Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-259/2025 15.04.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Nəsirov Məhəmməd Yasin oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Müdafiəçi Göyçay rayon vəkil bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Göyçay rayonu, Potu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Göyçay rayonu, Potu kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara və ona əlavə edilmiş sənədlərə baxaraq məhkəmə, müəyyən etdi: Göyçay rayon prokuroru Ramin Hüseynov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış, xx.xx.2025-ci il tarixdə qərar qəbul edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana lazımi qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, Şəxs 05 aprel 2025-ci il tarixdə saat 13 radələrində Göyçay rayonu, Potu kəndi ərazisində Zərərçəkmiş şəxs döymüşdür. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarda Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək bildirmişdir ki, sözügedən ərazidə arxın sağ və sol mühafizə zolağı ilə bağlı Göyçay rayon Potu kəndi Bələdiyyəsi məhkəmədə iddia qaldırmışdır. Həmin dövr ərzində Zərərçəkmiş şəxs X4 törətdiyi əməllərə görə məhkəmənin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Zərərçəkmiş şəxs torpaq ərazisi ilə onun torpaq sahəsi nəyin ki, üzbə-üz heç yanaşı da deyildir. Müşahidə kameralarında da göründüyü kimi Zərərçəkmiş şəxs ona aid olan əraziyə dəfələrlə keçərək mülkünü dağıtmış, atası Əlikram Qafarov və o həmin əraziyə gedən zaman onların şəxsiyyətini alçaldacaq söyüşlər söyərək təhqir edici ifadələr işlətmişdir. Hətta Zərərçəkmiş şəxs ora apardığı fəhlələrində ünvanına nalayiq ifadələr işlədərək onları həmin ərazidən qovmuşdur. Bununla bağlı dəfələrlə aidiyyəti qurumlara və Göyçay rayon polis şöbəsinə müraciət etmiş, onunla orada proflaktiki danışıqlar aparılmış, lakin buna baxmayaraq Zərərçəkmiş şəxs öz tutduğu əməllərindən əl çəkməyərək öz hərəkətlərini davam etdirmiş, onun barəsində Göyçay rayon polis şöbəsində 2 dəfə inzibati cərimə tənbeh növü seçilmişdir. X4 məhkəmənin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs olunduğuna görə ona “sənin başına oyun açıb, səni tutduracam” deyərək hədə-qorxu gəlmişdir. O, Göyçay rayon polis şöbəsinə gedərək rəis Müqalib Abdıyevin qəbulunda olmuş, Zərərçəkmiş şəxs qərəzli şəkildə ona yaxınlaşaraq bir şey edəcəyindən ehtiyyat etdiyini bildirmişdir. Dövlət çıxarışlı olan torpağına Zərərçəkmiş şəxs dəfələrlə gələrək mülkünü dağıtmış, orada heç bir iş görməyə icazə verməmişdir. Bütün bunların nəticəsində o suvarma sistemləri idarəsinə getmiş, oranın əməkdaşları Zərərçəkmiş şəxs barəsində akt tərtib etmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs onun üstünə gələrək yenidən ona “oğraş, biqeyrət, rədd ol çıx get burdan” kimi ifadələr işlətmiş, göstərdiklərinin hər biri müşahidə kameralarında öz əksini tapmışdır. Sonuncu dəfə Zərərçəkmiş şəxs üstünə gələrək paltarından tutub cırmaq istəmiş, həmin vaxt o özünü müdafiə etməyə çalışarkən Zərərçəkmiş şəxs yerə yıxılmış, həmin vaxt o, onun əlindən qaçmağa cəhd göstərmiş, dərhal oradan kənarlaşaraq DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bu hallar artıq dözülməz həddə gəlib çatmış, dövlətin ona verdiyi pay torpağından Zərərçəkmiş şəxs ucbatından düzgün istifadə edə bilməmişdir. Ailəlidir, 2 övladı var, özü də heç yerdə işləmir və başqa gəlir yeri yoxdur. Dövlət tərəfindən verilmiş pay torpağında işləyərək özünün və ailəsinin maddi təminatını qarşılayır. Araşdırılma zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, guya ki o, onun üstünə kəlbətinlə gələrək xəsarət yetirmiş, amma onun məhkəməyə təqdim etdiyi video disk görüntülərindən görünür ki, o Zərərçəkmiş şəxs heç bir xəsarət yetirməmiş, göstərilənlərin heç biri həqiqəti əks etdirmir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, təxminən 3-4 ay bundan əvvəl Şəxs onun həyətindən 2 iri gövdəli ağac kəsdiyi üçün barəsində cərimə tədbiq olunmuşdur. Onların evinin qarşısından iki mühafizə zolaqlı arx keçir, hər ikisini Şəxs tutmuşdur. Sonradan Səxavət arxın yerini dəyişmiş, onun orada əkdiyi ağacları çıxartmışdır. Bununla bağlı onda foto şəkillər və video görünütü kameraları vardır. Hadisə vaxtı dəfələrlə Şəxs ona aid olan yerdə olan ağaclara dəyməməsini bildirmiş, lakin Şəxs onun sözlərinə məhəl qoymamış, sonuncu dəfə aralarında yaranmış mübahisə zamanı Səxavət onun baş nahiyyəsindən kəlbətin ilə vurmuş, aldığı xəsarət nəticəsində yerə yıxılmışdır. Şəxs barəsində başlanmış İXM-nin 157-ci maddəsi ilə razı deyildir. Aidiyyəti qurumlara şikayətlər edərək onun barəsində cinayət işi açılmağını tələb edəcəkdir. Şəxs şikayətçidir. Müdafiəçi Göyçay rayon vəkil bürosunun vəkili Vəkil çıxış edərək bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxs barəsində göstərilənlər sübuta yetirilmədiyindən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, Göyçay rayon prokuroru X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış, xx.xx.2025-ci il tarixdə qərar qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Göyçay rayonu Potu kəndində yaşayan Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək Səxavət adlı şəxs tərəfindən döyülməsi barədə məlumat vermişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 133 nömrəli rəyindən görünür ki, 1952-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ təpə nahiyyəsində yumuşaq toxumanın bir qədər şişkinliyi hər iki saidin yuxarı orta 1/3 ön-iç-arxa səthlərində əlüstü nahiyyədə dərinin epidermis qatının sıyrılmış yaraları sol saidin orta 1/3 yan səthində qançırlar küt-bərk əşyanın (əşyaların) təsirindən törənmişlər. Törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə özü-özünə və ya kənar şəxs (şəxslər) tərəfindən yetirilməsi halları inkar olunmur. İstintaq yolu ilə aydınlaşdırılması daha məqsədə uyğundur və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs və Şəxs barələrində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Zərərçəkmiş şəxs və Şəxs barələrində Azərbaycan Respublikası 510-cu maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması rədd edilmişdir. Zərərçəkmiş şəxs və Şəxs əməllərində inzibati xəta tərkibi olduğundan barələrində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün Göyçay rayon prokurorluğunda vəsatət qaldırılması qərara alınmışdır. DVD diskə köçürülmüş video görüntüdən görünür ki, hadisə yerində Zərərçəkmiş şəxs Şəxs üzərinə gedərək hücum çəkmiş, həmin vaxt aralarında mübahisə başlamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsində isə göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs əməlində AR İXMnin 157-ci maddəsinin tərkibinin olması iş materiallarında olan sübutlarla öz təsdiqini tapmamışdır. Məhkəmə ilkin olaraq iş materiallarında olan video və fotogörüntülərə qiymət verərməyi zəruri hesab edir. Belə ki, təqdim edilmiş videomüşahidə kameralarının görüntülərindən görünür ki, tərəflər sözügedən ərazidə yalnızdırlar, ətrafda heçkim yoxdur. Əvvəl Şəxs özünə məxsus torpaq sahəsi istiqamətində hərəkət edir və onu görən Əlsaab Qafarov danışaraq onun arxasınca gedir. Danışıqlar təqdim edilmiş video görüntülərdən aydın şəkildə eşidilmir. Daha sonra ilkin olaraq X2 Qafarovun üzərinə gedərək hücüm etdiyi və bunun nəticəsində Şəxs özünü müdafiə edərək 04 saniyyə davam edən mübahisənin baş verdiyi yerdən uzaqlaşmaq istədiyi və həmin anda Əlsaab Qafarovun onun əyaqlarından tutaraq buraxmadığı görünür. Həmin videogörüntülərdən Şəxs tərəfindən Əlsaab Qafarovun döyülməsi və ya ona sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetriməsini müəyyən etmək mümkün olmamışdır. Yalnız birinci hücüm çəkən Əlsaab Qafarovun özünü müdafiə edən və ordan uzaqlaşmağa çalışan Şəxs bunu etməyə mane olmağa çalışdığı görünür. Bununla da Şəxs əməli AR İXM-nin 12-ci maddəsində verilən inzibati xəta anlayışına uyğun gəlmir. İş materiallarında olan ekspert rəylərinə münasibətdə məhkəmə qeyd edir ki, həmin rəydə hissəsində ekspert tərəfindən zərərin özü-özünə və ya kənar şəxs (şəxslər) tərəfindən yetirilməsi halları inkar olunmur. Bununla da artıq həmin xəsarətlərin Şəxs tərəfindən yetirildiyi sübut olunmamışdır. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmiş orqan həmin xəsarətlərin həqiqətən sonuncu tərəfindən yetirildiyininin araşdırılması zəruri olduğuna baxmayaraq müvafiq tədbirlər görməmişdir. Zərurət Şəxs oğlunun protokol tərtib etmiş orqana izahat verdiyi zaman xətanın törədilməsinin etiraf etməməsindən yaranmışdır. Belə olan halda məhkəmə qeyd edir ki, müvafiq eskpert rəyində göstərilən xəsarətlərin məhz Şəxs tərəfindən törədilməsinin, hansı şəraitdə törədilməsinin, şəxsin müvafiq hərəkətləri edərkən qəsdinin məhz zərərçəkmiş şəxsə fiziki ağrı yetirməyə yönəlməsinin müəyyən edilməsi iş üzrə düzgün nəticəyə gəlinməsi üçün əhəmiyyətli olduğu halda müvafiq hallar ümumiyyətlə araşdırılmadan şəxsin əməlində inzibati xəta tərkibinin olması nəticəsinə gəlinmişdir ki, bu da iş materiallarında Şəxs AR İXM-nin 157-ci maddəsi ilə təqsirli olmasını təsdiq edən hər hansı mötəbər sübutun olmamasını deməyə əsas verir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, iş materialları ilə Şəxs AR İXM-nin 157-ci maddəsi ilə təqsirli olması sübuta yetirilmədiyindən Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilməli və müdafiəçinin göstərdiyi hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabından Göyçay rayon Vəkil Bürosunun hesablaşma hesabına müvafiq məbləğdə pul köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48, 51, 61, 114, 128-131 -ci maddələrini rəhbər tutaraq, qərara aldi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata AR İXM-nin 53.2-ci maddəsinə əsasən, yəni onun həmin maddə ilə təqsirli olması sübuta yetirilmədiyindən xitam verilsin. İş üzrə maddi sübut kimi tanınmış 4 ədəd DVD disk iş materiallarında saxlanılsın. Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Göyçay rayon Vəkil bürosunun vəkili Vəkil verilməkdən ötrü məhkəmə icraat zamanı göstərilmiş 5 iş saatı müddətində hüquqi yardım üçün 30 manat məbləğində pul Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ**********6424505256 (VÖEN **********) hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №3(046)-259/2025
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-259/2025
15.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver