Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-260/2020 09.07.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs və müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1961-ci il tarixdə Göyçay rayonunun Bığır kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay rayonunun Bığır kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Göyçay rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Göyçay şəhərində 09 iyul 2020-ci il tarixdə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilmişdir, ona görə ki, Şəxs 08.07.2020-ci il tarixdə saat 19 radələrində yaşadığı Göyçay rayonu Bığır kəndində su bərəsinin açılması ilə əlaqədar şikayətə baxan kənd icra nümayəndəsinin, kənd bələdiyyəsinin nümayəndələrini nalayiq söyüşlərlə söyərək ictimai qaydanı mühafizə edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmədə inzibati xəta törətmiş Şəxs göstərmişdir ki, 08.07.2020-ci il tarixdə saat 19 radələrində Göyçay rayon İcra Hakimiyyətinin nümayəndələri yaşadığı Göyçay rayonu Bığır kəndinə gələrək qonşuların şikayəti əsasasında onun tərəfindən bağlanmış su arxının açılmasını tələb etdikləri vaxt icra hakimiyyətinin nümayəndələrinə hücum etmiş, onları nalayiq söyüşlərlə söymüşdür. Həmin vaxt ərazidə xidmətdə olan polis əməkdaşları onu sakitləşdirməyə çalışmış, polislərə tabe olmamışdır. Törətdiyi əməldən peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Məhkəməyə təqdim edilmiş inzibati qaydada tutma haqqında 07.07.2020-ci il tarixli protokoldan görünür ki, Şəxs 07.07.2020-ci il tarixdə saat 21:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verən məhkəmə hesab edir ki, Şəxs 08.07.2020-ci il tarixdə saat 19 radələrində Göyçay rayonunun Bığır kəndində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığından Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən şəxsiyyətini, törətdiyi əməlin xarakterini, törədilmə şəraitini, həmçinin törətdiyi əməli etiraf etməklə səmimi peşiman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi, məsuliyyətini ağırlaşdıran halın olmadığını nəzərə alaraq ona Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə inzibati tənbeh növü təyin edilməsini məqsədə müvafiq hesab edir. Müdafiəçi Vəkil iş materialları ilə tanış olmaqla və məhkəmə iclasında iştirak etməklə cəmi 01 (bir) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR A A L D İ : Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, ona 150 manat cərimə inzibati tənbeh təyin edilsin. Şəxs dövlət hesabına göstərilmiş 01 (bir) saat hüquqi yardıma görə hesablanmış 06 (altı) manat məbləğində pul Göyçay rayon Vəkil Bürosunun Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. Qərarın icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №3(046)-260/2020
Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-260/2020
09.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver