə qərarları › İş №3(046)-242/2025

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-242/2025

25.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-242/2025 25.04.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakimi X6, Barəsində qərar çıxarılmış şəxs X4, Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin nümayəndəsi X5 iştirakı ilə, X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin rəis müavini X1 xx.xx.2025-ci il tarixli ******* saylı qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: X2 Əmək Müfəttişliyi Xidmətinin Mərkəzi Aran Regional şöbəsinin rəis müavini X1 xx.xx.2025-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək, barəsində Azərbaycan Respublikası İXM-in 469.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xətanın tərkibi olmaması əsası ilə xitam verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Mərkəzi Aran regional şöbəsi xx.xx.2025-ci il tarixli məktubla ona bildiriş göndərərək tərəfindən işçilərlə əmək müqaviləsi bağlanarkən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin bağlanmadığının müəyyən edilməsi göstərilmiş, bu halın araşdırılması üçün xx.xx.2025-ci il tarixdə X12 Xidmətinin Mərkəzi Aran regional şöbəsinə yaxınlaşmağı xahiş olunmuşdur.Sözügedən bildiriş ona poçt vasitəsi ilə xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. Bundan dərhal sonra xx.xx.2025ci il tarixdə tərəfindən işçilər icbari sığorta olunmuş, sözügedən sığorta müqaviləsi xx.xx.2025-ci il tarixdən qüvvəyə minmişdir. Lakin buna baxmayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin rəis müavini X3 tərəfindən xx.xx.2025-ci il tarixdə barəsində Azərbaycan Respublikası İXM-in 469.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokola əsasən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından «İcbari sığorta haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifələri müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığorta ilə icbari sığorta müqaviləsi bağlanmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin rəis müavini X3 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola görə Azərbaycan Respublikası İXM-in 469.2-ci maddəsi ilə təqsirli bilinərək 1500 manat məbləğində inzibati cərimə edilməsi barədə qərar qəbul edilmişdir. Aşağıda göstərdiyi əsaslara görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin rəis müavini X1 xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və barəsində İnzibati icraat aparan vəzifəli şəxs istər inzibati xəta haqqında protokolda, istərsə də inzibati tənbeh vermə haqqında qərarda tərəfindən konkret olaraq hansı işçi ilə icbari sığorta müqaviləsi bağlanmadığı göstərməmiş, yalnız maddənin məzmununu inzibati xəta haqqında protokola, eləcə də qərara köçürərək, inzibati tənbeh edilməyi barədə qərar qəbul edilmişdir. Hazırda şikayətinə əlavə etdiyi xx.xx.2025-ci il tarixli “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabliyyətinin itirilməsi hallarından icbari sığorta” müqaviləsindən görünür ki, "xxxx" Sığorta Şirkəti ASC ilə arasında “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabliyyətinin itirilməsi hallarından icbari sığorta” müqaviləsi bağlanmış və müqavilənin tərkib hissəsi olan “müqavilənin qoşması” adlanan sənəddə adları göstərilən işçilər sığorta olunmuşdur. Göründüyü kimi xəbərdarlıq müddəti ərzində tərəfindən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması təmin edilmiş, lakin inzibati icraat aparan vəzifəli şəxs işin bu kimi hallarını araşdırmamış, konkret olaraq inzibati xəta haqqında protokolda hansı işçiyə münasibətdə inzibati məsuliyyətə cəlb edilməyi, başqa sözlə desək xətanın mahiyyəti dəqiq göstərilməmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X9 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabliyyətinin itirilməsi hallarından icbari sığorta” müqaviləsi xx.xx.2025-ci ildə sığorta haqqı ödənilməklə bağlanılmışdır.Barəsində inzibati xəta haqqında protokol da həmin tarixdə trtib olunmuşdur.Sığorta müqaviləsi protokoldan əvvəl bağlandığından barəsində inzibati xəta haqqında protokol tərtib olunmalı deyildi.Buna baxmayaraq qərar qəbul etmiş vəzifəli şəxs bu halları araşdırmamışdır.Şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin nümayəndəsi X10 izahat verərək bildirdi ki, vətəndaşa bildiriş göndərilmişdir ki, barəsində protokol tərtib olunacaq, ona görə ki, o, İXM-nin 469.2-ci maddəsinin tələblərinə uyğun olaraq işçiləri sığorta etməmişdir. Mart ayının 7-də X4 barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. 5 mart 2025-ci il tarixdə vətəndaş həmin bildirişi almışdır və şəxsin özü ilə də danışılıb ona izah olunmuşdur ki, o, artıq inzibati xəta törətmişdir. Ona görə də şəxsə 7 mart tarixində törədilmiş inzibati xətaya görə protokol tərtib olunub və eyni zamanda protokol şəxsə göndərilmişdir. Göndərilmiş protokol şəxs tərəfindən vaxtında alınmışdır. Eyni zamanda X7 izah olunub ki, o, işçiləri bədbəxt hadisədən sığortalamasa 20 gündən sonra yəni qərar qəbul olunandan sonra onun barəsində yenidən inzibati xəta haqqında protokol tərtib olunacaqdır. Bu protokol mart ayının 7-dək olan inzibati xəta ilə bağlı tərtib edilmişdir. Sonrakı məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati xətaya dair işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İşdə iştirak edən şəxsin izahatını dinləyib, inzibati xəta haqqında protokola əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, X9 tərəfindən Azərbaycan Respublikası İXMin 469.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işə əlavə edilmiş «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabliyyətinin itirilməsi hallarından» icbari sığorta müqaviləsinin illik qoşmasından görünür ki, X9 "xxxx" ASC-in hesabına xx.xx.2025-ci il tarixdə,saat 11.54.21də 158 manat 40 qəpik sığorta haqqı ödəməklə əmək müqaviləsi bağlamışdır. İşə əlavə edilmiş ödəniş çıxarışından görünür ki, X9 tərəfindən 158.40 manat sığorta haqqı xx.xx.2025-ci il tarixdə saat 11:54-də ödənilmişdir. İşə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, AH********** nömrəli istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsindən görünür ki, "xxxx" ASC ilə X9 arasında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi elektron qaydada bağlanmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Aran Regional Şöbəsinin məsləhətçi-əmək müfəttişi X11 tərəfindən tərtib edilmiş 07 mart 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 07 mart 2025-ci il tarixdə əmək müqaviləsi bağlanmış 6 sayda işçi ilə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması təmin edilməmişdir.Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Mərkəzi Aran Regional Şöbəsinin 18 mart 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilmişdir. İşə əlavə edilmiş xx.xx.2025-ci il tarixli X7 ünvanlanmış bildirişdən görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Mərkəzi Aran Regional Şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolu üzrə inzibati xəta haqqında işə baxılması xx.xx.2025-ci il tarixdə saat 12:00-a təyin olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə görə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə -fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun: 3.1.1-ci bəndinə görə hüquqi şəxslə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq bağlanılmış əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxslər, dövlət orqanında çalışan dövlət qulluqçuları və digər işçilər (“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş orqanlarda qulluq keçən hərbi və ya xüsusi rütbəsi olan şəxslər, məhkəmə hakimləri, habelə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş şəxslər istisna olmaqla) bu Qanunun əsasında bağlanılan icbari sığorta müqaviləsi üzrə icbari sığorta olunmalıdırlar. 4.0.1-ci bəndinə görə Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri bu Qanuna əsasən icbari sığorta müqaviləsi bağlamaq vəzifəsi daşıyırlar. 23-cü bəndinə görə bu Qanunun pozulmasına görə sığortaçılar, sığortalılar, sığorta olunanlar və faydalanan şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. “Əməyin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinə əsasən işverən müəssisələrin və təşkilatların işçilərini qanunvericilikdə müəyyənləşdirilmiş qaydada və şərtlərlə mütləq sosial sığorta etməlidir. Bundan başqa Vətəndaşların vəzifələrinin əsasından bəhs edən Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində qeyd edilir ki;

1. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər.

2. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.

3. Qanunu bilməmək məsuliyyətdən azad etmir. İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinin tələbinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İşin müəyyən edilmiş mübahisəsiz hallarına və qanunvericiliyin sadalanmış normalarının tələblərinə əsasən hesab edirəm ki, X9 istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığortaçı ilə icbari sığorta müqaviləsini xx.xx.2025-ci il tarixdə saat 11:54-də sığorta haqqını ödəməklə bağlamasına və belə olan halda İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməməsinə baxmayaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Mərkəzi Aran regional şöbəsi barəsində əsassız olaraq xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib etmişdir.O da qeyd edilməlidir ki, inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edildiyindən,xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolun tərtib edilmə vaxtı müəyyən edilmədiyindən protokolun X9 tərəfindən sığorta haqqının ödənildiyi vaxtdan sonra və ya əvvəl tərtib edilməsini müəyyən etmək mümkün olmamışdır.Belə olan halda isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilməli olduğundan,hesab edirəm ki, X9 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz,başlanmış icraata isə xitam verilir. Odur ki, qeyd olunanlara və tədqiq edilmiş sübutlara əsasən hesab edirəm ki,şikayət təmin edilməli, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə təqsirli bilinərək cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin rəis müavini X3 tərəfindən qəbul edilmiş 18 mart 2025-ci il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, X4 ona istinad olunan inzibati xətanın törədilməsində təqsirliliyini təsdiq edən sübutlar olmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldım:

Şikayət təmin edilsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə təqsirli bilinərək cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin rəis müavini X3 tərəfindən qəbul edilmiş 18 mart 2025-ci il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar