Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 3(046)-254/2024 08.04.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Allahverdiyeva Sevinc Elçin qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Göyçay rayon Polis Şöbəsinin sahə rəisi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Göyçay rayon Polis Şöbəsinin sahə rəisi X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə Göyçay rayon Polis Şöbəsinin sahə rəisi X1 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Göyçay rayonu Qızılağac kəndi ərazisində yerləşən “Qızılağac” marketdə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik stəkanların satışını həyata keçirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Göyçay rayon Polis Şöbəsinin sahə rəisi X1 izahat verərək göstərmişdir ki, Göyçay rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı Asim Novruzovun raportu icraatına daxil olmuşdur. Həmin raporta əsasən Şəxs xx.xx.2024-cü il tarixdə Göyçay rayonu Qızılağac kəndi ərazisində yerləşən “Qızılağac” marketdə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik stəkanların satışını həyata keçirmişdir. Bununla bağlı Şəxs rayon polis şöbəsinə dəvət edilmiş, törətdiyi inzibati xətanın mahiyyəti ona izah edilmiş və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Göyçay rayon Polis Şöbəsinin əməkdaşları ona məxsus marketə daxil olmuş və satışı qadağan edilmiş qabları aşkar etmişdirlər. O, birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qabların satışının qadağan olunduğunu bilməmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, inzibati xəta haqqında protokolu və əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə 3 may 2017-ci il tarixli 1361 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 22-1.3-cü bəndinə əsasən polietilen torbaların, birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların istehlakçıya satılmasına və ya verilməsinə münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi adından – bu Siyahının 8.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər tərəfindən protokol tərtib edilir. Həmin Fərmanın 8.1-ci bəndində əsasən inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi adından – iqtisadiyyat naziri, onun müavinləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi, onun müavinləri, şöbə müdiri, onun müavinləri, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, tabeliyində olan regional bölmələrin rəhbərləri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri, onun müavini, Aparatın rəhbəri, şöbə müdiri, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi tərəfindən protokol tərtib edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsinə əsasən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalına, istehsalına, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılmasına və ya verilməsinə görə – inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: Həmin Məcəllənin 106.0.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi. İş materiallarından görünür ki, birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların istehlakçıya satılmasına və ya verilməsinə münasibətdə iqtisadiyyat naziri, onun müavinləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi, onun müavinləri, şöbə müdiri, onun müavinləri, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, tabeliyində olan regional bölmələrin rəhbərləri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri, onun müavini, Aparatın rəhbəri, şöbə müdiri, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçisi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilməli və baxılması üçün rayon və ya şəhər məhkəmələrinə göndərilməlidir. Göründüyü kimi Şəxs barəsində səlahiyyəti olmayan orqan tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılmalıdır. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə inzibati xəta haqqında Göyçay rayon Polis Şöbəsinin sahə rəisi X1 tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş protokol və əlavə edilmiş materiallar geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109- 114-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı protokol və əlavə edilmiş sənədlər Göyçay rayon Polis şöbəsinə geri qaytarılsın. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №3(046)-254/2024
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №3(046)-254/2024
08.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver