Məhkəmə qərarları › İş №3(046)-259/2024

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №3(046)-259/2024

09.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 3(046)-259/2024 09.04.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədirliyi, Bürcəliyev Sabir Arzu oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında icraat aparılan Royal-R MMC barəsində Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokollar üzrə materiallara baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Royal-R MMC barəsində Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli EP 0154811, xx.xx.2024-cü il tarixli EP ******* və xx.xx.2024-cü il tarixli EP ******* saylı inzibati xəta protokolları tərtib edilərək baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə hesab edir ki, Royal-R MMC barəsində təritib edilmiş inzibati xəta protokolları üzrə işə eyni vaxtda məhkəmənin digər hakimi Gülnaz Qurbanova tərəfindən baxıldığından həmin inzibati işlər bir icraatda birləşdirilməli, inzibati xəta haqqında materiallar hakim Gülnaz Qurbanovaya təhvil verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. 34.2. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 109, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Royal-R MMC barəsində təritib edilmiş inzibati xəta haqqında protokollar üzrə işə eyni vaxtda məhkəmənin digər hakimi Gülnaz Qurbanova tərəfindən baxıldığından həmin inzibati işlər bir icraatda birləşdirilsin, inzibati xəta haqqında materiallar hakim Gülnaz Qurbanovaya təhvil verilsin. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar