Məhkəmə qərarları › İş №3(046)-251/2022

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-251/2022

28.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-251/2022 28.04.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə Göyçay rayon Yol Patrul xidmətinin inspektoru polis baş leytenantı X3 tərəfindən tərtib edilmiş İXP ******* saylı inzibati xəta protokolu üzrə materiala Göyçay şəhərində açıq əhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Şəxs barəsində 07.04.2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir, ona görə ki, Şəxs 23.03.2022-ci il tarixdə saat 08 radələrində Göyçay-Ucar avtomobil yolunda idarə etdiyi Dacia Logan markalı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobili yolunda idarə etməni itərərək avtomobili aşırtmışdır. Həmin avtomobildə olan sərnişin zərərçəkmiş şəxs X2 yüngül bədən xəsarətləri almışdır. İnzibati xəta törətmiş şəxs Şəxs və zərərçəkmiş şəxs X1 məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasında iştirak etməmişlər. İnzibati materiala əlavə edilmiş Cinayət işinin başlanmasının rədd edilməsi barədə 03.04.2022-ci il tarixli qərarından görünür ki, 23.03.2022-ci il tarixdə saat 08 radələrində Göyçay-Ucar avtomobil yolunda idarə etdiyi Dacia Logan markalı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobili yolunda idarə etməni itərərək avtomobili aşırtmışdır. Həmin avtomobildə olan sərnişin zərərçəkmiş şəxs X2 yüngül bədən xəsarətləri almışdır . İş üzrə toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi subuta yetir. Azərbaycan Respublikası İXM-nin Həmin məcəllənin 327.8.-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinib, ona 200 (iki yüz) manat məbləğində inzibati cərimə təyin edilsin. Qərarın icrası İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar