Məhkəmə qərarları › İş №3(046)-248/2022

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-248/2022

14.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-248/2022 14.04.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs iştirakı ilə, xx.xx.1970-ci il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşqul olan, Göyçay şəhəri, H.Əliyev prospekti ev 207B, mənzil 9-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta protokolu tərtib edilərək baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta törətmiş Şəxs törətdiyi inzibati xətanı etiraf edərək göstərmişdir ki, 05.02.2022-ci il tarixdə, saat 19 radələrində Göyçay şəhəri H.Əliyev küçəsində Cəyirli kəndi ərazisində polis əməkdaşları onu saxlayaraq polis şöbəsinə gətirmişlər. Polis Şöbəsində vəkilin iştirakı ilə videoçəkiliş vasitəsi ilə üzərinə baxış keçirilmiş, baxış zamanı üzərindən narkotik vasitə olan marixuana aşkar edilərək götürülmüşdür. Törətdiyi əməldən peşmandır. Cinayət işi başlanmasının rədd edilməsi haqqında 04.03.2022-ci il tarixli qərardan görünür ki, Şəxs aşkar edilərək götürülmüş üzərindən 3.56 qram narkotik vasitə olan marixuanadır. Məhkəmə-bioloji ekspertizasının 06.02.2022-ci il tarixli, 17/121 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində Şəxs üzərindən aşkar edilmiş sözləri və imzalar yazılmış zərfin içərisindəki 02 ədəd kağızbükümlərdə olan 0.35 qram və 3.21 qram olan maddələr narkotik vasitə olan qurudulmuş marixuanadır. Narkotik vasitələr tərkiblərinə görə eynidir. Qeyd: 1) marixuanaları ümumi təmiz çəkisi – 3.56 qr, tədiqiqata sərf edildi - 0.04 qr, qalıq – 3.52 qram. Aparılmış tədqiqatın dəyəri 34.55 manat təşkil edir. Məhkəmə, məhkəmə baxış zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetir. Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh təyin edərkən, törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, eləcə də törətdiyi əməli etiraf etməklə peşman olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi, həmçinin məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona Azərbaycan Respublikası İXM-nin 206ci maddəsinin sanksiyası həddində inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. İş üzrə maddi sübut olan və Göyçay rayon Polis Şöbəsində saxlanılan ekspertiza təhqiqatından sonra qalan 3.52 qr marixuana məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinib, ona 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilsin. İş üzrə maddi sübut olan və Göyçay rayon Polis Şöbəsində saxlanılan ekspertiza təhqiqatından sonra qalan 3.52 qram marixuana məhv edilsin. İş üzrə ekspertiza xərci olan 34.55 manat məbləğində pul Şəxs tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Qərarın icrası Göyçay Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar