Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-247/2022 14.04.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs iştirakı ilə, xx.xx.2001-ci il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay şəhəri, Ü.Hacıbəyov küçəsi, dalan.1, ev 11-də yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta protokolu tərtib edilərək baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta törətmiş Şəxs törətdiyi inzibati xətanı etiraf edərək göstərmişdir ki, 28.03.2022-ci il tarixdə Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsində polis əməkdaşları onu saxlayaraq polis şöbəsinə gətirmişlər. Polis Şöbəsində vəkilin iştirakı ilə videoçəkiliş vasitəsi ilə üzərinə baxış keçirilmiş, baxış zamanı üzərindən çəkisi 0.08 qr olan marixuana aşkar edilərək götürülmüşdür. Həmin narkotik vasitəni Göyçay şəhərində yerdən tapmışdır. Törətdiyi əməldən peşimandır. Cinayət işi başlanmasının rədd edilməsi haqqında 29.03.2021-ci il tarixli qərardan görünür ki, Şəxs aşkar edilərək götürülmüş 0.08 qr narkotik vasitə olan marixuanadır. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə, məhkəmə baxış zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetir. Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh təyin edərkən, törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, eləcə də törətdiyi əməli etiraf etməklə peşman olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi, həmçinin məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona Azərbaycan Respublikası İXM-nin 206cı maddəsinin sanksiyası həddində inzibati həbs tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. İş üzrə maddi sübut olan və Göyçay rayon Polis Şöbəsinin maddi sübutların saxlanması kamerasında saxlanılan 0.06 qram çəkidə narkotik vasitə - qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 34.55 manat məbləğində pul Şəxs tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinib, ona 20 gün müddətinə inzibati həbs təyin edilsin. Həbsin əvvəli 14.04.2022-ci il tarixdən saat 12:00-dan hesablansın. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan və Göyçay rayon Polis Şöbəsində saxlanılan 0.06 qram çəkidə narkotik vasitə - qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza xərci olan 34.55 manat məbləğində pul Şəxs tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Qərarın icrası maddi sübutun məhvi və ekspertiza xərcinə dair hissədə Göyçay Rayon İcra və Probasiya Şöbəsinə, inzibati həbsə dair hissədə Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-247/2022
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-247/2022
14.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver