Məhkəmə qərarları › İş №3(046)-261/2020

Göyçay Rayon Məhkəməsi Qərar — İş №3(046)-261/2020

10.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Göyçay rayonu İş № 3(046)-261/2020 10.07.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, icra məmuru x3, barəsində inzibati xəta protokolu tərtib edilmiş Şəxs Məhəmməmehdi oğlunun və zərərçəkmiş şəxs x1 iştirakı ilə, xx.xx.1963-cü il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Hidrogeoloji- Meliorativ Xidmət İdarəsində mühəndis işləyən, ünvan 1 mənzil 51 saylı ünvandan kəndində yaşayan Şəxs Məhəmməmehdi oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Göyçay rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Göyçay şəhərində 10 iyul 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Məhəmməmehdi oğlu barəsində Göyçay rayon İcra və Probasiya Şöbəsininin icra məmuru x5 tərəfindən 10 iyul 2020-ci il tarixdə inzibati xəta protokolu tərtib edilmişdir ondan ötrü ki, Şəxs Məhəmməmehdi oğlu icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədi üzrə 6200 manat borcunu üzürsüz səbəbdən tələbkar x2 ödəməmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs Məhəmməmehdi oğlu izahat verərək göstərmişdir ki, Göyçay Rayon Məhkəməsinin 13.08.2018-ci il tarixli 2(046)-1292/2018 saylı qətnaməsinə əsasən x1 xeyrinə 6200 manat tutulması qət edilmişdir. Həmin borc xüsusi mülkiyyətində olan avtomaşının ½ hissəsinin dəyərinin cavabdehə verilməsi ilə bağlıdır. Mülkiyyətində olan avtomobilin satılaraq satışdan əldə edilən puldan zərərçəkmiş şəxsə ödənilməsinə heç bir etiraı yoxdur. Zərərçəkmiş şəxs x4 izahat verərək göstərmişdir ki, Göyçay Rayon Məhkəməsinin 13.08.2018-ci il tarixli 2(046)-1292/2018 saylı qətnaməsinə əsasən Şəxs Məhəmməmehdi oğlu onun xeyrinə birgə mülkiyyətlərində olan avtomobilin dəyərindən 6200 manat ödəməlidir. Bu günədək qeyd olunan vəsaiti borclu ona qaytarmamışdır. Buna görə də Şəxs Məhəmməmehdi oğlunun mülkiyyətində olan avtomaşının satılaraq ona çatası 6200 manat pulun ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İcra məmuru x5 izahat verərək göstərmişdir ki, borclu Şəxs Məhəmməmehdi oğlunun mülkiyyətində Mercedes Benz C180 Minik markalı **-FR-*** dövlət nömrə nişanlı avtomaşın olduğundan məlumatsız olmuşdur. Həmin avtomaşın hazırda Şəxs Məhəmməmehdi oğlundan götürülmüş, hərrac vasitəsi ilə satılaraq zərərçəkmiş şəxs x2 6200 manatın ödənilməsi təmin ediləcəkdir. Məhkəməyə təqdim edilmiş Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Şəxs Məhəmməmehdi oğlunun mülkiyyəti kimi Mercedes Benz C180 Minik markalı **-FR- *** dövlət nömrə nişanlı avtomobil qeydə alınmışdır. Məhkəmə, təqdim olunan sübutlara qiymət verərək hesab edir ki, Şəxs Məhəmməmehdi oğlunun Göyçay Rayon Məhkəməsinin 29.01.2020-cu il tarixli 2(046)- 239/2020 saylı icra vərəqəsi üzürsüz səbəbdən icra etməməsi və Azərbaycan Respublikası İnzibati Xətaları Məcəlləsinin 528.1.-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi sübuta yetməmişdir. Göründüyü kimi, Şəxs Məhəmməmehdi oğlunun mülkiyyətində icra sənədi üzrə tutma yönəldilə bilən əmlak olduğu halda, icra sənədi tələb borclunun qeyd edilən əmlakına yönəldilmədən Göyçay rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs Məhəmməmehdi oğlu barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0-cı maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; Azərbaycan Respublikası İXM-nin 8.1.-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2.-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3.-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1.-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1.-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2.-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.0.5.-ci maddəsinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanması məsələsini həll edir. Qanunun mənasından göründüyü kimi şəxsin əməlində inzibati xətanın tərkibi yoxdursa, iş üzrə icraata xitam verilməlidir. Bu halda məhkəmə hesab edir ki, Şəxs Məhəmməmehdi oğlunun əməlində inzibati xəta tərkibi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 53, 84, 112, 114, 115, 117, 128-130ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs Məhəmməmehdi oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra məmuru x5 tərəfindən tərtib edilmiş 10.07.2020-ci il tarixli MN ******* saylı inzibati xəta potokolu üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protest vermək olar. Hakim: İbrahim Fəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar