Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-259/2022 25.04.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs iştirakı ilə, xx.xx.1977-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Göyçay rayonu Cəyirli kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta protokolu tərtib edilərək, baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir, ona görə ki, 22.04.2022-ci il tarixdə, saat 12 radələrində Göyçay RPŞ-də DYPB-nin rəisi polis baş leytenantı Zərərçəkmiş şəxs xidməti otağında, ucadan səs-küy salmış, nalayiq ifadələr işlədərək xuliqanlıq etmiş, xidməti otaqdakı stolun üzərindən sənədləri və digər əşyaları yerə atmış, onu saktiləşdirərək nizam-intizama dəvət edən polis baş leytenantı Zərərçəkmiş şəxs qanuni tələbinə tabe olmamışdır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs göstərmişdir ki, 23.04.2022-ci il tarixdə saat 12 radələrində tanışı X1 inzibati qaydada cərimə edilməsi ilə bağlı Göyçay RPŞ-də DYPB-nin rəisi polis baş leytenantı Zərərçəkmiş şəxs xidməti otağına daxil olmuş, ondan İlqarın barəsində inzibati tənbeh görülməməsini tələb etmişdir. Bu zaman Zərərçəkmiş şəxs ilə mübahisə edərək onun ünvanına nalayiq ifadələr işlətmiş, əsəbləşdiyindən səsküy salmış, xidməti otaqda stolun üzərində olan əşyaları yerə dağıtmışdır. Onu saktiləşdirmək istəyən polis baş leytenantı Zərərçəkmiş şəxs qanuni tələbinə tabe olmamış, otağa daxil digər polis əməkdaşlarına müqavimət göstərmişdir. Törətdiyi əməlindən peşmandır. Məhkəmədə şahid qismində izahat vermiş Göyçay RPŞ-nin DYPB-nin rəisi polis baş leytenantı Zərərçəkmiş şəxs göstərmişdir ki, 23.04.2022-ci il tarixdə saat 12 radələrində xidməti otağında olarkən Şəxs xidməti otağına daxil olmuş, tanışı X4 barəsində qanuni tədbirlər görülməməsini tələb etmiş, əks təqdirdə ona məxsus şəxsi avtomobilə dair video görüntünü sosial şəbəkələrdə yerləşdirəcəyini bildirmiş, Şəxs nizamintizama dəvət etmiş, Dönməz onu nalayiq söyüşlərlə söyərək mübahisə etmiş, uca səslə qışqıraraq xidməti otağında stolun üzərində olan əşyaları yerə dağıtmış, ona hədə-qorxu gələrək “sənin başına oyun açacam”, “günlərlə qapıma gəlib yalvaracaqsan” deyə xuliqanlıq etmişdir. Səs-küyə digər polis əməkdaşları otağa daxil olmuş, Şəxs nizamintizama dəvət edərkən, polis əməkdaşlarının qanuni tələblərə tabe olmamışdır. Məhkəmədə şahid qismində izahat vermiş Göyçay rayon YPX-nin baş-leytenantı X5 izahat verərək göstərmişdir ki, 23.04.2022-ci il tarixdə saat 12 radələrində xidməti otağında olarkən Göyçay RPŞ-nin DYPB-nin rəisi polis baş leytenantı Zərərçəkmiş şəxs xidməti otağından səs-küy gəldiyini eşitmiş, otağa daxil olarkən Şəxs xidməti otaqda olan əşyaları yerə atdığını, ucadan nalayiq ifadələr işlətdiyi görmüş, onu nizam-intizama dəvət edərkən, Dönməz qanuni tələbə tabe olmayaraq xuliqanlıq hərəkətlərini davam etdirmişdir. Məhkəmədə şahid qismində izahat vermiş X2 şahid X3 izahatına uyğun izahat vermişdir. Məhkəməyə təqdim edilmiş inzibati qaydada tutma haqqında 22.04.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs 22.04.2022-ci il tarixdə saat 12:30-da inzibati qaydada tutulmuş, 24.04.2022-ci il tarixdə həbsdən azad edilmişdir. Məhkəmə, məhkəmədə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetir. Şəxs 510 və 535.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən şəxsiyyətini, törətdiyi əməlin xarakterini, törədilmə şəraitini, məsuliyyətini ağırlaşdıran eləcə də məsuliyyətini yüngülləşdirən halın olmadığını nəzərə alaraq ona Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növü təyin edilməsini məqsədə müvafiq hesab edir. Bundan başqa məhkəmə, Şəxs inzibati qaydada 2 gün müddətinə tutulduğunu nəzərə alaraq, həmin müddətin ona təyin ediləcək inzibati həbs müddətindən çıxılmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, ona 10 gün müddətinə inzibati həbs təyin edilsin. Şəxs 2 gün müddətinə inzibati qaydada tutulduğunu nəzərə alaraq, həmin müddətin ona təyin edilmiş 10 gün inzibati həbs müddətindən çıxılaraq, üzərində qəti olaraq 08 gün müddətinə inzibati həbs tənbeh növü saxlanılsın. Həbsin əvvəli 25.04.2022-ci il tarixdən saat 12:00-dan hesablansın. Qərarın icrası Göyçay rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim : İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-259/2022
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-259/2022
25.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver