Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-246/2022 14.04.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs və zərər çəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1961-ci il tarixdə Göyçay rayonu Bığır kəndi anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşqul olan, Göyçay rayonu Bığır kəndi yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 334.3-cü maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş AP ******* saylı inzibati xəta protokolu üzrə materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Şəxs barəsində 11.04.2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göyçay rayon məhkəməsinə göndərilmişdir, ona görə ki, Şəxs 11.04.2022-ci il tarixdə, saat 12 radələrində Göyçay şəhəri, Sabir küçəsində VAZ-21070 markalı **-NZ-*** dövlət nömrə nişanlı avtomobili sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə edərkən Stop nişanın qanuni tələblərinə tabe olmamış, Göyçay şəhəri Atatürk küçəsi ilə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi VAZ-21154 markalı **-CX-*** dövlət nömrə nişanlı avtomobili vurmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı VAZ-21154 markalı **-CX-*** dövlət nömrəli avtomobilə maddi ziyan dəymişdir. Məhkəmədə inzibati xəta törətmiş şəxs qismində izahat vermiş Şəxs əməlini etiraf edərək göstərmişdir ki, 11.04.2022-ci il tarixdə, saat 12 radələrində Göyçay şəhəri Sabir küçəsində VAZ-21070 markalı **-NZ-*** dövlət nömrə nişanlı avtomobili sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə edərkən Stop nişanın qanuni tələblərinə tabe olmamış, Göyçay şəhəri Atatürk küçəsi ilə hərəkətdə olan Zərərçəkmiş şəxs Aburəhim oğlunun idarə etdiyi VAZ-21154 markalı **-CX-*** dövlət nömrə nişanlı avtomobili vurmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı VAZ-21154 markalı **-CX-*** dövlət nömrəli avtomobilə maddi ziyan dəymişdir. Törətdiyi əməldən peşmandır. Zərər çəkmiş Zərərçəkmiş şəxs izahat verərək göstərmişdir ki, qeyd edilən yolnəqliyyat hadisəsi zamanı idarə etdiyi VAZ-21154 markalı **-CX-*** dövlət nömrə nişanlı avtomobilə 3040 manat maddi ziyan dəymişdir. Sığorta şirkəti tərəfindən ona dəymiş ziyan ödənilməyəcəyi təqdirdə Şəxs şikayətçi olacaqdır. İnzibati materiala əlavə edilmiş Azərbaycan Respublikası Volqa MMC tərəfindən verilmiş arayışlardan görünür ki, VAZ-21154 markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3040 manat maddi ziyan dəymişdir. İnzibati materiala əlavə edilmiş 11.04.2022-ci il tarixli 245 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs 11.04.2022-ci il tarixdə orta dərəcəli sərxoş olmuşdur. İş üzrə inzibati xəta törətmiş Şəxs izahatını dinləyən, toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 334.3-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi subuta yetir. Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsinə əsasən bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini, törətdiyi əməli etiraf etməklə səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə inzibati tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsi ilə təqsirli bilinib, ona 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilsin. Qərarın icrası Şəxs yaşadığı yer üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-246/2022
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-246/2022
14.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver