Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-252/2023 18.04.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay şəhəri M.Hüseynzadə küçəsi ev 16-da yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsində daxil olmuş inzibati xəta haqqında materiallara Göyçay şəhərində baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta protokol tərtib edilmişdir ondan ötrü ki, Şəxs xx.xx.2023-cü il tarixdə gecə saatlarında Göyçay şəhəri Axundov küçəsi ev 6-da yaşayan Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən 50 manat dəyərində 01 ədəd samovarı gizli yolla talamışdır. İnzibati xəta törətmiş Şəxs törətdiyi əməli etiraf edərək göstərmişdir ki, xx.xx.2023cü il tarixdə gecə saatlarında Göyçay şəhəri Axundov küçəsi ev 6-da yaşayan Zərərçəkmiş şəxs məxsus həmin ərdi yaşayış evindən 50 manat dəyərində 01 ədəd samovarı gizli yolla talamışdır. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə gecə saatlarında yaşadığı Göyçay şəhəri Axundov küçəsi 6 saylı fərdi yaşayış evindən 50 manat dəyərində dəyərində 01 ədəd samovarı gizli yolla talamışdır. Ona dəymiş ziyan ödənilməmişdir. Buna görə də inzibati xəta törətmiş Şəxs şikayətçidir və barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs məxsus Göyçay şəhəri Axundov küçəsi 6 saylı fərdi yaşayış evindən 50 manat dəyərində 01 ədəd samovarı gizli yolla talamışdır. Pul məbləği 100 manatdan az olduğunu üçün onun barəsində cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən törətdiyi əməlin xarakterini, törədilmə şəraitini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növü təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib, ona 01 ay müddətinə inzibati həbs təyin edilsin. Həbsin əvvəli xx.xx.2023-ci il tarixdən saat 17:00-dan hesablansın. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim : İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-252/2023
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-252/2023
18.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver