Məhkəmə qərarları › İş №3(046)-26/2024

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-26/2024

08.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-26/2024 08.07.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Burcalıyev Sabir Arzu oğlunun katibliyi, Müdafiəçi Vəkil, İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxs – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin X17 şöbəsinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin X17 şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X6 xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X7 tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: Barəsində qərar çıxarılmış şəxs X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X15 Xidmətinin X17 şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X13 tərəfindən 700 manat inzibati cərimə edilməsinə dair xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında MN seriyalı ******* nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X1 şikayətini belə əsaslandırmışdır ki, X15 Xidmətinin X17 şöbəsinin baş məsləhətçisi-baş əmək müəfəttişi-rəis vəzifəsini müvəqqəti icra edən X13 tərəfindən işçinin əmək və məzuniyyət haqqlarının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə - işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə 700 manat məbləğində cərimə edilmişdir. Cərimə olunmağına səbəb X17 Təhsil İdarəsinin Göyçay rayon Əlvan Əsgərov adına Bəydövül kənd tam orta məktəbində dərnək rəhbəri vəzifəsində çalışan X5 şikayəti əsasında olmuşdur. Şikayətlə tanış olduqda onun barəsində tətbiq edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin aid olmadığı açıq aşkar görünür. Belə ki, vətəndaş şikayət ərizəsinin sonunda xahiş olaraq “yenidən iş fəaliyyətinin bərpa olunmasında ona köməklik göstərilməsini “ qeyd etmişdir. Lakin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin dispozisiyasında işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, qanun pozuntularına yol verilməsinə görə” kimi qeyd edilmişdir. Görünən odur ki, X15 xidmətinin X17 şöbəsi “iş fəaliyyətinin yenidən bərpa edilməsi ilə əmək və məzuniyyət haqqlarının pozulması kimi qiymətləndirmişdir”. X12 tərəfindən verilən şikayətlə tətbiq edilən inzibati tənbeh vermə haqqında qərar arasında heç bir əlaqə yoxdur. Odur ki, X15 xidmətinin X17 şöbəsi tərəfindən verilmiş MN № ******* saylı qərarın ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin X17 şöbəsinin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında izahat verərək göstərdi ki, X15 Xidmətinin X17 Şöbəsinin rəisi vəzifəsini icra edən X6 xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə (işçinin əmək, məzuniyyət, ezamiyyə xərclərinin hesablanması və ödənilməsində yol verdiyi qanun pozuntusan görə) X7 barəsində 700 manat məbləğində inzibati cərimə tətbiq olunmuşdur. İnzibati qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Buna görə də hesab edir ki, şikayət əsassızdır. İnzibati materiala əlavə edilmiş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Mərkəzi Aran Təhsil İdarəsində X5 xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.4-cü maddəsinin tələbləri pozularaq onun son haqq-hesabı gec ödənildiyinə görə X17 Təhsil İdarəsinin Maliyyə İqtisadiyyat Sektorunun aparıcı məsləhətçisi X7 barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati materiala əlavə edilmiş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilinib 700 manat inzibati qaydada cərimə edilmişdir. Göyçay rayonu Əlvan Əsgərov adına Bəydövül kənd orta məktəbinin 14 iyun 2023cü il tarixli 89 saylı əmrindən görünür ki, həmin məktəbdə dərnək rəhbəri vəzifəsində işləyən X12 ilə bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin «b» bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mərkəzi Aran Regioan Təhsil İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X2 rayon Əlvan Əsgərov adına Bəydövül kənd tam orta məktəbinin direktoru Şəmsiyyə Cəlilovanın xx.xx.2023-cü il tarixli 89 nömrəli əmri ilə tutduğu vəzifədən azad olunmuş və ona 21 iyun 2023-cü il tarixdə son haqq hesabın ödənilməsi təmin olunmuşdur. X17 Təhsil İdarəsinin Maliyyə-İqtisadiyyat sektorunun Göyçay rayonu üzrə aparıcı məsləhətçisi X7 14 may 2024- cü il tarixdən tutduğu vəzifəsindən azad olunduğu və onunla əlaqə saxlamaq mümkün olmadığından əmrdən çıxarışın hansı tarixdə mühasibatlığa təqdim olunduğunu müəyyən etmək mümkün olmamışdır.X17 Təhsil İdarəsinin müdirinin 13 sentyabr 2022- ci il tarixli F-13/1 nömrəli əmrinə əsasən aparılmış funksional vəzifə bölgüsündə əmək haqqı ödənişlərinin vaxtında və düzgün icra olunması Maliyyə İqtisadiyyat sektorunun şəhər və rayonlar üzrə aparıcı məsləhətçilərinə həvalə olunmuşdur. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mərkəzi Aran Regioan Təhsil İdarəsinin müdiri Elçin Kərimov tərəfindən qəbul edilmiş 13 sentyabr 2022- ci il tarixli F- 13/1 nömrəli əmrdən görünür ki, X17 Təhsil İdarəsinin əhatə etdiyi şəhər və rayonlar ü.ıƏ maliyyə əməliyyatlarının aparılması və vəzifə funksiyalarında qeyd olunan məsələlərin icrasını təmin etmək məqsədilə Maliyyə- iqtisadiyyat sektorunun adları qeyd olunan aparıcı məsləhətçiləri şəhər və rayonlar üzrə məsul şəxslər təyin edilsin: X7. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X10 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X12 onunla bağlanmış əmək müqaviləsinin müddəti başa çatdıqdan sonra məktəbin direktoru tərəfindən əmək müqaviləsinin müddətinin uzadılmaması barədə X11 müraciət etmiş, həmin müraciət araşdırılmış və araşdırmanın nəticəsinə əsasən Çinarə Qasımovaya son haqq-hesabın gec ödənilməsinə görə X17 Təhsil İdarəsinin Maliyyə İqtisadiyyat Sektorunun aparıcı məsləhətçisi X7 barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokola əsasən xx.xx.2023-cü il tarixdə sonuncu, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 700 manat inzibati cərimə edilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Göründüyü kimi fərdin inzibati məsuliyyətə cəlb olunması və tənbeh edilməsi üçün bu maddədə sadalanan şərtlərin (inzibati xətanı nəzərdə tutan normanın, təqsirin və inzibati xəta tərkibinin digər əlamətlərinin) mövcudluğu mütləq zərurətdir. İXM-in müddəalarının təhlilindən aydın olur ki, inzibati məsuliyyətin yaranmasının əsasını həmin Məcəllənin xüsusi hissəsindəki inzibati məsuliyyəti və onun tətbiqini müəyyənləşdirən maddi hüquq normaları təşkil edir. Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. İstinad edilən qanun normasının tələbindən göründüyü kimi, işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsi ilə əlaqədar normativ hüquqi aktların tələblərini pozan şəxs(lər) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsində nəzərdə tutulan xətanın subyektinə gəldikdə isə, normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə uyğun olaraq məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, eləcə də riyazi hesablamalarda qanun pozuntusuna yol verməsinə görə mühasibat uçotu subyektinin rəhbəri, baş mühasib və ya mühasibat uçotu xidmətini həyata keçirən hüquqi və ya fiziki şəxs olan sahibkarlıq subyektləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. İşin hallarından göründüyü kimi, Göyçay rayon Əlvan Əsgərov adına Bəydövül kənd orta məktəbində dərnək rəhbəri olmuş X3 haqq-hesabın vaxtında verilməməsi halına görə X17 Təhsil İdarəsinin Maliyyə İqtisadiyyat Sektorunun aparıcı məsləhətçisi X7 məsuliyyət daşıyır . Azərbaycan Respublikası İXM-nin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin İdarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X4 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin X17 şöbəsinin rəisi vəzifəsini icra edən X13 tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş, MN seriyalı ******* saylı inzibati tənbeh vermə qərarı ilə razılaşmadığı barədə göstərdikləri xüsusatlar onun barəsində qəbul edilmiş qərarın ləğvi üçün əsas ola bilməz. Buna görə də X4 şikayəti əsassızdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X4 şikayəti qismən təmin edilməsin. X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin X17 şöbəsinin rəisi vəzifəsini icra edən X13 tərəfindən qbul edilmiş xx.xx.2023-cü tarixli MN seriyalı ******* saylı qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar