Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-258/2025 15.04.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Mən, Göyçay Rayon Məhkəməsinin hakimi X1 Zərərçəkmiş şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası, Göyçay rayon Vəkil bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1952-ci ildə Göyçay rayonu, Potu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Göyçay rayonu, Potu kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın bağlanması barədə Göyçay rayon prokurorunun qərarına və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs xx.xx.2025-ci il tarixdə saat 13 radələrində Göyçay rayonu, Potu kəndində aralarında yaranmış mübahisə nəticəsində həmkəndlisi Zərərçəkmiş şəxs zorakı hərəkətlərlə fiziki ağrı yetirmişdir. İnzibati xəta hadisəsinin olması xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarla, zərərçəkmiş şəxsin izahatı ilə, habelə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilmədi,izahat verərək bildirdi ki,Zərərçəkmiş şəxs evi onun evindən 5 km aralıda yerləşir. 5 km aralıda yerləşməsinə baxmayaraq zərərçəkmiş şəxsin evi onun pay torpaq sahəsinin qonşuluğunda yerləşir. Zərərçəkmiş şəxs həmişə ona ziyan vurur. Zərərçəkmiş şəxs özünün pay torpaq sahəsini genişləndirmək üçün arxın mühafizə zolağını tutmuşdur. Yəni Ulaşlı-Şıxlı kəndində gedən Qazyan arxının, birdə İravanlar adlanan kəndə gedən arxın mühafizə zolağını tutmuşdur. Zərərçəkmiş şəxs arxların yerini dəyişməklə onun istifadə etdiyi yolu daraltmışdır. O, zərərçəkmiş şəxsə onun yolunu daraltmaqla bağlı həmişə iradını bildirmişdir. xx.xx.2025-ci il tarixdə zərərçəkmiş şəxs onun arxın kənarına əkdiyi ağaçları kəlbətinlə çıxartdığını görmüşdür. Zərərçəkmiş şəxsə iradını bildirdikdə, zərərçəkmiş şəxs onu döymüşdür. Zərərçəkmiş şəxs onu döyəndən sonra qaçaraq getmişdir. O, birtəhər duraraq bağa getmiş, əl-üzünü yuyaraq evə getmişdir. Evə getdikdən sonra üzərinə təcili tibbi yardım gəlmişdir. Polislər onu şöbəyə aparmaq üçün gəldikdən onun təzyiginin qalxdığını görmüş həmin gün Polis Şöbəsinə gedə bilməmişdir. Bu günədək onun baş nahiyyəsində, qulağının kənarında və qollarında şişlər vardır. O, zərərçəkmiş şəxsi döyməmişdir. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatına təngidi yanaşaraq hesab edir ki,bu cür izahat özünü müdafiə xarakteri daşıyır,inzibati məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarına uyğun gəlmir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 13 radələrində öz avtomobili ilə torpaq sahəsinə getmişdir. Həmin vaxt əlində olan telefonla Şəxs çəkmişdir ki, ona məxsus mülkü dağıdır. Şəxs onun ünvanına nalayiq ifadələr işlətməklə, onun üzərinə gəlmişdir. Həmin vaxt onun əlində kəlbətin olmamışdır və bu kamera görüntülərindən görünür. Şəxs ona əl-qol atarkən o, telefonu cibinə qoymuş və paltarını çırmışdır. O, kənara çəkilmək istəyərkən Şəxs yerə yıxılmışdır. O, həmin vaxt DİN-in 102 xidmətini yığmışdır. 10 saniyəlik görüntüdən də görünür ki, Şəxs döyməmiş və həmin ərazidə də kol-kos olmamışdır. Şəxs kamera görüntülərinə düşməmək üçün qonşu Feyruz Salmanova məxsus bağ sahəsinə keçmiş və oradan getmişdir. Əlisaab Qafarun göstədikdləri şər böhtandır. Göyçay rayon Prokurorunun xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarın surətindən görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X4 xx.xx.2025-ci il tarixli 137 saylı ekspert rəyindən görünür ki, 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarət -sol əlin İ barmağın arxa səthində dərinin epidermis qatının qopması fonunda sıyrılmış yara küt - bərk əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən 05.04.20 25-ci il tarixində əmələ gəlməsi inkar olunmur və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Göyçay rayon Prokurorunun xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara əlavə olunmuş CD diskdən görünür ki, Şəxs Zərərçəkmiş şəxs üzərinə getmiş,Zərərçəkmiş şəxs onu özündən itələyir,Şəxs yerə yıxılır,Zərərçəkmiş şəxs onun üzərinə yıxılır,arxası yerdə olan Şəxs üzərində olan Zərərçəkmiş şəxs əli və ayağından tutur,Zərərçəkmiş şəxs əli və ayağını Şəxs əlindən dartaraq ondan uzaqlaşır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur Həmin Məcəllənin 4-cü maddəsinə görə Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır Həmin Məcəllənin 5.1-ci maddəsinə görə İnsan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar . Həmin Məcəllənin 7.1-ci maddəsinə görə İnzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Bu maddədə nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad oluna bilməz . Həmin Məcəllənin 8.1-ci maddəsinə görə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir Göründüyü kimi, insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumağı, qanunçuluğu möhkəmləndirməyi və inzibati xətaların qarşısını almağı ali dəyər və vəzifə kimi müəyyən edən inzibati xətalar qanunvericiliyi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə,xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xətalar qanunvericiliyinə görə döymə dəfələrlə,çoxlu zərbələrin yetirilməsi hərəkətləridir,sair zorakı hərəkətlər isə tək-tək zərbələrin vurulması,qolunun burulması,badalaq verilərək yıxılması,çimdiklənməsi və s.ağrıverici hərəkətlər edilməsi deməkdir. Hazırki iş üzrə tədqiq edilmiş sübutlardan da müəyyən olunur ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 13 radələrində Göyçay rayonu, Potu kəndində aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Zərərçəkmiş şəxs əl və ayağını tutaraq saxlayan vaxtı,onun əlindən sıyrılıb çıxan Zərərçəkmiş şəxs sağlamlığına zərər vurmayan sol əlin İ barmağın arxa səthində dərinin epidermis qatının qopması fonunda sıyrılmış yara xəsarətini yetirmiş,həmin əməl isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibini yaradır. İşin bütün hallarının məcmusuna hərtərəfli,tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati tənbeh tətbiq edərkən xətanın sağlamlıq əleyhinə olması barədə xarakteri, inzibati xəta törədən şəxsin 73 yaşında olması, əmlak vəziyyətinin qənaətbəxş olması nəzərə alınır. Bundan başqa iş üzrə məsuliyyəti yüngülləşdirən və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmaması nəzərə alınır. Qeyd olunanları nəzərə alıb, hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən məbləğdə inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, qərara aldım: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 manat cərimə edilsin. Qərardan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №3(046)-258/2025
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-258/2025
15.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver