Məhkəmə qərarları › İş №3(046)-250/2021

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-250/2021

31.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-250/2021 31.08.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs və zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1976-cı il tarixdə Göyçay rayonunun Qarayazı kəndindı anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonu Qarayazı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 338.5.5 və 338.7-ci maddəsi ilə Baş Dövlət Yol Polisi İdarəsinin İV tağım YPX inspektoru polis serjantı X2 tərəfindən tərtib edilmiş İXP ******* saylı inzibati xəta protokolu üzrə materiala Göyçay şəhərində 31 avqust 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Şəxs barəsində 02.08.2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 338.5.5 və 338.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göyçay rayon Məhkəməsinə göndərilmişdir, ona görə ki, Şəxs 01.08.2021-ci il tarixdə saat 19:30 radələrində Bakı-Şamaxı-Yevlax yolunun 201-ci km-də məhdudiyyətli görünmə şəraitində özünə məxsus mal-qaranı ötürərkən yol hərəkəti qaydalarını pozmuş, nəticədə Zərərçəkmiş şəxs idarə etdiyi X3 markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomaşınla bir ədəd iri buynuzlu heyvanı vurmuşdur. Nəticədə Zərərçəkmiş şəxs idarə etdiyi X3 markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. İnzibati xəta törətmiş şəxs qismində izahat vermiş Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, 01.08.2021-ci il tarixdə saat 19:30 radələrində Bakı-Şamaxı-Yevlax yolunun 201-ci km-də özünə məxsus mal-qaranı ötürərkən Zərərçəkmiş şəxs idarə etdiyi X3 markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomaşınla ona məxsus bir ədəd iri buynuzlu heyvanı vurmuşdur. X1 Vito markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomaşına ziyan dəymişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs 01.08.2021-ci il tarixdə saat 19:30 radələrində Bakı-Şamaxı-Yevlax yolunun 201-ci km-də idarə etdiyi X3 markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən Şəxs məxsus bir ədəd iri buynuzlu heyvanı vurmuşdur. Hadisə nəticəsində avtomobilə maddi ziyan dəymişdir. İnzibati materiala əlavə edilmiş Foto görüntülərdən görünür ki, Şəxs idarə etdiyi X3 markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. İş üzrə toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi subuta yetir. Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4 - 338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini, məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinib, ona 80 manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilsin. Qərarın icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar