Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-244/2021 26.08.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi ilə, TEYMUR ƏHMƏDOV ADİNA "xxxx" QSC barəsində Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində 26 avqust 2021-ci il tarixdə baxaraq, məhkəmə M Ü Ə Y Y ƏN E T D İ : TEYMUR ƏHMƏDOV ADİNA "xxxx" QSC barəsində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 02.08.2021-ci il tarixdə MN ******* saylı inzibati xəta protokolu tərtib edilmiş ona görə ki, TEYMUR ƏHMƏDOV ADİNA "xxxx" QSC 29800.00 Avro məbləğində vəsiti ödəniş tapşırığına əsasən bankda olan hesabından 15.07.2019-cu il tarixdə Azərbaycandan kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 il keçməsinə baxmayaraq qeyd edilən vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən Gömrük bəyannaməsinin və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabacadan ödənilmiş valyuta vəsaitini xaricdən geri qaytarmamışdır. Məhkəməyə təqdim edilmiş X1 X2 İnternet Vergi İdarəsi portalından çıxarışdan görünür ki, TEYMUR ƏHMƏDOV ADİNA "xxxx" QSC-nin qanuni təmsilçisi X3r. TEYMUR ƏHMƏDOV ADİNA "xxxx" QSC 9 Saylı Ərazi Vergilər İdarəsində üçotdadır. Məhkəməyə təqdim edilmiş 27.02.2019-cu il tarixli ilkin Gömrük Bəyannamələrindən görünür ki, Azərbaycan Respublikası ünvan 1 ünvanı olan TEYMUR ƏHMƏDOV ADİNA "xxxx" QSC-yə ümumi dəyəri 29800.00 Avro dəyərində avadanlıqlar daxil olmuşdur. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Beynəlxalq Bankı ASC tərəfindən TEYMUR ƏHMƏDOV ADİNA "xxxx" QSC-yə ünvanlanmış məktubdan görünür ki, 15.07.2019-cu il tarixdə AMS Ferrari SRL şirkətinə köçürülmüş 29800 Avro avans ödənişi üzrə daxil olmuş mallara dair məlumatlar aşağıda qeyd edilmiş Yük Gömrük bəyannamələri üzrə portalda qeydiyyat aparılmılşdır. Məhkəmə baxışı zamanı müəyyən olunur ki, TEYMUR ƏHMƏDOV ADİNA "xxxx" QSC 402.600 Avro məbləğində vəsaiti avadanlıqlar alınması üçün Respublikadan kənara avans yolu ilə köçürmüş, qeyd edilən dəyərdə avadanlıqlar Azərbaycan Respublikasına idxal etmişdir. Məhkəmə, təqdim olunan sübutlara hüquqi qiymət verərək hesab edir ki, TEYMUR ƏHMƏDOV ADİNA "xxxx" QSC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətaları Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətaya yol verilməsi sübuta yetməmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0-cı maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; Azərbaycan Respublikası İXM-nin 8.1.-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2.-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3.-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1.-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1.-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2.-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.0.5.-ci maddəsinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanması məsələsini həll edir. Qanunun mənasından göründüyü kimi TEYMUR ƏHMƏDOV ADİNA "xxxx" QSC-yə istinad edilən əməldə inzibati xətanın tərkibi yoxdursa, iş üzrə icraata xitam verilməlidir. Bu halda məhkəmə hesab edir ki, TEYMUR ƏHMƏDOV ADİNA "xxxx" QSC-nin əməlində inzibati xəta tərkibi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 53, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərar v e r d i: Göyçay şəhəri Natəvan küçəsi ev 120-də yerləşən TEYMUR ƏHMƏDOV ADİNA "xxxx" QSC barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 02.08.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta potokolu üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-244/2021
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-244/2021
26.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver