Məhkəmə qərarları › İş №3(046)-257/2025

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-257/2025

15.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-257/2025 15.04.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Müdafiəçi Göyçay rayon vəkil bürosunun vəkili X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxx 1952-ci il tarixdə Göyçay rayonu, Potu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Göyçay rayonu, Potu kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tələbinin pozulması ilə əlaqədar Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq məhkəmə, müəyyən etdi: Şəxs 09, 13, 14, 15 və 17 mart tarixlərində Göyçay rayonu, Potu kəndi ərazisində Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 bağında səs-küy salaraq ictimai qaydanı pozmuş, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmişdir. Bu barədə Göyçay rayon polis şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərərk baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Göyçay rayon polis şöbəsinin İTB-nin sahə rəisi X4 izahat verərək bildirdi ki, inzibati xəta protokolunda da qeyd olunduğu kimi dəfələrlə Şəxs ilə Zərərçəkmiş şəxs1 arasında müxtəlif vaxtlarda münaqişlər olmuşdur. Münaqişə zamanı Qafarov X5 Qafarova nalayiq söyüşlər söyərək söyüb təhqir etdiyi üçün barəsində protokol tərtib edilmiş, bununla bağlı video görüntülər iş materiallarına əlavə edilmişdir. Video görüntülərdən də göründüyü kimi Şəxs ictimai qaydanı pozmuş, ucadan nalayiq ifadələr işlətmişdir. Əvəllər Şəxs 2 dəfə inzibati məsuliyyətə cəlb olunaraq barəsində protokol tərtib edilərək cərimə edilmişdir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək bildirmişdir ki, ona qarşı saxta ittiham irəli sürürlər. Təxminən 3-4 ay bundan əvvəl Zərərçəkmiş şəxs1 onun həyətindən 2 iri gövdəli ağac kəsdiyi üçün barəsində cərimə tədbiq olunmuşdur. Onların evinin qarşısından iki mühafizə zolaqlı arx keçir, hər ikisini Zərərçəkmiş şəxs1 tutmuşdur. Sonradan Səxavət arxın yerini dəyişmiş, onun orada əkdiyi ağacları çıxartmışdır. Bununla bağlı onda foto şəkillər və video görünütü kameraları vardır. Hadisə vaxtı dəfələrlə Zərərçəkmiş şəxs1 ona aid olan yerdə olan ağaclara dəyməməsini bildirmiş, lakin Zərərçəkmiş şəxs1 onun sözlərinə məhəl qoymamış, sonuncu dəfə aralarında yaranmış mübahisə zamanı Səxavət onun baş nahiyyəsindən kəlbətin ilə vurmuş, aldığı xəsarət nəticəsində yerə yıxılmışdır. O, protokolda göstərilənlərə əsasən bildirir ki, onun tərəfindən ictimai qayda pozuntusu törədilməmiş, nalayiq ifadələr işlətməmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 izahat verərək bildirdi ki, sözügedən ərazidə arxın sağ və sol mühafizə zolağı ilə bağlı Göyçay rayon Potu kəndi bələdiyyəsi məhkəmədə iddia qaldırmışdır. Həmin dövr ərzində Şəxs oğlu Pərviz Qafarov törətdiyi əməllərə görə məhkəmənin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs cəzası verilmişdir. Belə ki Şəxs torpaq ərazisi ilə onun torpaq sahəsi nəyin ki, üzbə-üz heç qarşı-qarşıyada deyildir. Müşahidə kameralarında da göründüyü kimi Şəxs ona aid olan əraziyə dəfələrnən keçərək mülkünü dağıtmış, atası Zərərçəkmiş şəxs2 və o həmin əraziyə gedən zaman onların şəxsiyyətini alçaldacaq söyüşlər söyərək təhqir edici ifadələr işlətmişdir. Hətta Şəxs ora apardığı fəhlələrində ünvanına nalayiq ifadələr işlədərək onları həmin ərazidən qovmuşdur. Bununla bağlı dəfələrlə aidiyyəti qurumlara və Göyçay rayon polis şöbəsinə müraciət etmiş, onunla orada proflaktiki danışıqlar aparılmış, lakin buna baxmayaraq Şəxs öz tutduğu əməllərindən əl çəkməyərək öz hərəkətlərini davam etdirmiş, onun barəsində Göyçay rayon polis şöbəsində 2 dəfə inzibati cərimə tənbeh növü seçilmişdir. Son olaraq göstərdikləri artığ son həddə çatdığına və oğlu Pərviz Qafarov məhkəmənin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs olunduğuna görə ona “sənin başına oyun açıb, səni tutduracam” deyərək hədə-qorxu gəlmişdir. O, Göyçay rayon polis şöbəsinə gedərək Müqalib müəllimin qəbulunda olmuş, Şəxs qərəzli şəkildə ona yaxınlaşaraq bir şey edəcəyindən ehtiyyat etdiyini bildirmişdir. Dövlət çıxarışlı olan torpağına Şəxs dəfələrlə gələrək mülkünü dağıtmış, orada heç bir iş görməyə qoymamışdır. Bütün bunların nəticəsində o suvarma sistemləri idarəsinə getmiş, oranın əməkdaşları Şəxs barəsində akt tərtib etmişdir. Həmin vaxt Şəxs onun üstünə gələrək yenidən ona “oğraş, biqeyrət, rədd ol çıx get burdan” kimi ifadələr işlətmiş, göstərdiklərinin hər biri müşahidə kameralarında öz əksin tapmışdır. Sonuncu dəfə Şəxs üstünə gələrək paltarından tutub cırmaq istətmiş, həmin vaxt o özünü müdafiə etməyə çalışarkən Şəxs yerə yıxılmış, həmin vaxt o, onun əlindən qaçmağa cəhd göstərmiş, dərhal oradan kənarlaşaraq DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bu hallar artıq dözülməz həddə gəlib çatmış, dövlətin ona verdiyi pay torpağından Şəxs ucbatından düzgün istifadə edə bilməmişdir. Ailəlidir, 2 övladı var, özü də heç yerdə işləmir və başqa gəlir yeri yoxdur. Dövlət tərəfindən verilmiş pay torpağında işləyərək özünün və ailəsinin maddi təminatını qarşılayır. Araşdırılma zamanı Şəxs bildirmişdir ki, guya ki o, onun üstünə kəlbətinlə gələrək xəsarət yetirmiş, amma onun məhkəməyə təqdim etdiyi video disk görüntülərindən görünür ki, o Şəxs heç bir xəsarət yetirməmiş, göstərilənlərin heç biri həqiqəti əks etdirmir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 izahat verərək bildirdi ki, Şəxs müxtəlif vaxtlarda onun və oğlu Zərərçəkmiş şəxs1 ünvanına qarşı dəfələrlə nalayiq söyüşlər söyərək təhqir etmişdir. Dövlət tərəfindən onlara verilən pay torpağından istifadə etməyə qoymamış, bunun bağlı hüquq mühafizə orqanlarına müraciətlər olunmasına baxmayaraq bu hal artıq dözülməz həddə gəlib çatmışdır. Müdafiəçi Göyçay rayon vəkil bürosunun vəkili X3 çıxış edərək bildirdi ki, inzibati xəta haqında protokolda qeyd olunanlara əsasən hesab edir ki, orada ictimai qayda pozuntusu halı yoxdur. Video görüntülərin qanuna müvafiq qaydada əldə olunub-olunmaması özüdə şübhə doğurur. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxış iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli MN saylı ******* saylı protokoldan görünür ki, Şəxs 09, 13, 14, 15 və 17 mart tarixlərində Göyçay rayonu, Potu kəndi ərazisində Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 bağında səs-küy salaraq ictimai qaydanı pozmuşdur. Bu səbəbdən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. DVD diskə köçürülmüş video görüntüdən görünür ki, hadisə yerində Şəxs Zərərçəkmiş şəxs1 ilə mübahisə edərək ucadan səs-küy salaraq ictimai qaydanı pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və zərərçəkmiş şəxslərin izahatları və inzibati materialda olan digər sənədlərlə Şəxs tərəfindən AR İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi öz təsdiqini tapmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ucadan səsküy salaraq ictimai qaydanı pozmadığını bildirsə də, onun izahatındakı həmin xüsusatlarla məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla təkzib edilmişdir. Belə olan halda məhkəmə Şəxs özünü təqsirli bilməməsi ilə əlaqədar irəli sürdüyü dəlilləri özünü müdafiə xarakterli dəlillər kimi qiymətləndirir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsindən görünür ki, xırda xuliqanlıq xətasının tərkibinin mövcud olması ictimai qaydanı pozan hərəkətlərin törədilməsi zəruridir. İctimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. Həmin qaydaların pozulması nümayişkaranə şəkildə olmalı, yəni subyekt ictimai qaydanı pozmaqla yanaşı bunu cəmiyyətdə və açıq nümayiş etdirməli, əhalinin dincliyi pozulmalıdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarına əlavə edilmiş sübutları tədqiq edərək müəyyən etdi ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əsəbi və aqressiv formada davranaraq zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ilə mübahisə etmiş, ucadan səs-küy salmışdır. Bu da Şəxs tərəfindən ictimai qaydanın pozulması ilə nəticələnən hərəkətlər etməsinə dəlalət edir. Odur ki, məhkəmənin gəldiyi qənaət ondan ibarətdir ki, Şəxs AR İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hüdudları daxilində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri həmin məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə o, təqsiri olmayan hesab edilir, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil və inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirli olması barədə olan şübhələr də onun xeyrinə həll olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək, inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilməli və müdafiəçinin göstərdiyi hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabından Göyçay rayon Vəkil Bürosunun hesablaşma hesabına müvafiq məbləğdə pul köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərarın icrası Şəxs yaşadığı yer üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış DVD disk iş materiallarında saxlanılsın. Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil bürosunun vəkili X2 verilməkdən ötrü məhkəmə icraat zamanı göstərilmiş 5 iş saatı müddətində hüquqi yardım üçün 30 manat məbləğində pul Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ**********0000002944, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına ödənilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar