Məhkəmə qərarları › İş №3(046)-244/2025

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-244/2025

24.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-244/2025 24.04.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Göyçay rayon məhkəməsinin hakimi Fəttahov İbrahim Bağır sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Göyçay rayonu Qızılağac kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşqul olan vəzifəli şəxs, Göyçay rayonu Qızılağac kəndində yaşayan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 602.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Şəxs haqqında Azərbaycan Respublikası İXM-in 602.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol (xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı) baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 15 radələrində Göyçay şəhəri M.Hüseynzadə küçəsində yerləşən “Lombard”-da operativ vergi nəzarətinin keçirilməsinə maneəçilik törətmişdir. Şəxs törətdiyi əməli etiraf edərək göstərmişdir ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşqul olur. Göyçay şəhəri M.Hüseynzadə küçəsində yerləşən “Lombard”-ı vardır. xx.xx.2025-ci il tarixdə saat 15 radələrində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşları Lombardda yoxlama aparmaq istəmişlər, lakin onlara maneəçilik törətmişdir. Törətdiyi əməlindən peşmandır. Məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 15 radələrində özünə məxsus Göyçay şəhəri M.Hüseynzadə küçəsində yerləşən “Lombard”-da yoxlamanın keçirilməsinə maneəçilik törətmişdir. Təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətaları Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetir. Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən törədilmiş xətanın xarakterini, törədilmə şəraitini, həmçinin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq Şəxs inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130cu maddələrini əldə rəhbər tutub Q ə r a r v e r d i: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə təqsirli bilinib 1000 manat inzibati qaydada cərimə edilsin. Qərarın icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar