Məhkəmə qərarları › İş №3(046)-246/2021

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-246/2021

25.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-246/2021 25.08.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs iştirakı ilə, xx.xx.1997-ci il tarixdə Göyçay rayonunun Qaraməryəm kəndindı anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonu Qaraməryəm kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsi ilə Baş Dövlət Yol Polisi İdarəsinin İV tağım YPX inspektoru polis baş serjantı X8 tərəfindən tərtib edilmiş İXP ******* saylı inzibati xəta protokolu üzrə materiala Göyçay şəhərində 25 avqust 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Şəxs barəsində 14.05.2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göyçay rayon Məhkəməsinə göndərilmişdir, ona görə ki, Şəxs 14.05.2021-ci il tarixdə saat 20:30 radələrində Bakı-Şamaxı-Yevlax yolunun 194-cü km-də sutqanın qaranlıq vaxtı və məhdudiyyətli görünmə şəraitində özünə məxsus mal-qaranı ötürərkən yol hərəkəti qaydalarını pozmuş, nəticədə X6 idarə etdiyi Vaz 21074 markalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomaşınla iki ədəd iri buynuzlu heyvanı vurmuşdur. X2 idarə etdiyi Vaz 21074 markalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. İnzibati xəta törətmiş şəxs qismində izahat vermiş Şəxs özünü təqsirli bilməyərək göstərmişdir ki, 14.05.2021-ci il tarixdə saat 18 radələrində Bakı-Şamaxı-Yevlax yolunun 194-cü km-də özünə məxsus mal-qaranı ötürərkən X6 idarə etdiyi Vaz 21074 markalı **- DV-*** dövlət qeydiyyat nişanlı avtomaşınla ona məxsus iki ədəd iri buynuzlu heyvanı vurmuşdur. Hadisə zamanı onun da sağlamlığına zərər vurulmuş, iki ədəd iri buynuzlu heyvanlar tələf olmuşdur. İnzibati materiala əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 19.06.2021-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işi başlanması rədd edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, hadisə zamanı X6 idarə etdiyi Vaz 21074 markalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomibildə olan avtomobilin sahibi X1 zərər vurmayan xəsarətlər yetirilmişdir. İş üzrə toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi subuta yetir. Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4 - 338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini, məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinib, ona 80 manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilsin. Qərarın icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar