Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-246/2020 05.08.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2020-ci il tarixli EQ ******* saylı qərarından verdiyi şikayətə Göyçay şəhərində xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən barəsində tərtib edilmiş nəqliyyat vasitəsini idarə etmək hüququnun 06 ay müddətinə məhdudlaşdırılmasına dair xx.xx.2020-cı il tarixli EQ ******* saylı qərarının ləğv edilməsi inzibati xəta haqqında işə yenidən baxılması üçün səlahiyyətli orqana geri qaytarılmasını xahiş etmişdir. Şikayətçi X4 şikayətində tələbini belə əsaslandırmışdır ki, Vüqar Osmanov HYUNDAİ AZERA minik markalı, ** LC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2020-ci il tarixdə hərəkətdə olarkən, Azərbaycan Respublikası İXM-in 328.2-ci maddəsində nəzərdə tutulan xətanı törətmiş, lakin həmin xətaya görə qadası X5 deyil, özü tənbeh olunmuşdur. Sözügedən qərarın mövcdluğundan özünə məxsus nəqliyyat vasitəsini idarə edərkən yol-patrul xidməti əməkdaşları tərəfindən saxlanılarkən məlumatlı olmuşdur. Bundan dərhal sonra xx.xx.2020-ci il tarixdə HYUNDAİ AZERA minik markalı, ** LC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən, yəni İXM-İn 328.2-ci maddəsində nəzərdə tutulan xətanı törədən Vüqar Osmanovla əlaqə saxlayıb, bu barədə ona bildirmiş, Vüqar Osmanov elektron qaydada vəsatətlə Baş Dövlət X9 müraciət edərək xx.xx.2020-ci il tarixdə baş vermiş inzibati xəta hadisəsinə görə elektron qaydada çıxarılmış EQ ******* nömrəli qərar üzrə cəriməni ona məxsus AB 561919 nömrəli sürücülük vəsiqəsinə yönəldilməsini xahiş etsə də, vəsatəti təmin edilməmişdir. Buna görə də nəqliyyat vasitəsini idarə etmək hüququnun 06 ay müddətinə məhdudlaşdırılmasına qanunsuz hesab edir və Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən barəsində tərtib edilmiş xx.xx.2020-cı il tarixli EQ ******* saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında işə yenidən baxılması üçün səlahiyyətli orqana geri qaytarılmasını xahiş etmişdir. İş üzrə məhkəmə baxışının vaxtı və yeri barədə qanunda nəzərdə tutulmuş qaydada şikayətçi X3 və Azərbaycan Respublikası DİN BDYPİ-nə məlumat verilmiş, idarənin nümayəndəsi və şikayətçi X4 məhkəmə baxışında iştirak etməmiş və iştirak etməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə şikayətçi X1 və Azərbaycan Respublikası DİN BDYPİ-in nümayəndəsinin iştiraki olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası DİN BDYPİ-in xx.xx.2020-cı il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 barəsində nəqliyyat vasitəsini idarə etmək hüququnun 06 ay müddətinə məhdudlaşdırılmasına dair inzibati tənbeh təyin edilmişdir. Məhkəmə baxışı zamanı X1 xx.xx.2020-ci il tarixdə yəni barəsində nəqliyyat vasitəsini idarə etmək hüququnun 06 ay müddətinə məhdudlaşdırılmasına dair inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyi vaxt sükan arxasında onun deyil, qardaşı X2 olduğunu təsdiq edən heç bir sübut müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmaması, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2020-cı il tarixli EQ ******* saylı qərarının ləğv edilməsi barədə tələbi əsassızdır. Belə olan halda məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X1 barəsində Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2020-cı il tarixli EQ ******* saylı qərarın ləğv edilməsi tələbinə dair şikayəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-246/2020
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-246/2020
05.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver