Məhkəmə qərarları › İş №3(046)-243/2025

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-243/2025

25.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-243/2025 25.04.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, Şikayət verən şəxs X3 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin rəisi X1 qəbul etdiyi inzibati tənbeh haqqında 19 mart 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X3 barəsində Əmək Məcəlləsinin 225 ci maddəsinin İ hissəsinin tələblərinin pozulmasına görə Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsi haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin rəisi X1 həmin inzibati protokol əsasında qəbul etdiyi 19 mart 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarla X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. 09 aprel 2025-ci il tarixdə X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Mərkəzi Aran Regional şöbəsinin rəisi X1 qəbul etdiyi inzibati tənbeh haqqında 19 mart 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərardan verdiyi şikayət məhkəməyə daxil olmuşdur. Şikayəti onunla əsaslandırılmışdır ki, X9 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı əsasında Azırbaycan Respublikası İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 1500 (bir min beş yüz) manat məbləğində cərimə olunmuşdur. Aşağıdakılara əsasən həmin qərarı qanunsuz və əsassız hesab edir. Bildirmək istəyir ki, tərəflərindən 120 manat məbləğində icbari sığorta haqqı xx.xx.2025-ci il tarixdə ödənilmişdir. Bunu təsdiq edən qəbzi şikayətə əlavə etmişdir. Göründüyü kimi, hazırki işdə inzibati xəta tərkibi yoxdur. Bu səbəblə də hesab edir ki, qərar əsassız olduğundan rədd olunmalıdır. Məhkəmə iclasında şikayət vermiş şəxs X10 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İlkin məhkəmə baxış iclasında iştirak edən qərarından şikayət edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi məhkəmə mübahisələri ilə iş sektorunun müdiri X7 izahat verərək bildirdi ki, X10 fərdi sahibkar kimi fəaliyyət göstərir və onun 5 nəfər işçisi vardır. Həmin işçiləri istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliklərindən sığortalanmasını təmin etməmişdir. Hansı ki, Əmək Məcəlləsinin 225-ci maddəsinin tələblərinə əsasən işə götürən tərəfindən işçilər işə götürüldükdən sonra sığortalanması təmin olunmalıdır. Bununla əlaqədar olaraq icbari sığorta bürosu tərəfindən onlara məlumatlar göndərilmişdir ki, həmin 5 nəfər şəxslərin sığorta müqavilələri yoxdur, onlarla müqavilə bağlanmamışdır. Daha sonra X9 Xidmətinin Mərkəzi Aran regional şöbəsi tərəfindən X6 bildiriş göndərilmişdir ki, inzibati xəta protokolunun tərtib olunması ilə bağlı işdə iştirak etsin. Daha sonra elektron sistem vasitəsi ilə xx.xx.2025-ci il tarixdə sonuncuya bildiriş göndərilmiş, həmin bildirişi xx.xx.2025-ci il tarixdə almış, lakin iştirak etməmişdir. Sonra onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş, protokol əsasında da işə baxılaraq inzibati tənbeb vermə haqqında qərar qəbul edilmişdir. Yəni tərəflərindən aşkar olunmuşdur ki, həmin şəxslərin əmək müqavilələri olsa da, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri ilə bağlı icbari qaydada sığortalanmamış, protokol tərtib olunduğu gün xx.xx.2025-ci il tarixdə hüquqi qüvvədə olmamışdır. Odur ki, göstərilənləri nəzərə alaraq hesab edir ki, X3 şikayəti əsassızdır, inzibati tənbeh vermə haqqında qərar tam qanunidir. Buna görə də şikayətin təmin edilməməsini və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Mərkəzi Aran Regional şöbəsinin rəisi X1 qəbul etdiyi inzibati tənbeh haqqında xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, hesab edir ki, şikayət təmin edilməməli və inzibati xəta haqqında iş üzrə qərar dəyişdirilmədən saxlanmalıdır. İş materiallarında olan: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Mərkəzi Aran Regional şöbəsinin məsləhətçi əmək müfəttişi X8 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən X10 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməmişdir; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Mərkəzi Aran Regional şöbəsinin rəisi X2 tərəfindən qəbul edilmiş 19 mart 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla X10 qeyd olunan pozuntuya yol verdiyi üçün İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilmişdir; xx.xx.2025-ci il tarixli istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsindən görünür ki, X10 ilə “Atəşgah Həyat Sığorta Şirkəti ASC-i ilə icbari sığorta müqaviləsi bağlanmışdır. xx.xx.2025-ci il tarixli qəbzin surətindən görünür ki, sonu (******3523 saylı) kart hesabından 120 manat məbləğində pul İcbari Sığorta Bürosunun hesabına sığorta ödənişi olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Mərkəzi Aran regional şöbəsinin xx.xx.2025-ci il tarixli bildirişindən görünür ki, Göyçay rayon Qarabağlar kəndində qeydiyyatda olan X6 inzibati xətanın törədilməsi faktının olub-olmamasının araşdırılması ilə əlaqədar olaraq xx.xx.2025-ci il tarixdə saat 12:30-da X9 Xidməti Mərkəzi Aran regional şöbəsinə və ya video konfrans vasitəsi ilə (ƏMAS şəxsi kabinetinə daxil edilmiş ZOOM platforması linki üzərindən) dəvət olunması barədə bildiriş göndərilmişdir; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Mərkəzi Aran regional şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Göyçay rayon Qarabağlar kəndində qeydiyyatda olan X6 istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanılmadığı üçün vəzifəli şəxs qismində barəsində Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsinə uyğun olaraq Mərkəzi Aran regional şöbəsinin inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilmiş, inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, protokol ünvanına göndərilmişdir. "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2015-ci il tarixli, 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 5.4-cü bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192-194, 198-203, 469.2, 539, 540, 556 və 576-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi baxır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin tələbinə görə əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sahəsində münasibətlər müvafiq qanunvericiliklə tənzimlənir. "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən hüquqi şəxslə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq bağlanılmış əmək müqaviləsi və ya mülkihüquqi müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxslər, dövlət orqanında çalışan dövlət qulluqçuları və digər işçilər ("Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş orqanlarda qulluq keçən hərbi və ya xüsusi rütbəsi olan şəxslər, məhkəmə hakimləri, habelə "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş şəxslər istisna olmaqla); məcburi dövlət sosial sığortasına cəlb olunması nəzərdə tutulan seçkili ödənişli vəzifələrdə işləyənlər (Azərbaycan Respublikası Milli Məclisinin deputatları və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları istisna olmaqla); istehsalat təcrübəsi (təlimi) keçən tələbə və şagirdlər; müəssisələrdə işə cəlb edilən hərbi qulluqçular; təbii fəlakətlərin qarşısının alınmasına və nəticələrinin aradan qaldırılmasına, habelə hərbi və fövqəladə vəziyyət rejimində işlərin yerinə yetirilməsinə cəlb edilən şəxslər; fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər bu Qanunun əsasında bağlanılan icbari sığorta müqaviləsi üzrə icbari sığorta olunmalıdırlar. Həmin Qanunun 4-cü maddəsinə müvafiq olaraq bu Qanuna əsasən aşağıdakılar icbari sığorta müqaviləsi bağlamaq vəzifəsi daşıyırlar: Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri; dövlət orqanları; hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər; seçkili orqanlar və fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən işəgötürülənlə əmək müqaviləsi bağlayarkən Əmək Məcəlləsinin tələblərini pozması, yəni işçi ilə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin bağlanılmadığı aşkar edilərək əməlində inzibati xəta əlamətlərinin olub-olmaması faktının araşdırılması üçün Əmək Müfəttişliyi Xidmətinə gəlmək və ya distant şəkildə konfransa qoşulmaq təklif olunmuş, lakin şikayət verən şəxs Əmək Müfəttişliyi Xidmətinə getməmiş və tərəfindən göstərilən faktı təkzib edən heç bir sənəd təqdim etməmiş, buna görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, bu barədə də ona rəsmi məlumat verilmişdir. X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1500 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilmişdir. İnzibati xəta haqqında işin məhkəmədə baxılması zamanı isə müəyyən edilmişdir ki, inzibati xəta haqqında qərar qanun əsasında və səlahiyyətli orqanın vəzifəli şəxsi tərəfindən qəbul edilmişdir, X3 inzibati məsuliyyətə cəlb edilməsinin qaydalarına əməl edilmişdir, habelə X10 qanunvericiliyə müvafiq olaraq məsuliyyətə səbəb olan inzibati xəta törətmişdir və o, bu xətanın törədilməsində təqsirkardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Mərkəzi Aran Regional şöbəsinin rəisi X1 qəbul etdiyi 19 mart 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin rəisi X2 şikayət verən X6 xx.xx.2025-ci il tarixdə bildiriş ünvanlayaraq inzibati xəta əlamətlərin, inzibati xəta haqqında iş üzrə icraatı rədd dən halların, eləcədə inzibati xətanın törədilməsi faktının olub-olmamasının araşdırılması ilə əlaqədar olaraq xx.xx.2025-ci il tarixdə saat 12:30-da X5 Xidmətinin Mərkəzi Aran regional şöbəsinə və ya videokonfrans vasitəsilə ilə dəvət olunmuşdur. Göndərişlərin izlənilməsi haqqında çıxarışın surətindən görünür ki, X10 həmin məktubu xx.xx.2025-ci il tarixdə almışdır (qeydiyyatda olan ünvana çatdırılmışdır). X14 dəvət olunan ünvana getməmiş və videokonfransa qoşulmamış, yalnız barəsində inzibati xəta haqqında iş üzrə icraatın başladığını öyrəndikdən sonra (10 mart 2025-ci il məktub vasitəsilə) xx.xx.2025-ci il tarixdə müvafiq sığorta müqaviləsini bağlamışdır. Bu hal isə onun əməlində inzibati xəta əlamətinin olmaması anlamına gəlmir, çünkü göründüyü kimi, inzibati xəta müqavilə bağlanmamışdan əvvəl törədilmişdir. Azərbaycan Respublikası İXM-nin 128.1 -ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət və ya protest - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 134.1, 134.1.1-134.1.5-ci maddələrinə əsasən əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında, bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında, şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin rəisi X1 qəbul etdiyi inzibati tənbeh haqqında 19 mart 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsinə əsaslar müəyyən edilmədiyindən X3 şikayəti təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, qərara aldı: X3 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin rəisi X1 qəbul etdiyi inzibati tənbeh haqqında 19 mart 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar