Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-250/2022 28.04.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində baxaraq, məhkəmə M Ü Ə Y Y ƏN E T D İ : Qanuni nümayəndə ADİNA "xxxx" QSC barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən 28.03.2022-ci il tarixdə İXM-nin 496.1-ci maddəsi ilə 14000-0171/22 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə təqdim edilmiş 28.03.2022-ci il tarixli inzibati xəta haqqında haqqında protokoldan görünür ki, Qanuni nümayəndə ADİNA "xxxx" QSC tərəfindən 25.01.2022-ci il tarixli **********6585 sorğu nömrəli gömrük bəyannaməsilə 26970.95 litr etil spirti müvəqqəti saxlanc xüsusi gömrük prosedura altında rəsmiləşdirilmişdir. Həmin mallar üçün nəzərdə tutulmuş müvəqqəti saxlanc müddətinin başa çatmasına baxmayaraq həmin malların rəsmiləşdirilməsi üçün Qanuni nümayəndə adına "xxxx" QSC tərəfindən heç bir müraciət olmamışdır. Təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, Qanuni nümayəndə ADİNA "xxxx" QSC-nin Azərbaycan Respublikası İnzibati Xətaları Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetir. Qanuni nümayəndə ADİNA "xxxx" QSC-yə həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir Təqdim edilmiş materiallardan görünür ki, Qanuni nümayəndə ADİNA "xxxx" QSC hüquqi şəxs hesab edilir. Məhkəmə Qanuni nümayəndə ADİNA "xxxx" QSC barəsində inzibati tənbeh təyin edərkən törədilmiş xətanın xarakterini, törədilmə şəraitini, həmçinin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq Qanuni nümayəndə ADİNA "xxxx" QSC-yə inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130cu maddələrini əldə rəhbər tutub QƏRAR VERDİ: Qanuni nümayəndə ADİNA "xxxx" QSC-yə İXM-nin 496.1-ci maddəsinə əsasən 300 manat məbləğdə inzibati cərimə təyin edilsin. Qərarın icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-250/2022
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-250/2022
28.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver