Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-251/2023 18.04.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, Göyçay şəhərində 29 iyun 2021-ci il tarixdə xx.xx.1965-ci il tarixdə Göyçay rayonu Cəyirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşqul olan, Göyçay rayonu Cəyirli kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Göyçay rayon məhkəməsinə göndərilmişdir. Ona görə ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Göyçay rayonu Kürdşaban kəndi ərazisində nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə etdiyi VAZ 21013 markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində avtomobobilində olan sərnişin Zərərçəkmiş şəxs müxtəlif bədən xəsarətləri almış və Zərərçəkmiş şəxs maddi ziyan vurmuşdur. Məhkəmədə inzibati xəta törətmiş şəxs qismində izahat vermiş Şəxs əməlini etiraf etməklə göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Göyçay rayonu Kürdşaban kəndi ərazisində nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə etdiyi VAZ 21013 markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən yolnəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində avtomobilində olan sərnişin Zərərçəkmiş şəxs müxtəlif bədən xəsarətləri almışdır. Törətdiyi əməlindən peşmandır. Zərərçəkmiş şəxs izahat verərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Göyçay rayonu Kürdşaban kəndi ərazisində Şəxs idarə etdiyi VAZ 21013 markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin olmuşdur. Şəxs yolnəqliyyat hadisəsi törətmiş, baş vermiş hadisə zamanı müxtəlif bədən xəsarətləri almış və eynəyi qırılmışdır. Şəxs ona dəymiş ziyanı da ödəməmişdir. Şəxs şikayətçidir və onun barəsində qanuni tədbirlər görülməsini xahiş etmişdir. İş üzrə inzibat xəta törətmiş Şəxs izahatını dinləyən, toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi subuta yetir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər xx.xx.2023-cü il tarixdə avtomobil qəzası nəticəsində əmələ gəlməsi inkar edilmir və dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında inzibati xəta hadisəsi baş verərkən zərər çəkmiş Zərərçəkmiş şəxs maddi ziyan dəydiyi və sağlamlığına yüngül bədən xəsarətinin yetirildiyi müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nın 332.4-cü maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcuddur. Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinə əsasən bu məcəllənin 332.4cü maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini, törətdiyi əməli etiraf etməklə peşiman olmasını məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi İXM-nin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinib, ona 400 manat məbləğində inzibati cərimə təyin edilsin. Qərarın icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-251/2023
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-251/2023
18.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver