Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 3(046)-26/2023 10.01.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Göyçay Rayon Məhkəməsinin hakimi İbrahim Bağır oğlu Fəttahov, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində İXM-nin 529.3-cü maddəsi ilə 26 noyabr 2022-ci il tarixli, İXP ******* saylı hazırkı protokol tərtib edilmişdir ondan ötəri ki, o əvvəllər barəsində olan yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə 19 avqust 2022-ci il tarixli, EQ 11021918 saylı cərimə qərarını qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində icra etməmişdir. İnzibati xəta haqqında iş üzrə materiallar məhkəməyə 09 yanvar 2023-cü il tarixdə daxil olmuşdur. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən aşağıdakı qanun pozuntularına yol verilmişdir. Belə ki, qanunvericiliyin tələblərinə əsasən cərimə qərarının qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmaqla 3 aylıq müddətin bitdiyi vaxtın səhərisi günü şəxsin əməlində İXMnin 529.3-cü maddəsinin tərkibi yaranır və həmin gün İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın baş vermə gününün əvvəli hesab edilir. Hazırkı iş üzrə cərimə qərarı 19 avqust 2022-ci il tarixdə qəbul edilib. Həmin tarixdən hesablanmaqla 20 günlük şikayətvermə müddətinin bitdiyi günün səhəri günü, yəni 08 sentyabr 2022-ci il tarixdə qərar qanuni qüvvəyə minir. Həmin günün səhəri günündən hesablanmaqla, 3 ay ərzində yəni 09 dekabr 2022-ci il tarixədək cərimə qərarı icra edilmədikdə, həmin tarixin səhəri günündən, yəni 10 dekabr 2022-ci il tarixdə şəxsin əməlində AR İXM-nin 529.3-cü maddəsinin tərkibi yaranır. Hazırki halda isə inzibati xəta haqqında protokol 26 noyabr 2022-ci il tarixdə olunmuşdur ki, bu da hələ inzibati xəta hadisəsi baş vermədən şəxs barəsində inzibati xəta haqqında protokolun tərtib edilməsinə dəlalət edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati icraat başlanarkən onun İXM-də təsbit olunmuş, insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq prinsipi pozulduğundan, təqdim edilmiş materiallar natamam olduğundan inzibati material geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 109, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Göyçay Rayon Polis Şöbəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş İXP ******* saylı inzibati xəta haqqında protokolu üzrə material Göyçay Rayon Polis Şöbəsinə qaytarılsın. Hakim: İbrahim Fəttahov İş № 3(046)-672/2022 İnzibatı xəta haqqında iş üzrə məhkəmə iclasının protokolu Göyçay Rayon Məhkəməsi 17 noyabr 2022-ci il Göyçay şəhəri Göyçay Rayon Məhkəməsi hakimi Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Xanbutov Elşən Aleksandr oğlunun katibliyi ilə, Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta protokolu üzrə materiala açıq məhkəmə iclasında baxılır. İclas saat 15:05-də başlanır. Sədrlik edən məhkəmə iclasını açır və baxılacaq işi elan edir. Sədrlik edənin göstərişi ilə məhkəmə iclas katibi məhkəməyə dəvət olunmuş şəxslərdən kimin iclasa gəlib-gəlməməsi barədə məlumat verir. Məhkəmə iclas katibi məruzə edərək bildirir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və səlahiyyətli orqana (nümayəndəsinə) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Sədrlik edən məhkəmə bildirişinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə və səlahiyyətli orqana (nümayəndəsinə) çatdırılmasının nəticələrini yoxlayır. Sədrlik edən yerində qısa müşavirə edib qərara alır: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və səlahiyyətli orqana nümayəndəsinin iştirakları olmadan məhkəmə iclasının keçirilməsi mümkün hesab edilsin. Bundan sonra sədrlik edən inzibati xəta haqqında iş materialını araşdırır. Sədrlik edən qərar çıxarılması üçün müşavirə otağına gedir. Sədrlik edən müşavirə otağından qayıdır və qərarı oxuyub elan edir. Sədrlik edən qərardan şikayət verilməsi qaydasını izah edir. Bununla da sədrlik edən məhkəmə iclasını saat 15:15-də bağlı elan edir. Protokol 17 noyabr 2022-ci il tarixdə tərtib olundu. Sədrlik edən: Məhkəmə iclas katibi:
Məhkəmə qərarları › İş №3(046)-26/2023
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №3(046)-26/2023
10.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver